Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Azərbaycanda kriptovalyutalar: Perspektivlər, risklər və imkanlar “Crypto Consulting”ın rəhbərinin baxışı

Azərbaycanda kriptovalyutalar: Perspektivlər, risklər və imkanlar “Crypto Consulting”ın rəhbərinin baxışı

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda kriptovalyutalardan istifadə yaxın gələcəkdə mümkün ola bilər.

Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrlərinin başa çatdığını açıqlayıb.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, sınaq müddətində dörd innovativ məhsul qiymətləndirilib.

Onlardan ikisi uğurlu hesab olunaraq dəstəklənib və bunlar kriptovalyuta əməliyyatlarının təhlükəsiz və şəffaf şəkildə həyata keçirilməsini hədəfləyir.

Belə ki, layihələr arasında “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyası vasitəsilə istifadəçilər cüzdanlarına mədaxil və məxaric edə biləcək, həmçinin “kriptobroker platforması” virtual aktivlərin alışı, satışı və saxlanılması üçün imkanlar yaradacaq.

Sınaqlar normativ-hüquqi bazanın formalaşdırılmasına və təkmilləşdirilməsinə xidmət edir. Həmçinin, Mərkəzi Bank 2019-cu ildən “Blokçeyn” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsini icra edir və yaxın gələcəkdə ölkədə kriptovalyutaların istifadəsinə şərait yarana bilər.

Xatırladaq ki, ötən gün dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti tarixi maksimumu yeniləyərək 123,3 min dolları keçib. Gecə saat 2 radələrində kriptovalyuta 2.86 faiz bahalaşaraq, ən böyük rəqəmə çatıb.

Daha sonra isə bahalaşma trendi davam etməyib. 10 dəqiqəlik artımdan sonra qiymət 123, 2 min dollar olaraq qalıb.“Crypto Consulting” MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev mövzu ilə bağlı “Cebheinfo.az”-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:

- Elnur bəy, Azərbaycanda kriptovalyutaya investisiya edənlərin sayında artım varmı və artımın əsas səbəbi nədir?

- Kriptovalyuta bazarında son 2 il ərzində qiymətlərin artması Azərbaycanda da korporativ şirkətlərin, həvəskar investorların və adi vətəndaşların rəqəmsal aktivlərə olan marağının daha da artması ilə nəticələnib.

Bununla bərabər, bitkoin kəskin dəyər qazanması insanları kriptovalyutalara investisiya etməyi motivasiya edib. Çünki kriptovalyutalar riskli aktiv olmasına baxmayaraq, ənənəvi maliyyə alətləri ilə müqayisədə dəfələrlə gəlirli olmağı bacarıb.

- Bəs bitkoinin qiymətindəki belə kəskin artımlar Azərbaycan investorları üçün hansı riskləri yaradır?

- Birincisi, volatillik riski ön plandadır. Bitkoin qiyməti sürətlə yüksəldiyi kimi, eyni templə enə də bilər. Bu səbəbdən yüksək qiymət dalğalanmaları investorların qısa müddətdə ciddi itkilərlə üzləşməsinə yol aça bilər.

İkincisi, emosional qərarların riski mövcuddur. Qiymət artımı fonunda çoxları “qazancı qaçırma qorxusu” (FOMO) ilə bazara tələsik daxil olur. Lakin bu zaman düzgün analiz edilməmiş qərarlar ciddi maliyyə zərərlərinə gətirib çıxara bilər.

Üçüncüsü, Azərbaycanda kriptovalyutaların tənzimlənmə çərçivəsinin olmaması əlavə risk yaradır. İnvestorlar hüquqi təminat olmadan fəaliyyət göstərdikləri üçün bazarda baş verən kiberhücum, fırıldaqçılıq və ya texniki problemlərdə vəsaitlərini qorumaq çətindir.

- Bu qiymət dalğalanmaları ölkəmizdə rəsmi olaraq kriptovalyutanın tənzimlənməsinə necə təsir göstərir?

- Bitkoin və digər kriptovalyutaların qiymətində baş verən kəskin dalğalanmalar təkcə investorların psixologiyasına deyil, həm də Azərbaycanda bu bazarın gələcək tənzimlənməsi prosesinə birbaşa təsir göstərir.

İlk öncə, bu dalğalanmalar hökumət və maliyyə qurumlarının diqqətini artırır. Çünki qiymət dəyişkənliyi investorların böyük risklərlə üzləşdiyini göstərir və bu da dövlətin istehlakçıların hüquqlarını qorumaq üçün addımlar atmasına stimul verir.

Eləcə də, qiymət enişləri və artımları fonunda ictimai maraq yüksəldikcə, bazarda qeyri-rəsmi fəaliyyətlər çoxalır. Bu isə vergi, maliyyə şəffaflığı və pul yuyulması riskləri ilə bağlı narahatlıqları gücləndirir və dövlət qurumlarını hüquqi mexanizmləri sürətləndirməyə vadar edir.

Həmçinin, kəskin dalğalanmalar maliyyə sabitliyi ilə bağlı risklər doğurur. Hərçənd Azərbaycan bank sistemi hələ kripto ilə birbaşa inteqrasiya olunmayıb, lakin investorların kütləvi itkiləri və ya qazanc əldə etməsi maliyyə axınlarına təsir göstərə bilər. Bu isə Mərkəzi Bank və Maliyyə Monitorinq Xidmətinin kriptovalyutalara nəzarət mexanizmlərini gündəmə gətirir.

Nəticə etibarı ilə, bu qiymət dəyişkənliyi tənzimləyicilərə həm də müsbət siqnal verir: bazarın real potensialı var və genişlənir. Bu, hökuməti beynəlxalq təcrübəni öyrənərək daha balanslı, yəni həm investorları qoruyan, həm də innovasiyanı boğmayan qanunvericilik çərçivəsi üzərində işləməyə təşviq edir.

- "m10” tətbiqinin “Binance” platformasına inteqrasiyası Azərbaycanda kriptovalyutaların leqallaşdırılması prosesinin sürətlənməsinə gətirib çıxara bilərmi?

- “m10” mobil tətbiqinin “Binance” ilə inteqrasiyası Azərbaycanda kriptovalyutaların leqallaşdırılması prosesinə əhəmiyyətli təsir göstərəcək. İlk növbədə, bu addım Azərbaycan Mərkəzi Bankının nəzarətində həyata keçirilən “regulatory sandbox” rejimi çərçivəsində sınaqdan keçirilib və uğurlu nəticələr göstərib.

Bu isə dövlət qurumlarının kriptovalyuta bazarına münasibətdə artıq real mexanizmlər üzərində işlədiyini və şəffaf, qanuni çərçivənin qurulmasına maraqlı olduğunu nümayiş etdirir. İnteqrasiyanın əsas üstünlüyü ondan ibarətdir ki, istifadəçilər artıq AZN ilə birbaşa “Binance” üzərindən əməliyyatlar apara bilirlər.

Bu, həm milli valyutanın rəqəmsal maliyyə ekosisteminə inteqrasiyasını gücləndirir, həm də vətəndaşların kriptovalyutalara daha təhlükəsiz və rahat çıxışını təmin edir. Eyni zamanda, “m10” - “Binance” əməkdaşlığı Azərbaycanda digər bank və “FinTech” (Financial Technology ifadəsinin qısaltmasıdır) qurumları üçün nümunəvi model rolunu oynaya bilər. 

Bu, həm dövlətə, həm də bazar iştirakçılarına göstərir ki, kriptovalyuta əməliyyatlarını rəsmi, tənzimlənən və təhlükəsiz şəkildə həyata keçirmək mümkündür. Beləliklə, bu inteqrasiya yalnız texnoloji yenilik deyil, həm də kriptovalyutaların rəsmi tanınması və tənzimlənməsi prosesini sürətləndirən mühüm addım kimi qiymətləndirilə bilər.

- Azərbaycanda yerli mübadilə servislərinin istifadəyə verilməsi kriptovalyuta bazarına olan inamı artıra bilərmi?

- Azərbaycanda yerli kriptovalyuta mübadilə servislərinin istifadəyə verilməsi bazara olan inamın artmasına mühüm töhfə verə bilər. İlk növbədə, belə servislər dövlətin nəzarəti və milli qanunvericilik çərçivəsində fəaliyyət göstərəcəyi üçün istifadəçilər üçün əlavə etibarlılıq yaradacaq.

Bu, vətəndaşların xarici platformalardan asılılığını azaldacaq və əməliyyatların daha şəffaf aparılmasına imkan verəcək. Eyni zamanda, yerli mübadilə servisləri vasitəsilə kriptovalyuta əməliyyatlarını birbaşa milli valyuta – manatla aparmaq mümkün olacaq. Bu, həm konvertasiya xərclərini azaldacaq, həm də istifadəçilər üçün əməliyyat prosesini sadələşdirəcək. 

Həmçinin, yerli platformaların istifadəyə verilməsi fırıldaqçılıq risklərini azaldacaq, çünki vəsaitlərin ölkə daxilində saxlanılması və dövlətin nəzarəti bazar iştirakçılarına daha güclü hüquqi təminat verəcək.

Nəhayət, belə bir addım yeni investorların bazara qoşulmasına şərait yaradacaq və ölkədə kripto ekosisteminin genişlənməsini sürətləndirəcək.

Beləliklə, yerli mübadilə servislərinin istifadəyə verilməsi Azərbaycanda kriptovalyuta bazarına inamı artırmaqla yanaşı, həm də onun rəsmi inkişafı üçün təkanverici rol oynaya bilər.  

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: kriptovalyuta Azərbaycan Vüqar Bayramov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Avqust 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16783

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see998

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see248

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see220

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see143

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see143

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see141

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see137

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see135

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see134

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see128

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see128

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see126

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see126

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see125

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see125

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see124

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see120

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri