Icma.az
close
up
RU
Azərbaycanda MMA: populyarlıq və perspektivlər

Azərbaycanda MMA: populyarlıq və perspektivlər

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda son illərdə populyarlığı artan idman növlərindən biri də MMA-dır. MMA (Mixed Martial Arts) müxtəlif döyüş sənətlərinin birləşdiyi tam kontaktlı idman növüdür. Burada boks, kikboks, güləş, cüdo, ciu-citsu və digər döyüş növlərinin elementlərindən istifadə olunur.

Azərbaycan MMA və Qrapplinq Federasiyasının rəhbəri Azad Əsgərovla MMA-nın ölkəmizdəki inkişafı, federasiyanın fəaliyyəti, uşaqların bu sahəyə marağı və görülən işlər barədə danışdıq.

– Əvvəlcə federasiyanın fəaliyyəti barədə danışaq. Azərbaycan MMA və Qrapplinq Federasiyasının əsas istiqamətləri hansılardır?
– Azərbaycan MMA və Qrapplinq Federasiyasının fəaliyyətinə üç əsas idman növü daxildir: Pankration, Qrapplinq və MMA.

Bu idman növləri üzrə Azərbaycanda uzun illərdir ölkə çempionatları keçirilir. Hər il bu sahələrin inkişafı daha da genişlənir. Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında mütəmadi iştirak edir və kifayət qədər yaxşı nəticələr əldə edirlər.

MMA dünyada ən populyar idman növlərindən biridir. Pankration və Qrapplinq də beynəlxalq səviyyədə geniş yayılan, dünya və Avropa çempionatları keçirilən idman növləridir. Azərbaycanda da bu yarışlar dəfələrlə təşkil olunub.

UFC-nin iki dəfə ölkəmizdə keçirilməsi döyüş idmanlarına, xüsusilə də MMA-ya böyük marağın olduğunu göstərir.

23–29 noyabr 2026-cı il tarixlərində Bakıda Qrapplinq üzrə bütün yaş qrupları, Pankration üzrə U15–U17, Həvəskar MMA üzrə isə U20 və Senior kateqoriyalarında dünya çempionatı keçiriləcək. Bu da Azərbaycanda həmin idman növlərinə olan marağın və inkişafın göstəricisidir.

– Azərbaycanda bu sahənin ən tanınmış nümayəndələrindənsiniz. Keçmişə qayıdaq, idmançı kimi hansı yollardan keçmisiniz?
– İdmana uşaqlıqdan böyük maraq göstərmişəm. İlk olaraq futbolla məşğul olmuşam, daha sonra güləşə keçmişəm. Güləşlə məşğul olduqca döyüş idmanlarına da böyük marağım yarandı.

– Futbol, güləş və yekunda MMA. Nə üçün futbolda və ya güləşdə ixtisaslaşmadınız?
– Rusiyada yaşadığım müddətdə döyüş idmanları ilə daha ciddi şəkildə məşğul olmuşam, müxtəlif yarışlarda və döyüşlərdə iştirak etmişəm. Bu döyüşlərin üstündən artıq 25–30 il keçdiyi üçün hamısının dəqiq sayını və nəticələrini bu gün xatırlamaq çətindir. Gördüm ki, daha çox sevdiyim və məşğul olmaq istədiyim döyüş növləri üzrə idmandır.

– İdmançı kimi nailiyyətləriniz çox olub. Bəs funksioner kimi hansı planlarınız var?
– Hazırda əsas fəaliyyətim Azərbaycan MMA və Qrapplinq Federasiyasına rəhbərlik etmək və bu idman növlərinin inkişafına çalışmaqdır. Eyni zamanda, idmançılarımızın hazırlanması, yarışlarda iştirakı və inkişafı prosesində birbaşa iştirak edirəm.

Mənim üçün əsas məqsəd Azərbaycanda MMA, Pankration və Qrapplinqin daha da inkişaf etdirilməsi, yeni və güclü idmançıların yetişdirilməsidir.

– Son illərdə Azərbaycanda MMA-ya marağın nəzərəçarpacaq dərəcədə artdığını görürük. Sizcə, bunun əsas səbəbi nədir?
– MMA dünyada ən populyar idman növlərindən biridir. Bizim millətimiz də döyüşkəndir, istiqanlı və həvəsliyik. Vaxt var idi ki, karateyə böyük diqqət göstərilirdi. Hazırda isə MMA daha çox populyarlaşıb.

Mən, məndən sonra gələnlər və hazırkı döyüşçülər nəticələr qazandıqca bu idmana maraq da artır. Əvvəllər 5-6 aydan bir yarış keçirilirdisə, indi demək olar ki, hər ay yarış təşkil olunur. Həm Bakıda, həm də regionlarda turnirlərimiz baş tutur.

Təbliğat artdıqca maraq da artır. Xüsusilə Bakıda keçirilən UFC yarışlarından sonra bu tendensiya daha da müsbət istiqamətdə inkişaf etdi.

– Bəs Azərbaycan MMA-da dünya səviyyəli çempionlar yetişdirə bilərmi?
– Əlbəttə, bunun üçün potensialımız var. Əsas şərtlər düzgün sistem qurmaq, idmançılara şərait yaratmaq və onları davamlı şəkildə beynəlxalq yarışlara hazırlamaqdır.

Hazırda idmançılarımız Avropa və dünya çempionatlarında iştirak edir, nəticələr qazanırlar. İnanıram ki, bu iş davamlı şəkildə aparıldıqca daha uğurlu göstəricilərə nail olacağıq. UFC-də qazanılan uğurlar da inkişafın bariz nümunəsidir. 

– Rəhbərlik etdiyiniz federasiya MMA və digər döyüş növlərinə marağı artırmaq üçün hansı işləri görür?
– Müxtəlif yarışlar və tədbirlər təşkil edirik ki, insanlar bu idman növlərinə maraq göstərsinlər və həvəslənsinlər. Qarşıda Bakıda dünya çempionatı keçiriləcək. Azərbaycanın bu səviyyəli yarışa ev sahibliyi etməsi böyük hadisədir. Gördüyümüz işlər sayəsində belə bir turnirin Bakıda baş tutması bizə həvalə olunub. Bu cür yarışların Azərbaycanda təşkili həm idmançılarımız, həm də ümumilikdə MMA-nın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

– MMA deyəndə ağıla ilk gələn sərt döyüşdür. Bəs uşaqlar bu idman növünə neçə yaşdan başlaya bilərlər?
– MMA-ya erkən yaşlardan başlamaq mümkündür. Çünki bu sahədə müxtəlif versiyalar var. Məsələn, 8 yaşında başlayan uşaqlar da olur.

Kənardan baxan insan düşünə bilər ki, “8 yaşında MMA nədir?” Amma məsələ ondadır ki, həmin yaşda uşaqlar böyüklər kimi döyüşmürlər. Məsələn, 8 yaşında ayaq zərbələrinə və baş nahiyəsinə zərbələrə icazə verilmir.

Balacalar daha çox qrapplinqlə məşğul olurlar. Uşaq zala gələndə məqsəd kiminsə kimisə döyməsi deyil. Qaçır, müxtəlif hərəkətlər edir, fiziki bazasını möhkəmləndirir.

MMA-ya da sıfırdan başlayırsan. İlkin mərhələlərdə əsas məqsəd hazırlıq, bədənin gücləndirilməsi və zərbə texnikalarının öyrənilməsidir. İdmanda ümumiyyətlə belədir, hansı sahəyə başlayırsansa, əvvəlcə onun baza elementlərini öyrənməlisən.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Sentyabr 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri