Icma.az
close
up
RU
Azərbaycanda kupça almaq neçəyədir?

Azərbaycanda kupça almaq neçəyədir?

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda mənzil üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi və çıxarışın alınması prosesi müəyyən dövlət rüsumları və xidmət haqları ilə müşayiət olunur. Bu xərclər alqı-satqı prosesində əlavə maliyyə yükü yarada bilər və bəzən daşınmaz əmlak bazarında qərarvermə prosesinə təsir göstərə bilər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, çıxarışların əldə edilməsi, eləcə də çıxarış və texniki pasportun alınması ilə bağlı əvvəldən müəyyən rüsumlar mövcuddur.
"Bunlar dövlət tərəfindən müəyyən edilmiş xidmət rüsumlarıdır və hər bir sənədin verilməsi üçün ayrıca ödəniş nəzərdə tutulur. Bu rüsumlar yeni tətbiq edilən qayda deyil, uzun illərdir qüvvədə olan və hüquqi prosedurlar çərçivəsində həyata keçirilən ödənişlərdir. Bu baxımdan, sözügedən rüsumların əmlak bazarına hər hansı ciddi və ya birbaşa təsir göstərdiyini demək düzgün olmaz. Çünki bu ödənişlər daşınmaz əmlakın alqı-satqısı prosesində mövcud olan standart prosedurların bir hissəsidir və əvvəldən də tətbiq olunub".
Ekspert qeyd edib ki, ümumiyyətlə, dünyanın əksər ölkələrində daşınmaz əmlakla bağlı sənədlərin rəsmiləşdirilməsi, mülkiyyət hüququnun qeydiyyatı, çıxarış və texniki sənədlərin verilməsi üçün müəyyən rüsum və xidmət haqları mövcuddur.
"Bu, hüquqi dövriyyənin şəffaf və sistemli şəkildə aparılması üçün normal və qəbul edilmiş bir təcrübə hesab olunur. Buna görə də bu cür rüsumların tətbiqi əmlak bazarında qeyri-adi və ya bazara təsir edəcək yeni bir faktor kimi qiymətləndirilmir".
Qeyd edək ki, mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə elektron çıxarışın (kupçanın) verilməsi üçün dövlət rüsumu 50 manat təşkil edir. Çıxarışın hazırlanma müddətindən asılı olaraq əlavə xidmət haqları tətbiq olunur. Sənəd 10 iş gününə təqdim edildikdə 36 manat, 7 iş gününə 54 manat, 3 iş gününə 72 manat, 1 iş gününə hazırlandıqda isə 108 manat ödəniş tələb edilir.
Bundan əlavə, mənzilə dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 75 manat dövlət rüsumunun ödənilməsi tələb olunur.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Mart 2026 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri