Icma.az
close
up
RU
Azərbaycanda media islahatları öz bəhrəsini verməkdədir ŞƏRH AZƏRTAC

Azərbaycanda media islahatları öz bəhrəsini verməkdədir ŞƏRH AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 13 yanvar, AZƏRTAC

Bu gün dördüncü sənaye inqilabının baş verdiyi dünyamızın transformasiyası fonunda ölkələr, xüsusilə də inkişaf etmiş, qlobal layihələrin iştirakçısına çevrilmiş dövlətlər formalaşmaqda olan yeni düzənin əsas subyektləri olmaqla bütün sahələrdə öz yerlərini müəyyənləşdirmək və maraqlarını təmin etmək istəyirlər. Azərbaycan da öz növbəsində Cənubi Qafqazın lokomotivi olaraq öz məsuliyyətini tam aydın şəkildə dərk edərək, davamlı olaraq inkişaf edir, düşünülmüş çoxvektorlu xarici siyasət nümayiş etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O qeyd edib ki, davamlı inkişafın kökündə ölkə daxilində hər bir sahəni əhatə edən proqramlar, uğurlu sosial-iqtisadi layihələr, o cümlədən müasir dövrün tələblərinə cavab verən media islahatları dayanır. Son illər media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, habelə bugünkü dönəmin müasir çağırışlarını daha düzgün mənimsəyərək jurnalistika fəaliyyətinin ardıcıl inkişaf etdirilməsi əsas hədəflərdəndir. Azərbaycan hökumətinin mətbuat və media siyasəti çərçivəsində həyata keçirdiyi davamlı tədbirlər artıq öz bəhrəsini verməkdədir. Ümumiyyətlə, Prezident İlham Əliyev hər zaman azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, medianın fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması, demokratik inkişafın təmin edilməsi istiqamətində çox böyük işlər həyata keçirib.

“Bildiyimiz kimi, yanvarın 7-də dövlətimizin başçısı yerli televiziya kanallarının nümayəndələri ilə görüş keçirdi, həm 2024-cü ilin sosial-iqtisadi nəticələrinə, həm də 2025-ci ildə Azərbaycanın, hər birimizin qarşısında duran vəzifələrə, yeni çağırışlara, istər ölkədə, istərsə də beynəlxalq aləmdə baş verən hadisələrə dair müsahibə verdi, eyni zamanda, jurnalistlərlə geniş fikir mübadiləsi apardı. Bu görüşün 3 saata yaxın davam etməsi bir daha dövlət və 4-cü hakimiyyət arasında münasibətlərin sağlamlaşdırılmasına yönəlik, jurnalistikamızın peşəkarlığının inkişafına səslənən hadisə kimi də qiymətləndirilir”, - deyə M.Əfəndiyev vurğulayıb.

Onun fikrincə, artıq ənənə halını almış bu müsahibələrin keçirilməsi ölkədə cəmiyyət üçün çox faydalı və zəruridir. Ölkə Prezidenti istər daxili, istərsə də xarici siyasətin müxtəlif istiqamətlərini əhatə edən sualları cavablandırmaqla il ərzində görülmüş işlərə öz qiymətini verir. Dövlətimizin başçısının səsləndirilən suallara geniş müsahibə formatında öz fikrini bildirməsini bir neçə istiqamətdə ehtiva etmək mümkündür. İlk növbədə, ölkə ictimaiyyəti, hər bir vətəndaş qarşıya qoyulmuş hədəflərə nail olunmasında hansı istiqamətdə fəaliyyət göstərəcəyini konkret olaraq Prezidentin nitqindən eşidir. Hökumət və onun müvafiq qurumları bu dərin məzmunlu müsahibəyə əsaslanaraq məhz qısa müddət ərzində ölkə Prezidentinə prioritetləşmiş məsələlərin həllinə dair işlərin həyata keçirilməsi üçün lazımi təkliflərini edə bilərlər.

Deputat əlavə edib ki, bu müsahibə, eyni zamanda, cəmiyyətdə müxtəlif fikirlərə sahib, fərqli düşünən beyin mərkəzləri tərəfindən əlavə olaraq mətbuatda müzakirələrə səbəb ola biləcək məsələlərin qarşısının alınmasında, səsləndirilə biləcək fikirlərin daha düzgün və dolğun olmasında Prezidentin çıxışına istinad edilə bilməsi baxımından faydalıdır. Xüsusilə, dövlətimizin başçısının əldə olunan iqtisadi nailiyyətləri, eləcə də sosial sahədə görülən işləri qeyd etməsi, son illərdə icra olunan dörd sosial paketə 7 milyard manatdan çox vəsaitin xərclənməsi ilə bağlı məlumatı səsləndirməsi, xalqımızın rifahı üçün həyata keçirilən ardıcıl tədbirləri hər bir vətəndaşımız üçün bir daha aydın etdi.

“Müsahibədə əsas istiqamətlərdən biri isə beynəlxalq təşkilatlar, beynəlxalq təşkilatlara üzv olan dünya dövlətləri üçün Azərbaycanın prioritetləri və hədəflərinə dair aydın baxışın ortaya qoyulmasıdır.

Azərbaycanın ötən il COP29-a uğurlu ev sahibliyi, ardınca isə dekabr ayında müsəlman ölkələrini birləşdirən ən böyük təsisat olan D-8 təşkilatına qəbul edilməsi beynəlxalq aləmdə artan nüfuzumuzun əyani sübutudur. Nailiyyətlərimizə mane ola bilməyən, uğurlarımızı gözü götürməyən bəzi dairələr çıxış yolunu regionda vəziyyəti yenidən gərginləşdirməkdə görürlər. Prezident İlham Əliyevin müsahibə zamanı qeyd etdiyi kimi, Ermənistanda gedən silahlanma prosesi Cənubi Qafqaz üçün yeni təhdid amilidir.

Lakin, bütün bunlara baxmayaraq, baş verən proseslər onu deməyə əsas verir ki, konstitusion suverenliyini tam təmin etmiş Azərbaycan Respublikası və qədirbilən xalqımız yenidən qürurlanacaq, Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Konstitusiya və Suverenlik İli”ndə Cənubi Qafqazda dayanıqlı sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması reallığa çevriləcək.

İnanırıq ki, Azərbaycanın qarşıda duran hədəflərə nail olmasında yerli telekanallar, media, dövri mətbuat orqanları, bütövlükdə Azərbaycan mediası öz səylərini əsirgəməyəcək, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində bundan sonra da əzmkar fəaliyyət göstərəcək”, - deyə deputat vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri