Icma.az
close
up
RU
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? İqtisadçıdan AÇIQLAMA

QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? İqtisadçıdan AÇIQLAMA

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda quru sərhədlərin açılması ölkə iqtisadiyyatına bir sıra istiqamətlərdə müsbət təsir göstərə bilər. Qonşu ölkələrlə quru yolla sərnişin və yük daşımalarının bərpası ticarət dövriyyəsinin genişlənməsinə, idxal və ixrac imkanlarının artmasına şərait yarada bilər. Eyni zamanda, sərhədlərin açılması turizm sektorunda canlanmaya, rəqabətin güclənməsinə və bəzi məhsul və xidmətlərin qiymətlərinin aşağı düşməsinə təsir edə bilər. Bununla belə, prosesin yerli istehsalçılara, sahibkarlara və ümumi iqtisadi sabitliyə mümkün təsirləri də müzakirə mövzusudur. 

Quru sərhədlərin açılması Azərbaycanda ticarət dövriyyəsinə və iqtisadi inkişafa hansı imkanları qazandıra bilər? Sərhədlərin açılması bazarlarda rəqabəti artıraraq ərzaq və digər məhsulların qiymətlərinin aşağı düşməsinə səbəb ola bilərmi?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, quru sərhədlərinin açılması ilk növbədə ölkənin turizm sektoruna müsbət təsir göstərə bilər.

Onun sözlərinə görə, bu addımın turizmə təsiri həm turist axınının artmasında, həm də ölkəyə daxil olan gəlirlərin yüksəlməsində özünü göstərə bilər.

Ekspert xatırladıb ki, 2019-cu ildə Azərbaycanın quru sərhədləri açıq olduğu dövrdə ölkəyə 3,7-3,8 milyona yaxın turist gəlib: “Bu, həmin vaxta qədər ölkə tarixində qeydə alınmış ən yüksək göstəricilərdən biri olub. Eyni zamanda, Azərbaycan turizmdən ən çox gəliri də məhz həmin il əldə edib. Bu rəqəmlər sərhədlərin açıq olmasının turizm imkanlarının genişlənməsində mühüm rol oynadığını göstərir”.

İqtisadçı qeyd edib ki, quru sərhədlərinin bağlanmasından sonra Azərbaycanın turist qəbul etmək imkanları xeyli məhdudlaşıb. Mövcud göstəriciləri qonşu ölkələrlə müqayisə edən ekspertin sözlərinə görə, Azərbaycan Gürcüstanla müqayisədə təxminən dörd dəfə az turist qəbul edir: “Ermənistanla turist sayına görə göstəricilər isə bir-birinə yaxın olsa da, iki ölkənin əhali sayı və ərazisi arasında ciddi fərq var. Ermənistanın əhalisi Azərbaycandan təxminən 4-5 dəfə, ərazisi isə üç dəfə kiçikdir. Bu fərqlər Azərbaycanın turizm potensialından lazımi səviyyədə istifadə edə bilmədiyini göstərir. Sərhədlərin açılması yalnız turizm sektoruna deyil, iqtisadiyyatın digər sahələrinə də müsbət təsir göstərə bilər. İlk növbədə, sərhədyanı ticarətin canlanması, kiçik və orta sahibkarlar arasında əlaqələrin genişlənməsi, xüsusilə Rusiya və Gürcüstanla yeni ticarət münasibətlərinin qurulması üçün imkanlar yarana bilər. Bu proses ölkəyə əlavə iqtisadi aktivlik gətirməklə yanaşı, sahibkarlıq fəaliyyətinin genişlənməsinə də təkan verə bilər”.

N. Cəfərli hesab edir ki, quru sərhədlərinin açılması ərzaq və xidmət sektorunda qiymətlərin ucuzlaşmasına da müəyyən təsir göstərə bilər: “Qiymətlərin aşağı düşməsini birbaşa sərhədlərin açılması ilə əlaqələndirmək düzgün olmaz. Sərhədlərin açılması ən azı sürətli bahalaşmanın qarşısını ala bilər”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Noyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see392

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see266

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see263

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see259

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see259

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see255

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see254

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see252

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see250

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see249

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see238

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see230

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see228

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see228

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see228

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see227

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see226

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see224

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri