Icma.az
close
up
RU
Azərbaycanda median əməkhaqqı müəmması: Məbləğ illərdir açıqlanmır

Azərbaycanda median əməkhaqqı müəmması: Məbləğ illərdir açıqlanmır

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Azərbaycanda orta aylıq əməkhaqqı yavaş-yavaş, diqqəti çox da çəkmədən artır.

Əhali bunu çox hiss eləməsə də, rəsmi səviyyədə artımın olduğu iddia edilir. Orta aylıq əməkhaqqının artıq 1095 manata çatdığı qeyd olunur. Halbuki təkcə müəllimlərin əksərinin qazancının bu məbləğə yaxınlaşmaması gerçəkliyi ortaya qoymağa qadirdir.

Bizimyol.info xəbər verir ki, üç ildən çoxdur median əməkhaqqı ilə bağlı rəsmi məlumat açıqlanmır. Axırıncı dəfə 2022-ci ilin iyununda həmin göstəricinin 410 manata çatdığı bildirilmişdi. Həmin vaxtdan bəri sanki bilərəkdən median əməkhaqqından danışılmır. Yalnız bir neçə ay əvvəl hökumət nümayəndələrindən biri göstəricinin 460 manata yaxınlaşdığını dilə gətirmişdi. Dövlət Statistika Komitəsi bu rəqəmdən daha söz açmır.

Bizimyol.info median əməkhaqqı ilə bağlı əvvəllər də az yazmayıb. Nə deməkdir bu anlayış? Yəni median əməkhaqqı əhalinin iş qabiliyyəti olan kəsimində ümumi cədvəldə ən ortada qərarlaşmış şəxsin məvacibi anlamına gəlir. Tutaq ki, müəssisədə 19 əməkdaş var. Məvacibin məbləğinə görə 10-cu sırada dayanan şəxsin maaşı həmin müəssisə üçün median əməkhaqqı sayılır.

Bəs nə işə yarayır median əməkhaqqı? O işə yarayır ki, işləyənlərin təxminən yarısının nə qədər pul qazana bilmədiyindən xəbər tuturuq. Məsələn, 2022-ci ilin yayında median əməkhaqqı 410 manat olubsa, deməli, işləyən kəsimin yarısı bundan az qazanıb. İndi bildiniz həmin statistikanı niyə açıqlamırlar?

Ölkədə məvaciblər çox aşağıdır. Şübhəsiz ki, median əməkhaqqı da yüksək olmayacaq. 460 manat olduğunu iddia edirlərsə, sadəcə, rüsvayçılıqdır. Hərçənd, bu da rəsmi təsdiqini tapmayıb. Yəni məbləğin daha aşağı olması mümkündür.

Gürcüstanda median əməkhaqqı orta aylıq əməkhaqqının 70, Qazaxıstanda 69 faizini təşkil edir. Bizdə neçə faiz olduğu dəqiq bilinmir, 40 faiz civarındada olması ehtimal edilir. Bu müəmmadan heç cür baş açmaq olmur. Onda iddia etməyə əsas var ki, orta aylıq əməmkhaqqı göstəriləndən daha aşağıdır.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 İyul 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri