Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

Azərbaycanda məktəb direktoru xadimənin attestatını 500 manata satdı

Azərbaycanda məktəb direktoru xadimənin attestatını 500 manata satdı

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda məktəb direktoru rəsmi sənədi saxtalaşdırıb satmaqda ittiham olunur.

Lent.az-ın əldə etdiyi xəbərə görə, Cəlilabad rayon Mikayıllı kənd tam orta məktəbinin direktoru olan 43 yaşlı Seyfulla Məmmədov (şərti adla) törətdiyi əmələ görə hakim qarşısına çıxarılıb.

Məlumata görə, rayonun Boyxanlı kənd sakini Rzaqulu Səfərov (şərti adla) oğlu üçün 11 illik tam orta təhsil attestatı almaq istəyib. Buna səbəb isə 9-cu sinifdən məktəbdən çıxarılan oğlunun hərbi xidmətdən qayıdandan  sonra hərbçi kimi işə düzəldilməsi olub. Belə ki, oğlunun hərbi qulluqçu kimi işə düzəlməsi üçün 11 illik attestat tələb olunub. Rzaqulu Səfərovun sözlərinə görə, qohumlarının köməyilə Mikayıllı kənd məktəbinin direktoru ilə əlaqə saxlayalaraq, attestat lazım olduğunu deyib. R. Səfərov bildirib ki, direktor attestat üçün 500 manat pul istəyib. 15 gün sonra isə attestatı gətirərək, Rzaquluya təhvil verib.

R. Səfərov sənədə baxanda düzəliş olunduğunu hiss edərək, Seyfulla Məmmədova bildirib. Məmmədov isə həmin sənəddə imza və möhürünün olmadığını deyib. R. Səfərov bildirib ki, direktor S. Məmmədov onun pulunun 200 manatını qaytarsa da, 300 manatını hələ də qaytarmayıb. Buna görə də ondan şikayətçidir və cəzalandırılmasını istəyib.

Faktla bağlı Seyfulla Məmmədov barəsində Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri saxtalaşdıraraq, satma) maddəsilə cinayət işi başlanıb.

Araşdırma zamanı məlum olub ki, Seyfulla Məmmədov məktəbdə xadimə işləyən şəxsin ona işə qəbul olunarkən verdiyi attestatını saxtalaşdırıb. Belə ki, həmin sənəddə xadimənin ad və soyadını iti predmetdən (ülgüc, bıçaq, cızçəkən və s.) istifadə edərək, silib və Rzaqulu Səfərovun oğluna uyğunlaşdırıb. Lakin attestatın kodu olduğu kimi qalıb. Bu pozuntunu xadimə də aşkar edib. Xadimənin sözlərinə görə, direktor onun attestatını kiməsə verməsi barədə ona heç bir məlumat verməyib.

Lakin direktor Seyfulla Məmmədov ittihamları qəbul etməyib. O, 14 il iş fəaliyyəti ərzində belə nöqsanlara yol vermədiyini dilə gətirib. Onun sözlərinə görə, zərərçəkən Rzaqulunun atasını tanıdığı üçün ona 200 manat pul verib. Seyfulla Məmmədov bildirib ki, attestatın qanuni yolla necə alınmasını Rzaqulu Səfərova çatdırıb.

Məhkəmə bütün sübutlarını tədqiqini rəhbər tutaraq, Seyfulla Məmmədovun sözügedən cinayəti törətməsini təsdiq edib.

Məhkəmənin qərarı ilə S. Məmmədov barəsində aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 1 il 6 ay müddətinə islah işləri cəzası təyin edilib. Həmçinin o, 1 il müddətə təhsil sahəsində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər, eləcə də maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Oktyabr 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see617

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see511

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see460

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see334

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see326

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see308

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see290

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see278

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see267

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see252

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see244

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see236

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see212

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see209

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see209

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see196

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see194

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see190

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

01 Noyabr 2026 15:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri