Koreya texnologiya şirkətlərinin Azərbaycanda nümayəndəlikləri açıla bilər
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini və baş icraçı direktoru Çhanqhi Li ilə görüş keçirilib.
Bu barədə "APA-Economics"ə RİNN-dən bildirilib.
Görüşdə nazir müavini Samir Məmmədov Azərbaycanda rəqəmsallaşma və innovasiya ekosisteminin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, 2025-ci ildə bu sahədə iki milli strategiya - “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edilib.
Eyni zamanda görüşdə iki ölkə arasında telekommunikasiya, kibertəhlükəsizlik, süni intellekt, kadr potensialının artırılması, təlimlərin təşkili ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Həmçinin Koreya texnologiya şirkətlərinin ölkəmizdə nümayəndəliklərinin açılması, bilikəsaslı birgə müəssisələrin yaradılması imkanları barədə fikir mübadiləsi aparılıb.
Baxış sayı:87
Bu xəbər 26 Avqust 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















