Aktrisa Yevgeniya Dodina: BIAF da çox şən ab hava hökm sürür
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 3 noyabr, AZƏRTAC
Bakı Beynəlxalq İncəsənət Festivalında çox şən ab-hava var. Bakı şəhəri də festivalın özü kimi bayram ovqatı ilə doludur.
AZƏRTAC xəbər verir ki, bu barədə Təl-Əvivin “Qeşer” teatrının “Qanlı Meri” tamaşasında (quruluşçu rejissor Dmitri Krımov) baş rollardan birini ifa edən aktrisa Yevgeniya Dodina jurnalistlərə müsahibəsində deyib.
“Bakıya ilk dəfədir gəlirəm. Burada hər şey insanda möhtəşəm təəssürat yaradır. Hər şey o qədər geniş və əzəmətlidir ki, bu, insanların düşüncə tərzində də özünü göstərir. Hətta səhnəyə gətirilən gül buketləri belə fərqlidir - mənə indiyədək bu qədər böyük buketlər hədiyyə olunmamışdı.
Burada insanlar çox mehriban və nəzakətlidirlər, şəhərin enerjisi çox gözəldir. Bakının çox yaxşı tamaşaçı auditoriyası var. Azərbaycanlı tamaşaçıların səhnə əsərimizə verdiyi reaksiyanı izləmək çox maraqlıdır”, – deyə aktrisa əlavə edib.
Müxbir – Anara Axundova
Foto – Tofiq Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 03 Noyabr 2026 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















