Icma.az
close
up
RU
Vacib məqamlar və mühüm faktlar

Vacib məqamlar və mühüm faktlar

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. Ölkə başçısı müsahibəsində AZAL-a məxsus təyyarənin qəzaya uğraması və bundan sonra hadisələrin inkişafı ilə bağlı fikirlərini bildirib, hadisə ilə əlaqədar çox vacib məqamlara toxunub, mühüm faktlar səsləndirilib.Dövlət başçısı qəza ilə bağlı məlumatı Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən aldığını, dərhal göstəriş verərək Bakıya döndüyünü və gələn kimi hava limanında operativ müşavirə keçirdiyini bildirib. Prezident İlham Əliyev həmçinin qeyd edib ki, onun göstərişi ilə Dövlət Komissiyası yaradılmış, və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir.

Ölkə başçısı Qazaxıstan tərəfinin yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmədiyini, buna baxmayaraq Azərbaycan həkimlərindən ibarət qrupun da ezam edildiyini diqqətə çatdırıb.
“Mənim göstərişimlə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır” - deyən cənab Prezident bildirib ki, həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atıldı.
Prezident İlham Əliyev müsahibəsində son versiyanın “qara qutu”lar açılandan sonra bəlli olacağını, ancaq ilkin versiyaların da kifayət qədər əsaslı və faktlara söykəndiyini bildirib. Ölkə başçısı faktların ondan ibarət olduğunu bildirib ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Dövlət başçısı onu da əlavə edib ki, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir.
Prezident İlham Əliyev Rusiyanın rəsmi qurumlarının qəza ilə bağlı hansısa qaz balonunun partlaması ilə bağlı irəli sürdüyü fikirlər, cəfəng versiyalar Rusiya tərəfinin məsələni açıq-aydın ört-basdır etmək istədiyini və bunun heç kimə başucalığı gətirmədiyini vurğulayb.
“Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”- deyə ölkə başçısı əlavə edib.
Prezident İlham Əliyev müsahibədə qeyd edib ki, qəzanın təfərrüatlarının tam araşdırılması məqsədi ilə Azərbaycan beynəlxalq ekspertlərdən ibarət qrupun yaradılmasına nail olub. Dövlət başçısı Rusiya tərəfinin rəsmi qaydada Azərbaycana Dövlətlərarası Aviasiya Komitəsinin bu işi araşdırmasını təklif etdiyini, lakin ölkəmizin qəti şəkildə bundan imtina etdiyini diqqətə çatdırıb və səbəbin də aydın olduğunu bildirib: “Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır”.
Müsahibəsində təyyarə pilotları və ekipajın, xüsusilə qadın ekipaj üzvlərinin fəaliyyətini qiymətləndirən ölkə başçısı onların həm peşəkarlıq, həm soyuqqanlılıq göstərdiklərini, böyük insani davranış nümayiş etdirdiklərini bildirib. Cənab Prezident onların fəaliyyətinin Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcəyini diqqətə çatdırıb.
Azərbaycanın baş verənlərlə bağlı Rusiyadan gözləntiləri və tələbləri nədən ibarətdir? - sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycan öz tələblərini açıq şəkildə Rusiya tərəfinə çatdırdığını bildirdirib. Ölkə başçısı şərtləri açıqlayaraq qeyd edib ki, “Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir”.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri