Icma.az
close
up
RU
Azərbaycanda mina təhlükəsi ilə mübarizədə birgə səylərin əhəmiyyəti vurğulanıb Panel sessiya

Azərbaycanda mina təhlükəsi ilə mübarizədə birgə səylərin əhəmiyyəti vurğulanıb Panel sessiya

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 2 sentyabr, AZƏRTAC

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində "Azərbaycanda mina təhlükəsi ilə mübarizə vasitəsilə təhlükəsiz bərpaya dəstək üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri" mövzusunda panel sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Mayorka üzrə senator, İspaniya Senatı, ATƏT Parlament Assambleyasının Prezidenti Pere Joan Pons Sampeitronun moderatorluğu ilə keçirilən panel müzakirədə Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov, ASEAN Regional Minalarla Mübarizə Mərkəzinin icraçı direktoru Rothna Buth, Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Tim Lardner, Avropa Komissiyasının Xarici Siyasət Alətləri üzrə Xidmətinin Regional proqram meneceri Arturo Rodriguez Tonelli, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Humanitar məsələlər üzrə direktoru Gianluca Brusco çıxış ediblər.

Panel sessiyada Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması və təhlükəsiz bərpa prosesinin dəstəklənməsində beynəlxalq əməkdaşlığın və donor mexanizmlərinin rolu müzakirə olunub. Mina təhlükəsinin miqyası, uzunmüddətli və dayanıqlı maliyyələşmənin əhəmiyyəti, donorlar və beynəlxalq tərəfdaşlar arasında koordinasiyanın gücləndirilməsi, eləcə də mina təhlükəsi ilə mübarizə fəaliyyətinin humanitar məqsədlərlə yanaşı, sosial-iqtisadi inkişaf və təhlükəsiz qayıdış prosesinə töhfəsi diqqətə çatdırılıb.

Müzakirələr zamanı Azərbaycanda həyata keçirilən mina təhlükəsi ilə mübarizə fəaliyyətinin beynəlxalq əməkdaşlıq üçün yaratdığı imkanların, donor dəstəyinin daha effektiv istiqamətləndirilməsi və mina təhlükəsindən azad edilmiş ərazilərdə təhlükəsiz və dayanıqlı bərpanın təmin olunması üçün birgə səylərin əhəmiyyəti vurğulanıb. Sessiyada, həmçinin beynəlxalq həmrəyliyin və tərəfdaşlığın mina təhlükəsinin aradan qaldırılması üzrə qlobal səylərin gücləndirilməsində mühüm amil olduğu qeyd edilib.

Qeyd olunub ki, humanitar minatəmizləmə sahəsində uzunmüddətli beynəlxalq tərəfdaşlıqlar milli potensialın gücləndirilməsi və dayanıqlı nəticələrin əldə olunması üçün əsas şərtdir. Donor təşkilatlarının əlaqələndirilmiş maliyyə və texniki dəstəyi humanitar minatəmizləmə proqramlarının səmərəliliyini və davamlılığını artırır. Humanitar minatəmizləmənin postmünaqişə dövründə bərpa və inkişaf strategiyalarının ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməsinin vacibliyi, mina təhlükəsinin aradan qaldırılmasının iqtisadi inkişafın sürətləndirilməsi, infrastruktur layihələrinin icrası və insanların təhlükəsiz məskunlaşmasının təmin edilməsi üçün vacib ilkin şərt olduğu diqqətə çatdırılıb. Bildirilib ki, humanitar minatəmizləmə üzrə beynəlxalq standartların və əməliyyat prosedurlarının davamlı təkmilləşdirilməsi təhlükəsizliyin, keyfiyyətin və əməliyyat effektivliyinin artırılmasına xidmət edir. Mina təhlükəsindən azad olunmuş torpaqların təhlükəsiz istifadəyə verilməsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına və postmünaqişə cəmiyyətlərinin bərpasına mühüm töhfə verir.

Müxbirlər - Göyçək Mahmudlu, Aytac Haqverdiyeva

Fotoqraflar - Azər İbrahimov, Səfiyar Məcnun

Videooperator - Şövqi Əzizov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri