Icma.az
close
up
RU
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər Bu qədər olacaq...

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər Bu qədər olacaq...

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Xüsusilə, bu göstəricinin orta aylıq əməkhaqqına nisbətinin beynəlxalq praktikaya uyğun olaraq 55–60 faizə çatdırılması ilə bağlı müzakirələr genişlənir.

Bəs minimum əməkhaqqının artırılması real gəlirləri nə dərəcədə yüksəldəcək və bu proses iqtisadiyyata hansı təsirləri verə bilər?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manat, orta aylıq əməkhaqqı isə təxminən 1100 manat səviyyəsindədir.

“Minimum əməkhaqqının orta maaşa nisbətinin 55–60 faiz olması beynəlxalq praktikada geniş yayılıb və bu göstəriciyə çatmaq aşağı gəlirli vətəndaşların maddi vəziyyətini yaxşılaşdıra bilər. Minimum əməkhaqqının artırılması eyni zamanda gəlirlərin şəffaflaşmasına da təkan verəcək. Belə ki, bəzi hallarda işçilərə faktiki olaraq daha yüksək maaş ödənilsə də, bunun yalnız bir hissəsi rəsmi şəkildə göstərilir. Bu isə həm vergi itkisinə, həm də işçinin sosial təminat hüquqlarının zəifləməsinə səbəb olur. Hazırda elə hallar var ki, işçiyə 700–800 manat maaş verilir, lakin bunun yalnız 400 manatı rəsmiləşdirilir. Minimum əməkhaqqı artırıldıqda bu fərq aradan qalxa və gəlirlər daha şəffaf şəkildə rəsmiləşdiriləcək. Amma əməkhaqqıları tam şəffaf olmadığı üçün bəzi hallarda artım işçinin real gəlirinə birbaşa təsir etməyə də bilər. Bəzi işçilər üçün minimum əməkhaqqının artırılması vergi yükünü də çoxaldacaq. Məsələn, 600 manat gəlirin bir hissəsi qeyri-rəsmi ödənildikdə həmin məbləğdən vergi tutulmur, lakin tam rəsmiləşdirmə zamanı bütün məbləğ vergiyə cəlb olunur”.

Xalid Kərimli hesab edir ki, minimum əməkhaqqının artırılması sosial rifaha müsbət təsir göstərsə də, bu proses ehtiyatla və mərhələli şəkildə həyata keçirilməlidir.

“Bu, yalnız dövlətin deyil, həm də özəl sektorun imkanlarından asılıdır. Özəl sektorun maliyyə imkanları məhduddur. Əgər minimum əməkhaqqı kəskin artırılarsa, bəzi şirkətlər işçiləri ixtisar edəcək. Minimum əməkhaqqının sürətli artımı inflyasiyaya da təsir göstərə bilər. Bu səbəbdən hökumət daha çox tədrici artım siyasətinə üstünlük verir”.

Onun fikrincə, minimum əməkhaqqının orta maaşın 55–60 faizinə çatdırılması yalnız iqtisadi inkişaf fonunda mümkündür:

“Qeyri-neft sektorunun genişlənməsi, ixracın artması və yeni iş yerlərinin yaradılması nəticəsində əmək bazarında işçi qüvvəsinə tələbat yüksələcək. Bu halda əməkhaqlarının təbii artımı baş verəcək ki, bu da daha dayanıqlı modeldir”.

Beləliklə, ekspertin qənaətinə görə, minimum əməkhaqqının artırılması sosial rifahın yaxşılaşmasına töhfə versə də, bu addımın iqtisadi reallıqlara uyğun və mərhələli şəkildə atılması vacibdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Aprel 2026 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri