Icma.az
close
up
RU
Azərbaycanda müasir və mükəmməl yol infrastrukturu

Azərbaycanda müasir və mükəmməl yol infrastrukturu

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Dövlət başçısının sərəncamları ilə avtomobil yollarının əsaslı təmiri davam etdirilir

Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində bir sıra sosial və iqtisadi xarakterli obyektlərin açılışı davamlı xarakter daşıyır. Belə ki, xəstəxanalar, yeni yollar, xidmət mərkəzləri və s. istifadəyə verilir. Bölgələrdə yeni müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən, son illərdə ölkəmizdə yollarının yenidən qurulması, mövcud yolların müasir səviyəyyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir.

Azərbaycan Prezident İlham Əliyevin "Quba rayonunun Bakı- Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)-Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" Sərəncamı da məhz ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərin davamının göstəricisidir. Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)-Çiçi - Səbətlər - Qənidərə - Sırt Çiçi - Təngəaltı avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaqdır.

DÖRD MİN NƏFƏR ƏHALİNİN YAŞADIĞI KƏNDLƏRİ BİRLƏŞDİRƏN AVTOMOBİL YOLLARI

Dövlət başçısının digər Sərəncamı isə "Qaraməryəm–İsmayıllı–Şəki magistralını Oğuz rayonunun Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında"dır. Sərəncama əsasən, Qaraməryəm–İsmayıllı–Şəki magistralını dörd min nəfər əhalinin yaşadığı Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bu gün həqiqətən də, Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi isə insanların sosial rifahının yüksəlişinə xidmət göstərir.

Dövlət başçısının göstəriş və tapşırıqları ilə reallaşan islahatlar bir daha təsdiqləyir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində atılan addımlar insanların xoşbəxt gələcəyinin təminatına yönəldilib.

NƏQLİYYAT SİSTEMİ TƏKMİLLƏŞDİRİLİR

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən son illərdə ölkəmizdə yollarının yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunub. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi daşıyır. İctimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsi və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi (yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus və velosiped zolaqlarının çəkilməsi), alternativ nəqliyyat həllərinin (velosiped və kiçik elektrik nəqliyyat vasitələri) təşviqi, piyada hərəkətinin təşviqi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin artırılması, yol hərəkəti təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi kimi əhəmiyyətli məsələlər qeyd olunan Sənəddə əsas məqsəd olaraq qarşıya qoyulub.

Sərəncama əsasən, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" Bakı şəhərinin Baş Planına (2020–2040) uyğun olaraq, Bakı şəhərinin və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və insanların həyat keyfiyyətinin artırılmasını hədəfləyir. Dövlət Proqramı əhaliyə keyfiyyətli nəqliyyat xidmətləri göstərilməsi, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsipləri əsasında hazırlanmışdır. Məqsəd nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulan Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir.

Sərəncamda qeyd olunduğu kimi, Dövlət Proqramı çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ümumi istifadədə olan nəqliyyat növləri üzrə vahid ödəniş sisteminin tətbiqi və inteqrasiyası, rəqəmsal texnologiyalardan istifadə və innovativ həllərin tətbiqi əsas təminedici amillər olaraq müəyyən edilmişdir. Dövlət Proqramının icrası Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, şəhərdaxili sıxlığın azaldılmasını və geniş nəqliyyat şəbəkəsinin qurulmasını təmin etməklə yanaşı, ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artıracaqdır. Son onilliklərdə iri şəhərlərin artan əhalisi və şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olmuşdur.

20,8 MİN KM UZUNLUĞUNDA YENİ YOLLAR TİKİLİB

Qeyd edək ki, ölkədə son illər ərzində yol-nəqliyyat infrastrukturu sahəsində əhəmiyyətli islahatlar həyata keçirilmişdir. Şəhər ərazisindəki yol şəbəkəsinin təkmilləşdirilməsi, yeni yol kəsişmələrinin və körpülərin tikilməsi, həmçinin tıxacların azaldılması məqsədilə müxtəlif layihələr icra edilmişdir. Bakıdakı əsas magistral yollarda təmir və bərpa işləri, habelə yol infrastrukturunun müasirləşdirilməsi yollarda nəqliyyat vasitələrinin artan sayına paralel olaraq aparılmaqdadır. Son 21 ildə Azərbaycan Respublikasında yol infrastrukturunun inkişafı sahəsində əsas nailiyyətlərdən biri ümumilikdə 20,8 min km uzunluğunda (o cümlədən 6,6 min km respublika əhəmiyyətli, 11,6 min km yerli əhəmiyyətli və 2,6 min km isə Bakı şəhərində) yeni yolların tikilməsi, yenidən qurulması və təmir olunmasıdır. Bundan əlavə, ümumi istifadədə və Bakı şəhərində olan avtomobil yollarında ümumilikdə 335 ədəd körpü və yol ötürücüsü tikilmiş, 56 ədədi təmir edilmiş, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilmişdir.

Eyni zamanda qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3.4 min km təşkil edən 44 avtomobil yolu layihəsi icra edilir ki, onlardan ümumilikdə 0.3 min km (6 layihə tamamilə, 1 layihə isə qismən) tikilib başa çatdırılmışdır. Bakı şəhərində və ətraf ərazilərdə mobilliyin artırılması və nəqliyyat axınının daha səmərəli idarə olunması məqsədilə 4 parklanma zonası üzrə 18 min parklanma yeri yaradılmışdır. Görülmüş işlər nəqliyyat vasitələrinin nizamlı şəkildə parklanmasını təmin etməklə, yollarda nəqliyyat sıxlığının azalmasına, eyni zamanda piyadalar üçün daha təhlükəsiz və rahat mühitin formalaşmasına xidmət edir. Bundan əlavə, beynəlxalq nəqliyyat əlaqələrinin təmin olunması üçün həyata keçirilən M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, M-2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolu, 6 M-3 Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu, Şəki–Oğuz–Qəbələ və Füzuli–Şuşa (Zəfər yolu) kimi avtomobil yolu layihələri yüksək keyfiyyətli və təhlükəsiz hərəkət imkanları təqdim etməklə, həm yerli, həm də beynəlxalq tranzit daşımalarının sürətini artırmağa və yükdaşımaların effektivliyini yüksəltməyə kömək etmişdir. Bakı şəhərində şəhərdaxili və şəhərətrafı sərnişin nəqliyyatını asanlaşdırmaq məqsədilə icra edilmiş Bakı dairəvi avtomobil yolu, Böyükşor–Pirşağı, Zığ–Hava Limanı, Hava Limanı–Mərdəkan–Zuğulba, Böyükşor şosesi, Mərdəkan şosesi, H.Əliyev prospekti, Babək prospekti və 8 Noyabr prospekti layihələri şəhər və ətraf ərazilər arasındakı əlaqələri sürətləndirərək nəqliyyat infrastrukturunun gücləndirilməsinə töhfə vermiş, sərnişinlərin rahat və təhlükəsiz hərəkətinə imkan yaratmışdır. Yol infrastrukturunun qorunması və normalara uyğun olaraq nəqliyyat vasitələrinin oxuna düşən yükə nəzarət məqsədilə magistral yollarda elektron tərəzilər quraşdırılmışdır.

2004-cü ildən başlayaraq, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi nəticəsində ölkəmizin hər bir bölgəsində genişmiqyaslı quruculuq işləri aparılıb. Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub. Cənab Prezidentin mütəmadi olaraq regionlara səfərləri, burada görülən işlərlə tanışlıq, eləcədə tapşırıq və göstərişlərin verməsi ölkəmizin simasının tamamilə dəyişməsinə səbəb olub.

Göründüyü kimi, həm sosial, həm infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər diqqəti çəkəndir. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir. Bu günün reallıqları bizə deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Eyni zamanda, Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib və lazımı addımlar davamlı olaraq atılır.

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyun 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see368

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see346

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see280

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see274

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see260

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see253

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see251

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see251

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see236

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see236

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see235

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see222

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see209

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see204

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see196

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see190

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see187

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see179

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see172

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri