Azərbaycanda mühüm QƏRAR: Gələn il xərclər belə olacaq
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək.
Avtosfer.az bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.
2026-cı ildə şəhər və rayonlardan 66-sı (Cəbrayıl, Xocalı, Kəlbəcər və Yardımlı rayonları əlavə olunmaqla) xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edirlər.
Yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımının (dotasiyanın) ayrılması məqsədilə 1 rayon (Xocavənd) üzrə 0,8 milyon manat vəsait proqnozlaşdırılıb. Son illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımının (dotasiyanın) ayrılması nəzərdə tutulan rayonların sayında və vəsaitin məbləğində azalma tendensiyası müşahidə olunub.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
Baxış sayı:82
Bu xəbər 23 Oktyabr 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















