Icma.az
close
up
RU
BMT dəki daimi nümayəndə: Azərbaycanda qadınlar elmdə nəzərəçarpacaq uğurlar əldə ediblər

BMT dəki daimi nümayəndə: Azərbaycanda qadınlar elmdə nəzərəçarpacaq uğurlar əldə ediblər

Icma.az, Report.az portalına istinadən məlumat verir.

“Tarixən təhsilə və akademik fəaliyyətə geniş çıxışı olan Azərbaycanda qadınlar və qızlar elmdə, o cümlədən rəhbər vəzifələrdə nəzərəçarpacaq uğurlar əldə ediblər”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə dünya təşkilatının mənzil-qərargahında təşkil olunan tədbirdə deyib.

Diplomat vurğulayıb ki, Azərbaycan hökuməti ali təhsildə və elmi tədqiqatlarda gender bərabərliyinin təşviqi üçün özəl proqramların tətbiqi və qurumlararası əməkdaşlığın gücləndirilməsi yolu ilə STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahəsində qadınların və qızların iştirakının artırılması istiqamətində səylərini davam etdirir.

“STEM sahələrində işləmək istəyənlər üçün maliyyə maneələrinin azaldılmasına yönəlmiş təqaüdlər vasitəsilə qadınlar getdikcə daha çox dəstəklənir. Gender bərabərliyinin qorunması üçün təhsil müəssisələri və QHT-lərlə sıx əməkdaşlıq şəraitində seminarlar və mentorluq proqramları həyata keçirilir, qızlara akademik yolu boyunca istiqamət və dəstək verilir”.

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlıqlar, o cümlədən qadınlar və qızlar üçün texniki bacarıqların inkişafına yönəlmiş proqramlar da bu sahədə əsas rol oynayır:

“Biz gənc qadınların və qızların elm sahəsində fəaliyyətini genişləndirmək üçün bir sıra beynəlxalq tədbirlər keçirmişik. Azərbaycanın xoşbəxtliyi ondan ibarətdir ki, elmi tədqiqatlarda qadınların rolunun yüksəldilməsinə mühüm töhfələr vermiş çox sayda görkəmli qadın alimləri var”.

Qeyd edək ki, Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə nüfuzunu ilbəil artırır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası” (RASIT) qeyri-hökumət təşkilatı tərəfindən 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib. Bu müddət ərzində ölkəmizdə qadın və qızların elmi-tədqiqat bacarıqlarının artırılması üçün layihələrin həyata keçirilməsi, elm sahəsində olan müxtəlif tədqiqat qrant və təqaüdləri barədə universitet tələbələrinin məlumatlandırılması və regionlarda təhsil alan qızların elm sahəsinə yönləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://report.az
archiveBu xəbər 11 Fevral 2025 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri