Icma.az
close
up
RU
Azərbaycanda niqab qadağası gündəmə gəlir? Açıqlama

Azərbaycanda niqab qadağası gündəmə gəlir? Açıqlama

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev üzü örtən geyimlərlə bağlı məsələni tənzimləyən qanunu imzalayıb. Məlumata görə, artıq belə geyimlərdən istifadə rəsmi olaraq qadağandır.

Qeyd edək ki, belə qadağalar bir sıra digər ölkələrdə də tətbiq olunub.

Belə ki, 2010-cu ildə Fransa ictimai yerlərdə örtüklü geyimi qadağan edən ilk Avropa ölkəsi oldu. Belçika 2012-ci ildə "təhlükəsizlik səbəblərinə görə" oxşar addım atdı. Niderlanda niqab tipli geyim məktəblərdə 2007-ci ildə qadağan olunmuşdu, sonradan həmin qadağa digər ictimai yerlərə də şamil edildi. Qərbi Avropanın yalnız 3 ölkəsində "burka qadağası" bütün əraziyə şamil edilir, qalan ölkələrdə qadağalar bögədən asılı olaraq tətbiq olunur. İspaniyanın Barselona şəhərində sifəti örtən geyimlərə ictimai yerlərdə qadağa 2010-cu ildən qüvvədədir.

Danimarkada bu geyimdən məhkəmə otağında istifadə etmək qadağan olunub.

Həmin növ paltar Almaniyanın Hesse bölgəsi və İtaliyanın bir neçə şəhərində də yasaqlanıb.

Bəs Azərbaycanda niqab qadağası gündəmə gələ bilərmi?

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, niqab İslam dini ilə əlaqəli bir göstəriş deyil:

“Ümumiyyətlə, niqab məsələsi Quranda olan bir məsələ deyil. Niqab, нэтш təkcə gözlərin açıq qalması ilə bağlı qadağa İslama istinad edilə bilməz. Bu, həmin dövrdə müəyyən bir bölgədə yaşayan insanların öz adət-ənənəsi ilə əlaqəli olan bir məsələdir. Sadəcə olaraq, bilirsiniz ki, insanın üzünə baxıldığı zaman şəxsiyyət vəsiqəsi və digər məsələlər ortaya çıxarıla bilir. Amma bu gün bəzi yerlərdə ola bilsin ki, təhlükəsizlik baxımından bu cür addımlar atılır. Yəni bunun bir qadağa sayılması, məsələn, insan haqları və azadlığına zidd hesab edilməsi doğru olmaz. Çünki niqab həqiqətən İslamın bir simvolu deyil. Ona görə də bunu nəzərə almaq lazımdır və buna uyğun olaraq addım atılsa, daha yaxşı olar.”

İlahiyyatçı qeyd edib ki, Azərbaycanda bu məsələ nə gündəmdədir, nə də cəmiyyət üçün problem yaradacaq qədər geniş yayılıb:

“Azərbaycanda ümumiyyətlə, bununla bağlı heç bir məsələ müzakirə olunmur. Yəni niyə qadağan edilib-edilməməsi ilə bağlı da bir məsələ yoxdur. Ona görə də düşünmürəmki, belə bir məsələ gündəmə gəlsin, çünki Azərbaycanda çoxsaylı niqab məsələsi yoxdur, problem yaratmadığına görə də inanmıram ki, belə bir məsələ gündəmə gəlsin.”

Lalə,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 İyul 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri