Icma.az
close
up
RU
Azərbaycanda nişan pozulanda gətirilən xonçaların AQİBƏTİ belə olur QANUNLA

Azərbaycanda nişan pozulanda gətirilən xonçaların AQİBƏTİ belə olur QANUNLA

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda elçilikdən evliliyə qədər hər bayramda, xüsusi günlərdə oğlan evi qız evinə xonçalar aparır. Son illərdə bu adət bir az da dəyişdirilib. Artıq qız tərəf də oğlana hədiyyələrlə dolu xonçalar aparır. Hətta bəzən nişanlılıq müddətində qıza avtomobil, ev kimi daha qiymətli hədiyyələr təqdim olunur. Nişan pozulduqdan sonra isə bəzən onlar geri qaytarılır.  

Bəs tərəflərdən biri verdiyi hədiyyələri geri istəyir, digəri vermirsə, bu zaman qanun kimdən yanadır? 

Hüquqşünas Əkrəm Həsənov Lent.az-a açıqlamasında bildirib ki, verilən hədiyyələri geri almaq mümkün deyil:

"Hədiyyə əvəzsiz və təmənnasız verilən əşyadır. Bu baxımdan da, qanunla hədiyyə olaraq verilən hər şey – istər kiçik, istərsə də böyük və dəyərli əşyalar geri tələb edilə bilməz. 

Burada həm də, sübutetmə məsələsi var. Şəxs necə sübut edəcək ki, “nəyi, nə qədər” verib. Bəziləri bildirir ki, hədiyyəni tələb etmək üçün “əsassız varlanma” iddiasını qaldıraraq məhkəməni “udmaq” olar. Lakin bilmək lazımdır ki, hədiyyə əsassız varlanma deyil. Əsassız varlanma odur ki, heç bir əsas olmadan qarşı tərəf sənin hesabına imtiyaz əldə etsin. Buna nümunə kimi səhvən birinin bank kartına pul köçürülməsini çəkə bilərik. Qarşı tərəf pulu geri qaytarmaqdan imtina edirsə, o zaman bu, əsassız varlanma hesab edilə bilir”. 

Hüquqşünas bildirib ki, bir halda verilən hədiyyələri geri almaq olar:

“Təəssüf ki, son illərdə bayramlarda aparılan xonçalar, qurbanlıqlar, təmtərahlı toylar, hədiyyələr o qədər artıb ki, onlarla paralel boşanmaların da sayı artıb. Bu hədiyyələri geri tələb etmək üçün yalnız bir yol var. Öncədən tərəflər aralarında müqavilə bağlasalar (münasibət pozularsa, verdiklərimi geri alacam) bu zaman hədiyyələri geri qaytarmaq mümkün olar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 May 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri