Azərbaycanda benzinli avtomobillərin aqibəti bəlli oldu
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Azərbaycanın nəqliyyat sektorunda 2060-cı ilə qədər elektrik avtomobillərinin xüsusi çəkisi 100 % təşkil edəcək, eləcə də alternativ yanacaq növlərinə keçid ediləcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında deyilir.
Qeyd olunur ki, ölkənin ümumi istixana qazı emissiyalarının təxminən 13 %-ni (2022-ci ilin yekunlarına görə 9,3 milyon ton CO₂ ekv.) təşkil edən nəqliyyat sahəsi mərhələli şəkildə dekarbonizasiyadan keçəcək. Onlayn mağaza
Strategiyaya əsasən, daxili yanma mühərrikləri ilə təchiz edilmiş nəqliyyat vasitələrinin tədricən dövriyyədən çıxarılması nəzərdə tutulur. 2060-cı ilə qədər minik avtomobilləri və şəhər avtobusları kateqoriyasında elektromobillərin (EV) və ekoloji nəqliyyatın xüsusi çəkisi 100 % təşkil edəcək, yükdaşımalar sektorunda isə bu göstərici 75 %-ə çatacaq. Azərbaycanın bütün dəmir yolu şəbəkəsinin tam şəkildə elektrikləşdirilməsi planlaşdırılıb. Dəniz nəqliyyatı sahəsində metanolunn tam, aviasiya sahəsində isə dayanıqlı aviasiya yanacağının (SAF) mərhələli tətbiqi nəzərdə tutulur. Strategiya yük axınlarının avtomobil nəqliyyatından dəmir yolu magistrallarına genişmiqyaslı şəkildə yenidən paylanmasına yönəldilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 09 Noyabr 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















