Icma.az
close
up
RU
Azərbaycanda orta ixtisas təhsili verən ilk kollecin 90 yaşı qeyd olundu FOTOLAR

Azərbaycanda orta ixtisas təhsili verən ilk kollecin 90 yaşı qeyd olundu FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində Maliyyə-İqtisad Kollecinin 90 illik yubileyi qeyd olunub.

"Unikal" xəbər verir ki, yubiley tədbirindən öncə iştirakçılar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək,  abidəsi önünə güllər düzüblər, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Təntənəli yubiley tədbirində kollec tələbələrinin əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunub və kollecin 90 illiyinə həsr edilmiş konfrans materialları sərgilənib.

Tədbirin açılışında çıxış edən UNEC rektoru prof. Ədalət Muradov kollecin kollektivini əlamətdar gün münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb. Maliyyə-İqtisad Kollecinin Azərbaycanda orta ixtisas təhsili verən ilk kollec olduğunu diqqətə çatdıran prof. Ədalət Muradov Ermənistanın işğalına qədər kollecin Xocalıda filialının fəaliyyət göstərdiyini deyib. UNEC nəzdində Maliyyə-İqtisad Kollecinin prioritetlərindən birinin qısa vaxtda Xocalıda mövcud olmuş filialının fəaliyyətinin bərpası olduğunu vurğulayıb. Rektor Azərbaycanda kollec təhsilinin təkmilləşdirilməsi ilə bağlı təkliflər də səsləndirib.

Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağlyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini professor Əminağa Sadıqov çıxış edərək, kollecin kollektivini təbrik ediblər.

Tədbirdə kollecin Vətən Müharibəsində şəhid olmuş məzunları Murad Qurbanov, Miqdad Abduləlimov, Elşən İbrahimovun rəsmləri onların valideynlərinə təqdim olunub.

Təntənəli yubiley tədbiri tələbələrin ifasında bədii hissə ilə davam edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Noyabr 2024 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see307

Yanvardan maaş artımlarını ödəməyən metropoliten: Əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanırıq

26 Sentyabr 2025 16:10see206

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see204

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see164

Keyndən 100 cü qol XXI əsrdə TOP 5 liqalarda ən sürətli göstərici

27 Sentyabr 2025 00:09see151

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see147

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see146

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see146

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see145

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see144

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see144

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see142

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see140

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see137

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

26 Sentyabr 2025 19:36see137

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see136

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see135

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see134

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see132

Türkiyə Superliqası: Qalatasaray səfərdən üç xalla qayıdır

26 Sentyabr 2025 23:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri