Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Azərbaycanda övlad götürmək problemi Ailələrin şikayəti haqlıdırmı?

Azərbaycanda övlad götürmək problemi Ailələrin şikayəti haqlıdırmı?

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda övlad götürmək problemi - Ailələrin şikayəti haqlıdırmı?

Azərbaycanda valideyn himayəsindən məhrum uşaqların ailə mühitində böyüməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi təqdim olunur. Rəsmi statistikaya görə, ötən il ölkədə 149 uşaq övladlığa verilib, 40 uşaq isə himayədar ailələrə yerləşdirilib. 2024-cü illə müqayisədə himayədar ailələrə verilən uşaqların sayında artım müşahidə olunsa da, bu rəqəmlər problemin real miqyasını tam əks etdirmir.
Sosial Xidmətlər Agentliyinin məlumatına görə, 2019-cu ilin noyabrından bu günədək ailələrə verilmiş 3 uşağın övladlığa götürülməsi sonradan ləğv edilib. Həmin uşaqlardan 1-i qız, 2-si oğlandır. Bu fakt bir tərəfdən nəzarət mexanizmlərinin mövcudluğunu göstərsə də, digər tərəfdən övladlığa götürmə prosesində risklərin və boşluqların hələ də qalmaqda olduğunu ortaya qoyur.


Azərbaycanda övladlığa götürmə prosesi Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq üç mərhələdə həyata keçirilir: övladlığa götürmək istəyən şəxsin uçota alınması, uşağın mənafeyinə uyğunluğu haqqında rəyin verilməsi və övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. Qanunvericilik baxımından mexanizm aydın görünsə də, praktikada bu mərhələlər uzun və mürəkkəb prosedurlarla müşayiət olunur.
Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslər, valideynlik hüquqlarından məhrum edilənlər, qəyyumluq vəzifələrindən kənarlaşdırılanlar, səhhətinə görə valideyn vəzifələrini icra edə bilməyənlər, müəyyən ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunanlar, barəsində cinayət təqibi aparılan şəxslər, ailədə adambaşına düşən gəliri yaşayış minimumundan aşağı olanlar, övladlığa götürməyə imkan verməyən xəstəlikləri olanlar, eləcə də nikahda olmayan və ya yaşı 30-dan az subay şəxslər bu prosesdən kənarda qalırlar. Məhdudiyyətlərin əksəriyyəti uşağın təhlükəsizliyi baxımından əsaslandırılsa da, bəzən bu tələblərin həddindən artıq sərt olması potensial valideynlərin prosesdən çəkilməsinə səbəb olur.
Qanunvericiliyə əsasən, valideyn-namizəd uçota alındıqdan sonra 10 iş günü ərzində sosial işçi onun yaşayış yerində müsahibə aparır. Bu mərhələdə valideyn-namizədin həyat şəraiti, ailə tərkibi, maddi durumu, ailə üzvlərinin övladlığa götürməyə münasibəti araşdırılır. Ardınca uşaqlarla iş üzrə sosial işçi valideyn-namizədin maddi-məişət şəraitini uşağın mənafeyinə uyğunluq baxımından qiymətləndirir və müvafiq akt tərtib olunur.
Maddi-məişət şəraiti uyğun hesab edilmədikdə, valideyn-namizədə nöqsanları aradan qaldırmaq üçün bir ay müddət verilir. Lakin bu mərhələ bir çox hallarda prosesi daha da uzadır. Ailələr iddia edirlər ki, qiymətləndirmə zamanı subyektiv yanaşmalar mövcuddur və “uyğunluq” anlayışı bəzən konkret meyarlarla ölçülmür. Bu isə həm ailələrdə narazılıq yaradır, həm də uşaqların ailəyə qovuşmasını gecikdirir.
Rəsmi qurumlar uşaqların institusional qayğıdan ailə əsaslı qayğıya keçidini əsas məqsəd kimi bəyan etsələr də, reallıqda uşaq evlərində və internat müəssisələrində böyüyən uşaqların sayı hələ də az deyil. Hüquqi prosedurların mürəkkəbliyi, sosial və psixoloji baryerlər, eləcə də cəmiyyətdə övladlığa götürməyə qarşı mövcud stereotiplər bu keçidi ləngidən əsas amillər sırasındadır. Azərbaycanda övladlığa götürmə mexanizmi mövcuddur. Bəs bu mexanizmlər ailələrə nə dərəcədə uyğundur?

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Musavat.com-a bildirib ki, proseslər "Bir pəncərə" elektron xidmətində qeydiyyatla başlayır, sənədlər təqdim edilir və növbəti mərhələ növbəni gözləməkdir: “Daha sonrakı proseslərdə isə namizəd ailələr valideynlik təlimləri keçirilir. Ondan sonra uşaqla ünsiyyət məsələsi gündəmə gətirilir, bəzən onlar uşağı müvəqqəti evə aparır. Lakin uşaq həmin evə adaptasiya olmursa, onu övladlığa vermirlər. Uşağın maraqları ən önəmli məsələdir. Sonrakı proseslərdə isə davamlı monitorinq həyata keçirilir.
İndi yaxşı tendensiya odur ki, əhali yalnız körpə uşaqlara görə müraciət etmir. Müəyyən yaş həddində olan uşaqları artıq övladlığa götürən şəxslər var. Bu, Azərbaycan mühitində yeni haldır”.
M. Zeynalova deyir ki, əvvəllər övladlığa götürülənlərdən onların övladlıq olduğu sirr kimi saxlanılırdısa, indi qanuna dəyişiklikdən sonra valideyn ona müəyyən yaşdan sonra bioloji bağının olmadığını izah etməlidir: “Uşaq bunu bilməlidir ki, sonra o, travma yaşamasın. Vaxtı ilə belə hadisələr çox olub. Qonşular arasında dava zamanı uşağa övladlıq olduğu deyilib və bu çox böyük faciələrə səbəb olub.
Valideynin həyat şəraiti, gəliri, xəstəliyi – bütün bu məsələlər araşdırılır. Övladlığa götürmə ilə bağlı proseslərdən şikayətlər həmişə olub. Onu da deyim ki, illər öncə bu işdə 10 qurum məsuliyyət daşıyırdısa, indi iki qurum iştirak edir. Bu da işi bir az sadələşdirir və “Bir pəncərə” sistemində növbəlilik gözlənilir. Bəzən tanışlarım müraciət etməyə kömək istəyiblər. Mənə bildiriblər ki, növbəni gözləmək lazımdır.
Övladlığa götürməyin çətin olmasını doğru hesab edirəm. Çünki uşağın gələcəyindən söhbət gedir. Ailə ilə bağlı ətraflı məlumat olmalıdır. Ailənin psixoloji durumu dəqiq qiymətləndirilməli, uşaqla rəftar məsələsi araşdırılmalıdır. Bu baxımdan ailələr səbirli davranmalıdırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Yanvar 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri