Icma.az
close
up
RU
Azərbaycanda övladlarından aliment tələb edən valideynlər var

Azərbaycanda övladlarından aliment tələb edən valideynlər var

Icma.az bildirir, Modern.az portalına istinadən.

Hazırda ən çox müzakirə olunan mövzulardan biri də alimentlərlə bağlıdır. Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilib. Qərara əsasən, aliment tutularkən onun məbləği konkret rəqəmlə deyil, minimum əmək haqqının müəyyən mislinə uyğun sabit pul məbləğində göstəriləcək.

Çoxları elə bili ki, ölkəmizdə təkcə valideynlər övladlarına görə aliment ödəyir, amma qanunvericiliyimizdə həm də valideynlərin yetkinlik yaşına çatmış övladlarından aliment tələb edə bilmək hüququ təsbit olunub. 

Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırmağa görə, yetkinlik yaşına çatmış şəxslərə xəbərdarlıq edilir və ya onlar 60-100 manat məbləğində cərimə olunurlar. 
Qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmış və işləmək qabiliyyətinə malik olan övladlar əmək qabiliyyəti olmayan və maddi çətinlik çəkən valideynlərinə kömək etməli, onlara baxmalı və qayğı göstərməlidirlər. Əgər övladlar öz iradələri ilə valideynlərinə maddi yardım etmirlərsə, valideynlər məhkəməyə müraciət edərək aliment tələb edə bilərlər. Bu halda məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini nəzərə alır, aylıq ödəniləcək məbləği müəyyən edir.

Məhkəmə qərar qəbul edərkən övladların sayını və onların maddi imkanlarını nəzərə alır. Aliment məbləği bütün övladlar arasında bölüşdürülə bilər və ya yalnız bəzi övladlar üçün müəyyən edilə bilər. Lakin əgər valideynlər vaxtilə övladlarına qarşı öz valideynlik vəzifələrini yerinə yetirməyiblərsə, məhkəmə onların aliment almaq hüququnu ləğv edə bilər. Bundan əlavə, valideynlik hüququndan məhrum edilən şəxslər də övladlarından aliment istəyə bilməzlər.
Bəzi hallarda valideynlər ağır xəstəliyə tutulduqda, fiziki qabiliyyətini itirəndə və ya xüsusi qayğıya ehtiyac duyduqda əlavə xərclər ortaya çıxır. Belə hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qərarı ilə həmin xərclərin ödənilməsinə cəlb edilə bilərlər. Bu xərclər, məsələn, valideynə baxmaq üçün kənar şəxslərə ödənilən pullar və ya müalicə xərcləri ola bilər.


Məhkəmə bu qərarı qəbul edərkən hər iki tərəfin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin valideyn və övladlar arasında qarşılıqlı razılıq olduğu halda, bu məsələ məhkəməyə müraciət etmədən də həll oluna bilər.
Bəs hazırda Azərbaycanda övladlarından aliment tələb edən validxeynlər varmı?
Modern.az saytı bu sualla Ədliyyə Nazirliyinə müraciət edib.
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, ölkəmizdə bu kimi hallara görə müraciətlər var, amma onların sayı azdır və müraciətlərin statistikası aparılmır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Fevral 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri