Icma.az
close
up
RU
Azərbaycanda pensiya yaşını keçən icra başçıları SİYAHI

Azərbaycanda pensiya yaşını keçən icra başçıları SİYAHI

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda bir sıra şəhər və rayon icra hakimiyyəti başçıları pensiya yaşına çatıb, bəziləri isə bu həddi artıq geridə qoyub. Mövcud vəziyyət göstərir ki, ölkədə yerli icra strukturlarında pensiya yaşına çatan başçıların sayı kifayət qədər çoxdur.

Modern.az 65 yaşı keçən və pensiya yaşında olan icra başçılarını araşdırıb.

65 yaş həddinə çatanlar

Hazırda bəzi icra başçıları məhz bu il pensiya yaşına çatır və ya bu həddi yeni keçir. Onların arasında həm bölgə, həm də paytaxt ətrafı rayonların rəhbərləri yer alır.

Astara İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Tovuz İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bu il 65 yaşına çatacaq. Pirallahıya rəhbərlik edən Vasif İmanov da 1961-ci il təvəllüdlüdür və bu il pensiya yaşına çatır.

Şəkinin icra başçısı Elxan Usubovun və Zəngilandan olan həmkarı Ramiz Həsənov isə bu il 66 yaşını qeyd edəcək.

Pensiya yaşını çoxdan keçənlər

Digər qrupda isə artıq illərdir pensiya yaşını keçməsinə baxmayaraq vəzifədə qalan icra başçıları yer alır. Bu siyahıda ölkənin ən böyük şəhərlərinin rəhbərləri də var.

Bakı meri Eldar Əzizov iyun ayında 69 yaşını qeyd edəcək. Gəncə icra başçısı Niyazi Bayramov isə yaxın günlərdə 70 yaşını tamamlayır.

Sumqayıt icra hakimi Zakir Fərəcovun ötən ay 72 yaşı tamam olub. Lənkəranın icra başçısı Taleh Qaraşov isə 67 yaşını qeyd edəcək.

Şirvan şəhərinə rəhbərlik edən İlqar Abbasov 68 yaşını tamamlayıb. Həmkarlarından Ağcəbədi İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 72, Ağdam İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov isə 67 yaşındadır.

Bərdədə icraedici orqanın başçısı Vidadi İsayev gələn ay 67 yaşını qeyd edəcək. Onun Füzulidən olan həmkarı Alı Alıyev isə 71 yaşındadır.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun 72 yaşı var. Xocavəndin icra hakimi Eyvaz Hüseynov isə bu il 67 yaşını tamamlayıb.

Qobustan İcra Hakimiyyətinin başçısı Adil Məmmədov gələn ay 74 yaşını qeyd edəcək. Qubadlı icra başçısı Malik İsaqovun 72 yaşı var.

Qusara rəhbərlik edən Sahir Məmmədxanov və Sabirabadın icra başçısı Siraqəddin Cabbarov bu il 67 yaşını tamamlayır.

Siyəzən İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun 71, Şuşadan olan həmkarı Bayram Səfərovun isə 75 yaşı var. 

Zaqatala İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin 79 yaşı tamam olub. Zərdab İcra Hakimiyyətinin başçısı Mərdan Cəlalov isə 70 yaşını qeyd edəcək. 

Maaşla bərabər pensiya alırlar:
Qeyd edək ki, icra başçılarının pensiya yaşı barədə birbaşa xüsusi norma mövcud deyil və onlar dövlət qulluqçusu statusunda olduqları üçün “Əmək pensiyaları haqqında” Qanunun ümumi pensiya yaşı tələbləri tətbiq edilir. Hazırda Azərbaycanda yaşa görə əmək pensiyası hüququ kişilər üçün 65 yaş, qadınlar üçün isə mərhələli şəkildə artırılmaqla müəyyən edilir.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququ yaranan şəxs işləməyə davam edərsə, ona əmək pensiyası təyin olunur və ödənilməsi davam etdirilir. Yəni, pensiya yaşına çatmış icra başçısı vəzifəsini icra etməyə davam etdiyi halda, həm əməkhaqqı, həm də əmək pensiyası almaq hüququnu saxlayır. Qanunvericilikdə əmək pensiyasının ödənilməsinin yalnız müəyyən hallar baş verdikdə (məsələn, vəfat, nikah, pensiya şərtlərinə uyğun olmamaq və s.) dayandırılması nəzərdə tutulur, işləmək bu hallar sırasına daxil deyil. Eyni zamanda, işləyən pensiyaçıların pensiyası hər 6 ildən bir yenidən hesablanır və əlavə sığorta kapitalı nəzərə alınır 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Mart 2026 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri