Icma.az
close
up
RU
Azərbaycanda peşə təhsilinə maraq davamlı şəkildə artır

Azərbaycanda peşə təhsilinə maraq davamlı şəkildə artır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Peşə təhsili üzrə müvafiq ixtisaslara qəbul olunanların sayı 2011-ci ildən bəri 113 faiz artıb. 2025-2026-cı tədris ilində 27 mindən çox tələbə peşə təhsilinə qəbul olunub. Bu da göstərir ki, peşə təhsilinə maraq artmaqdadır. 2027-2030-cu illərdə peşə təhsilinin genişlənməsi və əmək bazarında tələbatın artacağı nəzərə alınaraq peşə təhsilinə tələbatın daha da artacağı proqnozlaşdırılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Qədiməliyev deyir ki, peşə təhsilinə maraq davamlı şəkildə artır: "Eyni zamanda məktəblərdə peşəyönümlü siniflərin yaradılması dövlətin bu sahənin inkişafına verdiyi böyük önəmi göstərir. Həmin siniflərdə təhsil alanlar zamanın tələbinə uyğun şəkildə yetişdirilir və formalaşdırılır. Süni intellektin sürətli inkişafı nəticəsində aparılan araşdırmalar göstərir ki, növbəti on il ərzində bizi tamamilə yeni peşələr gözləyir. Bu dəyişikliklər fonunda hər birimizin bir neçə sahə üzrə bacarıq qazanması gələcək həyatımız üçün son dərəcə önəmlidir. Bu baxımdan, peşə təhsili bizə geniş imkanlar yaradır. Bütün məktəb və şagirdləri bu imkanlardan düzgün istifadə etməyə, öyrənməyə və inkişaf etməyə dəvət edirəm".

İnformasiyanın son dərəcə çox olduğu bir dövrdə peşə seçimi getdikcə çətinləşir. Peşəni doğru seçmək üçün həm ailə, həm də məktəblərin daha məlumatlı olması üçün imkanlar yaratmalıyıq. Bu məqsədlə peşəyönümlü işləri məktəblərdə daha keyfiyyətli şəkildə aparmaq vacibdir. Vətəndaşlara və şagirdlərə peşələr haqqında məlumat daha əlçatan olmalıdır. Valideynlər övladlarına seçim etməyə şərait yaratmalıdır. İndiki dövrdə şagirdlər texnologiyaya yönəldikləri üçün valideyn və müəllimlər bu prosesdə iştirak etməsələr də, internetdən ixtisaslar haqqında məlumat əldə edə bilirlər. Peşə təhsili müəssisələrindən istəyimiz odur ki, uşaqlar yalnız eşitməsin, eyni zamanda, görsünlər. Məsələn, qaynaqçı işinin əhəmiyyətini bəzən başa düşmürük. Ancaq ətrafımıza baxanda hər sahədə qaynaq işinin yerini görmək olur. Şagirdlərə peşələrin əhəmiyyətini göstərə bilmədiyimiz üçün cəmiyyət olaraq bunu daha geniş şəkildə təqdim etməliyik. Uğur hekayələrini cəmiyyətə çatdırmaq da vacibdir. Hər hansı bir peşə olsun, əgər o sahəyə maraq varsa və sevərək işləyirsənsə, həyatda uğur qura bilərsən. Bu proses həm ailə, həm məktəb, həm də cəmiyyət tərəfindən dəstəklənməlidir. Təhsil müəssisələrində doğru sistemli maarifləndirmə və peşəyönümlü işlər, ailələrdə isə övladlara peşələr haqqında məlumat vermək düzgün seçim etməyə kömək edir. Gənclər daha çox ürəklərinin səsini dinləyərək düşüncələrinə əsasən qərar verməlidir. Bu prosesdə onlara şərait yaradılmalıdır.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, peşə təhsili təkcə bir alternativ deyil, əmək bazarının strateji tələblərinə cavab verən əsas təhsil formalarından biridir. Bu sahəyə yatırılan investisiya, yalnız fərdi inkişaf deyil, eyni zamanda ölkənin iqtisadi və sosial sabitliyi üçün vacib addımdır: "Gələcəyin texniki və peşəkar işçi qüvvəsinin yetişməsi üçün peşə təhsilinə olan baxış dəyişməli, bu sahəyə cəmiyyət tərəfindən daha artıq dəyər verilməlidir.

Professora görə, peşə təhsili ölkənin iqtisadi inkişafı və işsizliyin azaldılması baxımından əsas alətlərdən biridir. Bu sistem gənclərin vaxt itirmədən əmək bazarına çıxışını təmin edir və onları real bacarıqlarla silahlandırır: "Peşə təhsili konkret sahələr üzrə praktik bilik verir, bu da onu bazarın tələblərinə daha yaxın edir. Sənaye, tikinti, kənd təsərrüfatı və xidmət sahələrində peşəkar texniki kadrlara ciddi ehtiyac var. Bu ehtiyacı yalnız peşə təhsili qarşılayır. İxtisaslı işçi qüvvəsi iqtisadiyyatın sürətli inkişafı və istehsalatın artımı üçün əsas faktordur. Peşə təhsili, xüsusilə region gənclərinin erkən yaşda işə başlamasına, ailələrinə və cəmiyyətə töhfə verməsinə şərait yaradır. Peşə təhsili bir seçim deyil, zərurətdir. Əgər bu sahəyə kifayət qədər diqqət yetirilsə, ölkədə nə işsizlik, nə də kadr çatışmazlığı problemi qalar".

Şahlar Əsgərov bildirib ki, ələcəyin uğurlu insanı təkcə diplom sahibi deyil, bacarıq sahibi olacaq. Peşə təhsili isə bu bacarığın təməlini qoyan ən güclü vasitədir: "Texnologiyanın sürətli inkişafı fonunda bir çox ənənəvi ixtisaslar ya dəyişir, ya da tamamilə sıradan çıxır. Gələcəyin əmək bazarında bacarıq əsaslı, çevik və praktik biliklərə sahib insanlara ehtiyac artacaq. Bu baxımdan, peşə təhsili gələcəyin əsas təhsil forması olacaq. Peşə təhsili qısa müddətdə spesifik bacarıqlar qazandırır. Bu, sürətlə dəyişən bazarda çevik cavab vermək üçün əvəzsizdir. Yeni texnologiyalar bəzi peşələri sıradan çıxarsa da, texniki servis, mexanika, proqram təminatı dəstəyi kimi sahələrdə bacarıqlı kadrlara tələbat artacaq. Peşə təhsilindən keçmiş şəxslər yalnız işçi yox, öz işini qura biləcək fərdlər kimi yetişir. Bu isə ölkənin kiçik və orta biznes sahəsinin inkişafına güclü təkan verir".

Cəmiyyətin peşə təhsilinə münasibəti də dəyişməkdədir. Artıq gənclər yalnız ali təhsil deyil, həm də praktik bacarıq qazandıran, əmək bazarında rəqabət üstünlüyü verən peşə təhsilini real alternativ kimi görürlər. Gələcəkdə bu baxış daha da güclənəcək və peşə təhsili sosial nüfuz baxımından da yüksələcək.

Qloballaşma və əmək miqrasiyası fonunda beynəlxalq standartlara uyğun peşə təhsili vacib olacaq. Avropa və digər regionlarla uyğun sertifikatlaşdırma, dil hazırlığı, və universal bacarıqlar kimi sahələr önə çıxacaq. Bu da məzunlara xarici ölkələrdə işləmək imkanları yaradacaq.

Peşə təhsili təkcə əmək bazarının tələbini ödəyən mexanizm deyil, həm də gənclərə layiqli həyat qurmaq üçün real fürsətlər təqdim edən mühüm bir platformadır. Texnologiyanın sürətli inkişafı, ekoloji çağırışlar və dəyişən iqtisadi reallıqlar fonunda bu sahənin gələcək perspektivləri kifayət qədər geniş və dinamikdir.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda ölkədə iqtisadiyyatın, o cümlədən sənayenin və kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsində kadrlara böyük ehtiyac var. Bu ehtiyacı ödəmək üçün regionlarda mərkəzləşdirilmiş peşə təhsili müəssisələri yaradılır, amma bu sahələr üzrə kadrlar da hazırlanmalıdır. Bu sahələr üzrə peşələrin inkişafı və ixtisaslı kadrların hazırlanması iqtisadiyyatın inkişafına təkan verəcək. İxtisaslı mütəxəssislər ilk peşə təhsili üzrə aldıqları bilikləri praktikada tətbiq edəcək və bunun nəticəsində əkin sahələri genişlənəcək. O cümlədən, qeyri-neft sektoru hesabına ölkə iqtisadiyyatı yüksələcək: "Halbuki müasir əmək bazarı daim dəyişir və hər il yeni peşələr yaranır. İnformasiya texnologiyaları, turizm, logistika, enerji, kənd təsərrüfatı və xidmət sahələri üzrə çoxlu yeni ixtisaslar peşə məktəblərində tədris olunmalıdır. Burada dövlətin güzəşt siyasəti mühüm rol oynaya bilər".

Təhsili üzrə ekspert Elçin Süleymanov deyir ki, cəmiyyətin inkişafı ilə yeni ixtisaslar və peşələrə ehtiyac artır. Bu isə təkcə ali təhsilli mütəxəssislərlə deyil, həm də subbakalavr və peşə təhsili alan kadrlarla təmin olunmalıdır: "Peşə təhsili gələcəkdə iş tapmaq və karyera baxımından əhəmiyyətlidir. Cəmiyyət inkişaf edir, yeni sahələr formalaşır və bu dəyişikliklərə uyğunlaşmaq üçün peşə bacarıqları vacibdir".

Elçin Süleymanov qeyd edib ki, əvvəlki illərdə müəyyən tənəzzül müşahidə olunsa da, son illər bu sahədə ciddi canlanma var: "Peşə məktəbləri müasirləşdirilir, tədris proqramları yenilənir, məzunların daha aktual ixtisaslara yönləndirilməsi həyata keçirilir. Bu prosesdə Peşə Təhsili üzrə Dövlət Agentliyi və müxtəlif nazirliklərlə yanaşı, Türkiyə, Koreya və digər ölkələrin dəstəyi ilə yaradılan peşə mərkəzləri də mühüm rol oynayır".

Ekspertin sözlərinə görə, xüsusilə Qarabağda tikinti və bərpa işlərinin getdiyi bu dövrdə peşə təhsilli kadrlara böyük ehtiyac yaranıb: "Qaynaqçı, dülgər, rəngsaz kimi sahələrdə peşə bilikləri olan şəxslər tikinti-quraşdırma işlərinə cəlb olunur. "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrində, eləcə də alternativ və bərpa olunan enerji, aqrar sektor üzrə mütəxəssislərə də ciddi tələbat var. Yeni texnologiyaların yayılması ilə bağlı olaraq, müəyyən sahələrdə təmirçi və texniki kadrlara ehtiyac daha da artır. Hər üç gələn avtomobildən biri elektriklidir. Bu isə həmin sahəyə uyğun peşəkarların, məsələn, elektrikli avtomobillərinin təmirçisi, xidmət mütəxəssisi və digərlərinin hazırlanmasını tələb edir".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see363

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see350

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see247

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see247

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see236

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see232

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see223

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see177

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see176

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see165

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see160

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see152

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see150

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see150

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri