Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Azərbaycanda peşə təhsilinə maraq azdır Şura sədri səbəbləri AÇIQLADI

Azərbaycanda peşə təhsilinə maraq azdır Şura sədri səbəbləri AÇIQLADI

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda peşə təhsilinə maraq azdır. Bunun bir çox səbəbləri var. Ölkədə fəaliyyət göstərən peşə təhsili müəssisələrində isə vəziyyət çox da ürəkaçan deyil.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  2024/2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə ümumilikdə 24 821 nəfər qəbul olunub.

"Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 21% artıb  2026-cı ilə qədər peşə təhsilinə qəbul olunan tələbə sayının 28 140-a çatdırılması əsas hədəfdir”, - qurumdan qeyd edilib.

Məlumatda bildirilir ki, təhsilalanların peşə məktəblərinə cəlb edilməsi istiqamətindəmüvafiq işlər görülür:

“1.Müasir Peşə Təhsil Mərkəzlərinin açılması: Ölkədə  beynəlxalq standartlara uyğun yeni peşə təhsil mərkəzləri yaradılır və mövcud olanlar yenidən qurulur və müasir avadanlıqlarla təmin edilir.

2.Əmək bazarına uyğun proqramların təqdimatı: Peşə təhsil proqramları əmək bazarının tələblərinə uyğun yenilənir.Texnoloji ixtisaslara və rəqəmsal bacarıqlara üstünlük verilir.

3.Əməkdaşlıq və inteqrasiya: Böyük şirkət və müəssisələrlə əməkdaşlıq çərçivəsində dual tədris metodları tətbiq olunur.

4.Maarifləndirmə və təbliğat: Gənclərin və onların valideynlərinin peşə təhsilinə marağını artırmaq üçün kütləvi informasiya vasitələrində və sosial mediada kampaniyalar aparılır”.

Mövzu ilə bağlı saytımıza danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə bildirib ki, peşə təhsilinə marağın az olması məktəblərdə peşə yönümlü işin lazımi səviyyədə həyata keçirilməməsinin nəticəsidir:

“Artıq VII sinifdən başlayaraq məktəblərdə peşə yönümü ilə əlaqədar olan işlər aktuallaşmalıdır. Növbəti illərdə bu məsələ öz intensivliyini daha da artırmalıdır. Amma peşə yönümü məsələsində bir məqama xüsusi diqqət etmək lazımdır. Hər bir şagird özünəməxsus qabiliyyətə malik olur. Bu o deməkdir ki, hər bir şagirdin seçdiyi peşə onun qabiliyyətinə uyğun olmalıdır. Təəssüf ki, bu heç də həmişə belə olmur”.

Onun sözlərinə görə, pedaqoji-psixoloji ədəbiyyatda qabiliyyətlərin müxtəlif təsnifatları var:

“Ən ümumi şəkildə biz qabiliyyətləri iki istiqamətdə qruplaşdıra bilərik: əqli və peşə qabiliyyətləri. Həyat təcrübəsi göstərir ki, əqli qabiliyyətlərə malik olan şagirdlər daha yüksək səviyyəsində təhsil almağa hazırlandıqda, peşə qabiliyyətlərinə malik olan şagirdlər isə peşə məktəblərində təhsil aldıqda daha uğurlu nəticələr əldə olunur. Məktəblərdə bu istiqamətdə lazımi səviyyədə pedaqoji iş aparılmadığı üçün məktəbi bitirən şagirdlərin əksəriyyəti ali məktəbə qəbul olmağa cəhd edirlər. DİM qəbul imtahanlarının nəticələrini elan etdikdə biz son dərəcə aşağı ballar toplayan abituriyentlərə də təsadüf edirik. Onlar əqli qabiliyyətləri yüksək olmayan şagirdlərdir. Əksər hallarda onlar ali məktəbə qəbul imtahanlarında uğursuzluğa düçar olduqdan sonra hər hansı bir peşəyə yiyələnmək qərarına gəlirlər. Halbuki vaxtında təhsillərini peşə məktəbində davam etdirsəydilər, artıq bu illər ərzində qabiliyyətlərinə uyğun peşəyə yiyələnmiş olardılar.  Məktəblərdə peşə yönümü istiqamətində işlər düzgün təşkil edildikdə şagirdlər vaxt itirmədən peşəyə yiyələnmək imkanı əldə etmiş olurlar”.

H.Əlizadənin sözlərinə görə,  peşə seçimində təkcə məktəbi günahlandırmaq olmaz:

“Burada məsuliyyət eyni dərəcədə valideynlərin üzərinə düşür. Təəssüf hissi ilə qeyd edim ki, bu gün məktəblə ailənin əlaqəsi zəifləyib. Buna görə də müəllimlə valideynlər şagirdin peşə seçimi istiqamətində əməkdaşlıq edə bilmirlər. Bu əməkdaşlıq olmadan isə peşə yönümü istiqamətində uğur əldə etmək cətindir. Valideynlərin hər biri övladının ali təhsil almasında maraqlıdır və bu istəyi həyata keçirmək üçün onun təhsilini davam etdirməsinə çalışır. Bu onların peşələrə düzgün olmayan münasibətindən qaynaqlanır. Halbuki, dünyada yaradılan incilərdə bənnaların, dülgərlərin, dəmirçilərin və s. sənətkarların xidməti nəhayətsizdir. Heç bir peşə ikinci dərəcəli deyil. Sadəcə olaraq, qabiliyyəti müəyyən edib şagirdi həmin istiqamətdə yönləndirmək kifayətdir. Insan yalnız qabiliyyətinə uyğun işlər gördükdə möcüzələr yarada bilir. Bu gerçəkliyi həm valideynlər, həm də müəllimlər qəbul etsələr, bir yerdə əməkdaşlıq etsələr şagirdlərin peşə seçimini yaxşılaşdırmaq mümkündür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:333
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri