Icma.az
close
up
RU
Azərbaycanda peşə təhsilinə diqqət və qayğı artır

Azərbaycanda peşə təhsilinə diqqət və qayğı artır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyulun 22-dən etibarən peşə təhsili müəssisələrinə 2025-2026-cı tədris ili üzrə tələbə qəbuluna başlanılıb. Peşə təhsili almaq istəyən şəxslər 22 iyul-11 avqust tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməklə "Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu" xidməti vasitəsilə müraciət göndərməlidirlər.

Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Son müraciət tarixi 11 avqust 18:00-dır.

2025-2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsil müəssisəsində 152 ixtisas olmaqla 32 620 plan yeri üzrə aparılacaq. Bu yerlərdən 24 280-ı dövlət sifarişli, 8340-ı isə ödənişlidir. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ilk və texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciət edən şəxslərin nəticələri barədə məlumatın "şəxsi kabinetim" bölümündə yerləşdirilməsi və həmçinin, SMS vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar.

Elektron qeydiyyatdan keçən zaman tələb olunan sənədlər şəxsiyyəti təsdiq edən sənəd, təhsil haqqında sənəd (attestat), əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd.

Azərbaycanda peşə təhsilinin inkişafı ümumi təhsilin inkişafı ilə bağlı mühüm hədəflərdən biridir. Bu çərçivədə peşə təhsilinin əhatəliliyinin və keyfiyyətinin artırılması qarşıya məqsəd kimi qoyulub. Son illərdə də peşə təhsilinin əhatəliliyinə dair bir çox hədəfə artıq nail olunub. Bu da son on ilin ən yüksək göstəricisidir. 2026-cı ilədək təxminən 28 min tələbənin peşə təhsil müəssisələrinə cəlb edilməsi planlaşdırılır.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov deyir ki, informasiyanın son dərəcə çox olduğu bir dövrdə peşə seçimi getdikcə çətinləşir. Peşəni doğru seçmək üçün həm ailə, həm də məktəblərin daha məlumatlı olması üçün imkanlar yaratmalıyıq. Bu məqsədlə peşəyönümlü işləri məktəblərdə daha keyfiyyətli şəkildə aparmaq vacibdir. Vətəndaşlara və şagirdlərə peşələr haqqında məlumat daha əlçatan olmalıdır. Valideynlər övladlarına seçim etməyə şərait yaratmalıdır. İndiki dövrdə şagirdlər texnologiyaya yönəldikləri üçün valideyn və müəllimlər bu prosesdə iştirak etməsələr də, internetdən ixtisaslar haqqında məlumat əldə edə bilirlər. Peşə təhsili müəssisələrindən istəyimiz odur ki, uşaqlar yalnız eşitməsin, eyni zamanda, görsünlər: "Məsələn, qaynaqçı işinin əhəmiyyətini bəzən başa düşmürük. Ancaq ətrafımıza baxanda hər sahədə qaynaq işinin yerini görmək olur. Şagirdlərə peşələrin əhəmiyyətini göstərə bilmədiyimiz üçün cəmiyyət olaraq bunu daha geniş şəkildə təqdim etməliyik. Uğur hekayələrini cəmiyyətə çatdırmaq da vacibdir. Hər hansı bir peşə olsun, əgər o sahəyə maraq varsa və sevərək işləyirsənsə, həyatda uğur qura bilərsən. Bu proses həm ailə, həm məktəb, həm də cəmiyyət tərəfindən dəstəklənməlidir. Təhsil müəssisələrində doğru sistemli maarifləndirmə və peşəyönümlü işlər, ailələrdə isə övladlara peşələr haqqında məlumat vermək düzgün seçim etməyə kömək edir. Gənclər daha çox ürəklərinin səsini dinləyərək düşüncələrinə əsasən qərar verməlidir. Bu prosesdə onlara şərait yaradılmalıdır".

O vurğulayıb ki, peşə təhsilində həyata keçirilən islahatların əsas motivləri sosial və iqtisadi inkişafı ilə bağlı olan hədəflərdir. "2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasında" konkret olaraq peşə təhsili ilə bağlı hədəflər müəyyən edilib. Ən başlıca hədəf peşə təhsilinin əhatəliliyini və keyfiyyətini artırmaqdır. Bu istiqamətdə 2026-cı ilin sonuna qədər peşə təhsili sisteminə 28 min tələbənin cəlb olunması hədəfi qoyulub. Son 5 ildə hər il tələbə qəbulunda 10-15 faiz artım müşahidə edilib. Məsələn, 2024-cü ildə peşə təhsili müəssisələrinə 25 minə yaxın tələbə qəbul olunub ki, bu da son illərin ən yüksək göstəricisidir. Bundan əlavə, peşə təhsilinin infrastrukturunun genişləndirilməsi də strateji hədəflərdən biridir. Yeni, müasir peşə təhsili verə bilən müəssisələrin sayı artdıqca, ora müraciət edənlərin sayı da artır. Son on ildə Qəbələ, Bərdə, Gəncə, Bakı, Cəlilabad və digər regionlarda yeni müəssisələr açılıb. Hər bir yeni müəssisə tələbə sayında artıma səbəb olur. Məsələn, Bərdədə açılışdan sonra tələbə müraciətləri 10 dəfə artıb, Cəlilabadda da eyni tendensiya müşahidə edilir. Bu cür infrastruktur inkişafı, əhatəliliyin artırılmasına və keyfiyyətin yüksəlməsinə xidmət edir. Bu müəssisələrdə tələbəyönümlü mühit yaradılır, emalatxanalar və laboratoriyalar vasitəsilə praktiki biliklərin əldə olunmasına şərait yaradılır. Məsələn, Bərdədə və Cəlilabadda STEAM mərkəzləri yaradılıb. Bu mərkəzlər tələbələrə iş yerinə yaxın mühitdə təhsil almaq imkanı verir. Keyfiyyət də islahatların əsas istiqamətlərindəndir. Son 5-6 ildə təhsil proqramlarının yenilənməsi və yeni proqramların hazırlanması ilə bağlı əhəmiyyətli addımlar atılıb. Bu müddət ərzində 100-ə yaxın yeni proqram hazırlanıb. Bunda məqsəd təhsil proqramlarının əmək bazarının tələblərinə cavab verməsidir. Əlavə olaraq, son 7 ildə 550 mindən çox dərslik tələbələrə təqdim edilib. Peşə təhsilində müxtəlif ixtisaslar olduğu üçün dərsliklərin sayı da çoxdur, bu səbəbdən həm ümumtəhsil, həm də ixtisas dərslikləri mütəmadi nəşr olunaraq müəssisələrə göndərilir".

Onun dediyinə görə, peşə təhsili sistemində ən çox tələbat olan ixtisaslar sənaye, turizm, xidmət sektoru və IT sahələridir: "Bir çox hallarda Azərbaycanda bu ixtisaslarla bağlı müəllim hazırlığı yetərli deyil. Bu istiqamətdə əhatəliliyi artırmağa çalışırıq. Yeni müəssisələr istifadəyə verildikcə, onların kadr potensialını gücləndirmək məqsədilə təlimlər və təkmilləşdirmə prosesləri davam edir. Məsələn, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində koreyalı mütəxəssislərin iştirakı ilə kurikulum təsdiq olunub və həmin müəssisələrdə çalışan müəllimlər uzun müddət Koreyada təlimlər alıblar. Eyni zamanda, turizm və xidmət sahələrində müəllimlərimiz Türkiyədə təlimlərə qatılıblar. 2023-cü və 2024-cü illərdə Koreyadan mütəxəssislərlə təlimlər keçirdik, bu təlimlər əsasən IT və sənaye ixtisasları üzrə oldu. Lakin tələbə qəbulu elan edildikcə, həmin sahələrdə müəllimlərimizin inkişafına da diqqət yetiririk. Bu gün ən vacib olanı gələcəkdə əmək bazarında hansı ixtisaslara ehtiyac olacağını əvvəlcədən müəyyənləşdirərək kadr hazırlığını ona uyğun qurulmasıdır. Bu məqsədlə peşə təhsili proqramlarını hazırlayarkən mövcud əmək bazarındakı boşluqları və gələcək iqtisadi hədəfləri nəzərə alırıq".

C.Kərəmov bildirib ki, azad edilmiş ərazilərdə peşə təhsilinin bərpası və inkişafı istiqamətində konkret tədbirlər həyata keçirilir. Hazırda Füzuli şəhərində peşə təhsili müəssisələri inşa olunur: "Bu il Şuşada da peşə təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmir işlərinə başlanılacaq. Qubadlı, Ağdam və Zəngilanda isə peşə təhsili müəssisələrinin layihələndirmə işləri 2025-ci ilin ortalarında yekunlaşacaq".

Mütəxəssis qeyd edib ki, bu gün Azərbaycanda təxminən 50 faizə yaxın peşə təhsili müəssisələrində məcburi köçkün ailələri yaşayırlar. Hazırda Quba, Qax, Tovuz və digər rayonlarda yeni peşə təhsili müəssisələrinin layihələndirilməsi və tikinti işləri davam edir: "Birinci Qarabağ müharibəsi dövründə məcburi köçkün vətəndaşlarımız bir sıra təhsil müəssisələrinin infrastrukturunda məskunlaşmışdı. 2020-ci ildə şanlı qələbəmizdən sonra həmin vətəndaşlarımız öz doğma yurdlarına qayıtdıqca yeni təhsil müəssisələri üçün müasir infrastrukturun yaradılması və daha keyfiyyətli təhsil şəraitinin təmin edilməsi davam edir. Son illərdə Bakı, Gəncə, Bərdə, Qəbələ, İsmayıllı, Cəlilabad və Lənkəranda da yeni peşə təhsil müəssisələri tikilib".

Təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu qəbul ilində peşə təhsilinə olan plan yerlərinin artırılması qeyd edildi. Həmçinin bəzi ixtisaslar üzrə peşə təhsilinə olan tələbatın artması, digərlərində isə azalması müşahidə olunub. artmanın əsas səbəbi texnologiya və süni intellektlə bağlı sahələrə marağın artmasıdır: "Kompüter yönümlü, informasiya texnologiyaları sahələrindəki artan maraq bu ixtisaslara qəbul sayını da yüksəldir. Əksinə, bəzi sahələrdə, məsələn, toxuculuq və tikiş sahələrində maraq azalır. Bunun əsas səbəbi isə texnoloji avadanlıqların artıq insan əməyini əvəz etməsidir. Tək bir texnoloji cihazla 20-30 nəfərlik işçi qüvvəsinin əvəz olunması bu sahəyə marağı azaldır".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Avqust 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri