Icma.az
close
up
RU
Azərbaycanda pulsuz da xoşbəxt olmaq mümkündür: Qalmaqallı psixoloqdan ŞOK AÇIQLAMA

Azərbaycanda pulsuz da xoşbəxt olmaq mümkündür: Qalmaqallı psixoloqdan ŞOK AÇIQLAMA

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Pul insanların həyatlarında hansısa tələbatlarını ödəmək üçün ödəniş vasitəsi kimi istifadə olunur. 

Lakin psixologiyaya əsasən, insan bir şeyi əldə etmək üçün ödənişi edəcək resursa sahib olmasa da, həmin arzuladığı şeyə hiss edib yaxınlaşsa, artıq ödəniş vasitəsi olaraq pul olmadan da onu əldə bilər”. 

Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, insan pulu olmadan da arzusuna çox rahat şəkildə çata bilər: 

“Bu, bir az ritual görünə bilər. Ancaq insan beyninin sərhədsizliyi istər elmi, istərsə də dini cəhətdən çox əvvəlcədən bilinir. Yəni, insan beyni istədiyi hər şeyə doğru düşünərək qapı aça bilər. 

Çünki insan öz istəyinə çatmaq üçün bütün mənəvi resurslara sahibdir”. Psixoloqun sözlərinə görə, bir şeyi düşünməyə başlamaq, onu əldə edəcək bütün resurslara sahib olmaq deməkdir: 

“Təəssüf ki, biz resurs deyəndə sadəcə pulu nəzərdə tuturuq. Bu, bəzən vizyonumuzun, bəzən də dünyagörüşümüzün zəifliyindən qaynaqlanır. Çevrəmizdə belə düşünən insanların yoxluğu da bu cür resurslara sahib olmamağımıza səbəb olur. Ona görə də dar düşüncədə olmaq lazım deyil. Əslində, dünyagörüşümüz genişlənsə, pulla bağlı düşüncəmiz də dəyişər. Psixologiyada buna limitli düşüncə deyirlər. Bu cür limitli düşüncələr olmasa, insanlar istəklərinə daha tez çata bilər”. 

Əfsanə Rüstəmova qeyd edib ki, insan öz bacarıqlarının və gücünün fərqində olmalıdır: 

İnsanlar özlərinin yaradılışdan onlara verilən gücünün fərqinə varsa, heç bir dəstəkçiyə ehtiyacları olmaz. Yəni, pula, ad-şana, şöhrətə ehtiyac olmadan “A” nöqtəsindən “B” nöqtəsinə getmək mümkündür. Nəzərə almaq mümkündür, hər insanın mütləq şəkildə başqasından daha yaxşı bacardığı nə isə olur. 

Çünki hər insanın bacarığı tam fərqlidir. Əslində, çətinlik çəkmədən bacardığımız hər şey bizim özəl gücümüz sayılır. Buna fokuslanaraq arzularımıza çata bilərik. Biz əldə etmək istədiyimizə fokuslanmalı və pulu düşünməməliyik. Qalan məsələlər özlüyündən həll olacaq. Sıxlıqla düşünürərək yaxınlaşmaq dediyimiz məhz budur”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: pulsuz xoşbəxt olmaq qalmaqal Əfsanə Rüstəmova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri