Icma.az
close
up
RU
Azərbaycanda pulu olanlar nə alsınlar ki, yaxşı qazansınlar? Görün ekspertlər nə deyir

Azərbaycanda pulu olanlar nə alsınlar ki, yaxşı qazansınlar? Görün ekspertlər nə deyir

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar sosial şəbəkələrdə Azərbaycanın investisiya bazarı ilə bağlı müzakirələr intensivləşib. Bəzi iqtisadçılar yaxın dövrdə əmlak bazarında qiymətlərin enəcəyini, eyni zamanda son aylarda sürətlə bahalaşan qızılın da ucuzlaşacağını proqnozlaşdırırlar.

Bu iddialar ictimaiyyətdə investisiya qərarlarına dair suallar yaradıb. Bəs həqiqətən gələn il əmlak və qızıl bazarında ucuzlaşma gözlənilirmi? Ümumiyyətlə, əhali arasında hansı investisiya alətləri daha populyardır və yatırım edərkən hansı məqamlara diqqət yetirmək lazımdır?

“Qızılın bahalaşma ehtimalı çoxdur”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyir ki, hazırkı iqtisadi şəraitdə, əhali əmlak və qızıla üstünlük verdiyi üçün onların ucuzlaşma ehtimalı azdır: “Hər hansı bir əmlak növünün ucuzlaşması və ya bahalaşması barədə proqnoz verərkən onun qiymətinə təsir edən amillər nəzərə alınmalıdır. Əmlak və qızıl iqtisadi proseslərdən asılı olaraq qiymət artımı və ya ucuzlaşma meyllərinə məruz qalır. Yaxın dövrdə qızılın ucuzlaşması real görünmür. Əksinə, proqnozlara görə, qızılın bahalaşma ehtimalı daha çoxdur”.

“Əhali kapitalının gözünün önündə olmasını istəyir”

Həmsöhbətimiz bildirir ki, əmlak hazırda ölkəmizdə özünü doğruldan yeganə investisiya kimi tanınır: “Ölkədə biznes investisiyaları və fond birjalarına yatırımlar hələ də geniş yayılmayıb. Bundan əlavə, əvvəlki nəsil üçün uğursuz bank depozitləri ilə bağlı təcrübələr hələ də yaddaşdadır. Bu amillər əmlakın hazırda özünü doğruldan yeganə investisiya vasitəsi olmasını möhkəmləndirir. Təbii ki, hər hansı fors-major hadisələr risk yarada bilər, amma risk hər yerdə mövcuddur. Bu baxımdan, əmlak digər investisiya alətlərinə nisbətən daha stabil hesab olunur. Əmlakla qızıl arasında əsas fərq ondadır ki, qızıl əsasən sabit qiymət artımına malikdir, əmlak isə həm qiymət artımı, həm də icarədən gəlir əldə etmək imkanı ilə investisiyanı daha cəlbedici edir. Dünyada depozitlər populyardır, lakin Azərbaycanda geniş yayılmayıb. Əhali öz kapitalının gözünün önündə olmasını istəyir. Qızıl və əmlakı hər gün görür, saxlayır və qiymət artımını müşahidə edir. Depozit isə yanında deyil, görmək mümkün deyil, riskləri var və verilən faizlər inflyasiya səviyyəsini əksər hallarda qarşılaya bilmir”.

Gələn il investisiya üçün əlverişli il deyil?

V.Oruc deyir ki, proqnozlara görə, növbəti il iqtisadi baxımdan çətin olacaq: “Lakin iqtisadi fəaliyyətin aktiv olması ilə mövcud problemlərin təsirini azaltmaq və qarşısını almaq mümkündür. 2026-cı ildə ehtimal olunan risklər arasında devalvasiya və iqtisadi fəallığın azalması yer alır ki, bu da investisiya üçün əlverişli deyil. Bundan əlavə, vergilərin artırılması, maliyyə sərtləşməsi də potensial risklər sırasındadır. Buna baxmayaraq, vətəndaşlar böyük ehtimalla yenə də daşınmaz əmlaka və qızıla üstünlük verəcəklər”.

“Növbəti üç ildə...”

İqtisadçı ekspert Fərhad Pərvizi bildirir ki, 2026-cı il iqtisadi baxımdan çətin olacaq: “İlk dəfədir ki, dövlət büdcəsində xərclər artmır, sabit qalır. Azərbaycan iqtisadiyyatı prosiklikdir: dövlət xərcləri artmayanda iqtisadiyyat da artmır. Bundan əlavə, Donald Trampın OPEC və Səudiyyə Ərəbistanı ilə danışıqları neftin ucuzlaşmasına səbəb ola bilər. 2027-ci ildə də ümumilikdə dünya maliyyə böhranı proqnozlaşdırılır. Bu səbəblərdən növbəti üç ildə böyük investisiyalar etməyi düzgün hesab etmirəm”.

“Daşınmaz əmlaka investisiya qoymaq optimal deyil”

Fərhad Pərvizi 2014-cü ildə daha kiçik mənzilini sataraq böyük mənzil alıb. Bunun üçün 300 min manat xərcləyib. Deyir ki, o zaman bu məbləğ 390 min dollar edirdi. 2025-ci ildə həmin evin qiyməti 700 min manata çatıb. Amma dollara çevirdikdə 700 min manat yalnız 410 min dollar edir. O deyir ki, 11 il ərzində dollarla gəlir cəmi 21 min dollar olub. Əgər həmin 390 min dolları qızıla yatırsaydı, bu gün 1,2 milyon dollar, ABŞ-dəki 500 ən böyük şirkətin səhmlərinə yatırsaydı isə təxminən 1,7 milyon dollar əldə edə bilərdi.

Mütəxəssis bildirir ki, əgər evə ehtiyacın varsa, ev almaq zəruridir, amma invеstisiya məqsədilə daha ağıllı seçimlər etmək lazımdır: “Səhm bazarı, qızıl və iqtisadiyyatı inkişaf etdirən layihələrə yatırım etmək gəlirli ola bilər, lakin yalnız daşınmaz əmlaka və dəmir-betona investisiya qoymaq optimal deyil. Ev tikilib bitir, amma zavod və fabrikə yatırım iqtisadiyyata yeni dəyərlər gətirir və daha yüksək gəlir potensialına malikdir”.

“Ən gəlirli yatırım biznes qurmaqdır”

Biznes koç Tural Əliyev isə sosial şəbəkədə dərc etdiyi paylaşımında investisiya yanaşmasını belə izah edir: “Təsəvvür edin, il 2000-dir və cibinizdə 10 min dollar pul var. Bəs bu vəsaiti hara yönəltmək daha sərfəli olardı - qızıla, torpağa, yoxsa sadəcə dollar kimi saxlamağa? 25 il əvvəlki vəziyyətlə bu günü müqayisə etdikdə mənzərə belədir: 2000-ci ildə qızılın unsiyası təxminən 300 dollar idi, bu gün isə 2500-3000 dollar civarındadır. O dövrdə 10 min dollar qızıla yatırım edilsəydi, bu gün təxminən 85 min dollar dəyərində olardı”.

Həmin məbləğ Bakıda, xüsusən şəhərin inkişaf edən ərazilərində torpağa qoyulsaydı, bu gün həmin əmlakın qiyməti 200-250 min dollar aralığında ola bilərdi. Yəni 20-25 qat artım. Torpaq, əsasən, dəyərini qoruyan və artıran aktiv kimi qiymətləndirilir.

Vəsaiti dollar etdikdə isə, mütəxəssis bildirir ki, 10 min dollar nominal olaraq dəyişməsə də, alım gücü ciddi şəkildə azalıb. Dolların 1.7 AZN olması reallığı dəyişmir, pul uzun müddət “yatanda” dəyər itirir. T.Əliyevin sözlərinə nəticə olaraq dollar yalnız qoruyur, böyütmür, qızıl sabitlik verir, torpaq isə doğru seçim edildikdə insanı varlandıra bilir. O əlavə edir ki, bütün bunlara baxmayaraq, ən gəlirli yatırım biznes qurmaqdır: “Çünki qızıl da, torpaq da, pul da sizin üçün işləyə bilmir, amma ağlınız, bilikləriniz və ideyalarınız işləyə bilər. Pul yatanda azalır, işləyəndə isə çoxalır”. ("Kaspi" qəzeti)

Facebook WhatsApp Telegram Twitter Share

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Dekabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri