Icma.az
close
up
RU
Azərbaycanda qadın sahibkarlığı inkişaf edir TƏHLİL

Azərbaycanda qadın sahibkarlığı inkişaf edir TƏHLİL

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda öz biznesini qurmaq istəyən qadınların sayı artmaqdadır. Son illərdə qadın sahibkarlar arasında maraq göstərilən sahələrin sayı genişlənir, bu isə onların iqtisadi fəallığının yüksəldiyini göstərir.

Bəs Azərbaycanda yeni iş qurmaq istəyən qadın sahibkarlara necə dəstək olunur?

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova Metbuat.az-a açıqlamasında bildirib ki, maddi dəstəklə bağlı konkret olaraq hər hansı bir maliyyə dəstəyi mexanizmi hazırda mövcud deyil.

O qeyd edib ki, ölkəmizdə müxtəlif qurumlar vasitəsilə yeni iş qurmaq istəyən qadınlara həm hüquqi dəstək, həm də inkişaf etdirmək istədikləri və ya kifayət qədər məlumatlı olmadıqları sahələrlə bağlı xidmətlər təqdim olunur:

“Məsələn, əgər bir qadın sıfırdan VÖEN açmaq və sahibkarlıq fəaliyyətinə başlamaq istəyirsə, KOB evinə müraciət edə bilər. Bu məkanda bir çox müvafiq dövlət qurumlarının nümayəndələri fəaliyyət göstərir və vətəndaşlara xidmət göstərirlər. Burada sahibkar VÖEN aça, hüquqi qeydiyyatdan keçə, bank hesabı yarada bilər. Yəni bir məkana yaxınlaşmaqla bütün ilkin hüquqi prosedurları həmin yerdə, oradakı əməkdaşların dəstəyi ilə həyata keçirmək mümkündür. Həmçinin fəaliyyət göstərdiyi müddətdə hesabatların verilməsi və digər məsələlərlə bağlı yaranan suallar üçün də həmin ünvana müraciət edə bilər və peşəkar məsləhət ala bilərlər”.


N.Ələsgərova Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin həyata keçirdiyi KOB İnkişaf Mərkəzləri layihələrindən də bəhs edib:

“Bu layihələr vasitəsilə müxtəlif təlim və seminarlar təşkil olunur, biznes planlarının yazılması, marketinq, satış və digər sahələr üzrə biliklər öyrədilir. Yəni kiçik bir biznesi maraqlandıran və ya narahat edən bütün mövzular üzrə bu təlimlər faydalı ola bilər. Eyni zamanda, KOB İnkişaf Mərkəzləri vasitəsilə ekspertlərdən fərdi məsləhət dəstəyi də almaq mümkündür. Ümumiyyətlə, yeni biznes qurmaq istəyən xanımlara tövsiyə olunur ki, fəaliyyət sahələri ilə bağlı olan dövlət qurumlarının rəsmi veb saytlarını və sosial media hesablarını izləsinlər. Bu vasitə ilə bir çox suallarına cavab tapa, mövcud dəstək və imkanlardan vaxtında xəbərdar ola bilərlər”.

Qadın sahibkarların fəaliyyəti hansı sahələrdə daha çox müşahidə olunur?

İqtisadçı Eldəniz Əmirov bildirib ki, qadın sahibkarlar iqtisadiyyatın demək olar ki, bütün sektorlarında fəaliyyət göstərirlər:

“Sadəcə olaraq bəzi sahələrdə onların payı daha yüksək, bəzilərində isə nisbətən azdır. Məsələn, təhsil sahəsində, xüsusilə də məktəbəqədər təhsil müəssisələri sahəsində, yəni özəl uşaq bağçalarında qadınların rolu daha çox nəzərə çarpır. Qida sektorunda, şirniyyatların və milli yeməklərin hazırlanması sahəsində, eləcə də tikiş və dizayn, gözəllik və kosmetologiya sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərinin əksəriyyəti qadınlardan ibarətdir”.

E.Əmirov əlavə edib ki, qadın sahibkarlığı iqtisadiyyatın digər sahələrində də durmadan genişlənməkdədir.

Qadın sahibkarların artması, iqtisadi gücə sahib olmaları onların ailə və cəmiyyətdəki statusunu necə dəyişir?

Sosioloq Mətanət Məmmədova deyib ki, qadın sahibkarların sayının cəmiyyətdə artması bir neçə tərəfdən məqsədəuyğundur:

“Birincisi, məşğulluq istər qadın, istər kişi üçün vacib məsələdir. Hər bir insanın müəyyən işlə məşğul olması onun maddi gəlirinin olması təminatlı həyat deməkdir. Xüsusilə qadınların məşğulluğu daha vacibdir. Çünki bununla həm ailələrinə həm kömək etmiş, həm özləri sosiallaşmış olur, eyni zamanda cəmiyyətdə onların statusu formalaşır, yəni qadınların bacarığının ortalığa çıxmasına şərait yaranır”.


M.Məmmədova qadınların kişilər qədər, bəlkə də onlardan dabacarıqlı, işgüzar olduqları qənaətindədir:

“Belə olan təqdirdə onların sahibkar olması da cəmiyyət üçün əlverişli ola bilər. Mənə görə qadının sahibkar olması onun ailədə statusunda bir o qədər dəyişiklik yaratmır. Çünki o, qadındır və anadır. Hansı işdə çalışmasından asılı olmayaraq evinin xanımı, uşağının anasıdır və hər zaman bu iki sahədə üzərinə düşən vəzifələri layiqincə həyata keçirir. Lakin cəmiyyətdə onun statusu dəyişir. O mənada ki, qadın sahibkara, hər hansı müəssisənin rəhbərinə çevrilir, neçə-neçə insanın məşğulluğunu təmin edir, beləliklə, ölkə iqtisadiyyatına öz töhfəsini verir. Kiçik və orta biznesin inkişafında payı olur”.

Sosioloq qeyd edib ki, qadın sahibkarların ölkədə artması ümumilikdə qeyri-neft sektorunun inkişafına dəstək və qadınların kişilərlə birgə uğurlu fəaliyyətinin göstəricisidir.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusu üzrə hazırlanmışdır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:404
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 26 May 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri