Icma.az
close
up
RU
Azərbaycanda dinlərin və mədəniyyətlərin vəhdəti TƏHLİL

Azərbaycanda dinlərin və mədəniyyətlərin vəhdəti TƏHLİL

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Azərbaycan əhalisinin 8,4 fazini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Bu statistik göstərici ölkəmizdə 2009-cu ilin siyahıya alınmasında öz əksini tapır.

Məlumat üçün bildirək ki, Azərbaycanda ləzgilər, ruslar, talışlar, yəhudilər, kürdlər, tatlar, avarlar, saxurlar, rutullar, malakanlar, ingiloylar və sair çox sayda xalqların nümayəndələri yaşayırlar. Bundan əlavə, Birinci Qarabağ müharibəsinədək 120 min nəfərdən çox erməni əsilli vətəndaş da əhalimizin say tərkibinə daxil idi. Hansı ki, 1980-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində onların böyük hissəsi kənar qüvvələrin təxribatları nəticəsində Ermənistana, yaxud da digər üçüncü ölkələrə köç etdi. Bununla belə, təxminən 30 min nəfər erməni, vaxtilə Ermənistan ərazisində, xüsusilə də Qərbi Azərbaycanda yaşayan soydaşlarımızdan fərqli olaraq, heç bir təzyiq və təhdid altında qalmadan, indiyədək toxunulmaz bir şəkildə ölkəmizdə yaşamaqdadırlar. Doğrudur, onların bir çoxu, təxribatlardan çəkinərək, sonradan öz ad və soyadlarını dəyişməyə məcbur oldu. Lakin erməni olduğu çoxlarına bəlli olan vətəndaşlarımız da indiyədək heç bir ayrı-seçkiliyə məruz qalmadan öz yaşamlarına davam etməkdədirlər...

O da sirr deyil ki, tarixin müəyyən zamanlarında ermənilərin guya Azərbaycanda milli-etnik ayrı-seçkiliyə məruz qaldıqları, müəyyən şəxslərin öldürüldüyü haqda ortaya iddialar atıldı. Lakin artıq bir çox dəlillər sübut edir ki, bütün bunlar, xüsusilə də indini özündə belə, ara-sıra dövlətimizə və xalqımıza qarşı “qınaq hadisəsi” kimi gündəmə gətirilən “Sumqayıt hadisələri” KQB-nin təxribatı olub. Yəni xalqımıza qarşı həyata keçirilən bir çox hadisələrdə olduğu kimi, bu təxribatlarda da Kremlin “qanlı əlləri” öz işini görüb.

Bütün bunların əksinə olaraq, erməni separatçıları tərəfindən tarixi dədə-baba yurdlarından qovulan qərbi azərbaycanlıların, eləcə də Qarabağın işğalı zamanı dinc sakinlərin böyük qırğınla üzləşdiyi kimsəyə sirr deyil. Hətta bəzi yaşayış məskənlərində aşkar soyqırım aktlarının törədildiyi də danılmaz həqiqətlərdir. Buna misal olaraq təkcə Xocalı faciəsini göstərməyimiz yetərli olar...

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan xalqı tarixən heç bir zaman dinc sakinlərə qarşı amansızlıq nümayiş etdirməyib. Dövlətimizin çoxəsrlik tarixində bircə fakt mövcud deyildir ki, Azərbaycan türkləri məzlumlara zülm edib, zalımın yanında yer alıb. Əksinə, xalqımız hər zaman əzilən xalqların yanında olan, lazım gəlkdikə milli kimliyindən, dinindən, irqindən asılı olmayaraq, haqsızlığa qarşı onlarla birgə savaşıb.

Yeri gəlmişkən, 2023-cü ilin statistikasına görə Azərbaycan əhalisinin 93.4 faizi müsəlman, 3.1 faizi xristian, qalan 3.5 faizi isə digər dinin mənsublarıdır. Kimsə deyə bilməz ki, tarixdə nə vaxtsa ölkəmizdə hansısa dinin daşıyıcısı olan insanlara qarşı ayrı-seçkilik siyasəti aparılıb. Əksinə, bəzi hallarda din pərdəsi altında separatçılıqla məşğul olan qruplar meydana çıxıb ki, bu zaman dövlətimiz qardaş qanı tökülmədən problemin həllinə nail olmağı bacarıb.

Təsadüfi deyil ki, hazırda dünyəvi dövlət olan Azərbaycan Respublikasında rəsmi qeydiyyatdan keçmiş 500-dən çox dini icma fəaliyyət göstərir. Bunlar arasında qeyri-müsəlmanların birləşdiyi icmaların sayı heç də az deyil. Yəni Azərbaycanda yaşayan vətəndaşların milli etnik tərkibi rəngarəng olduğu kimi, ölkədə çox saytda fərqli dinlərin daşıyıcısı olan millətlərin, etnik qrupların və azsaylı xalqların mövcüdluğu da danılmazdır. Bu səbəbdən də, Azərbaycanda multikultural dəyərlərin günbəgün inkişaf etməsi tamamilə anlaşılandır.

Bu gün onu da əminliklə deyə bilərik ki, əhalnin böyük əksəriyyətini təşkil edən Azərbaycan türkləri ölkə sərhədləri çərçivəsində yaşayan bütün etnik qruplar, azsaylı xalqlarla birlikdə vahid bir mədəniyyətin daşıyıcısı kimi çıxış edirlər. Fəxrlə qeyd olunmalıdır ki, hazırda ölkəmizdə yaşayan bütün xalqların hüquqları bərabər şəkildə qorunduğu kimi, onların hər biri öz mədəniyyətlərini, dinlərini sərbəst şəkildə yaya, gələcək nəsillərə ötürə bilirlər.

Yuxarıda da oxucuların diqqətinə çatdırdığımız kimi, hazırda ölkəmizdə bir çox fərqli mədəniyyətləri, fərqli dinləri təbliğ edən missioner cəmiyyətlər fəaliyyət göstərir ki, onların varlığı, xüsusilə də dövlətimizin, xalqımızın əleyhinə fəaliyyətləri bəzi hallarda bizləri narahat etsə də, yenə də onlara qarşı rəsmi səviyyədə hər hansı kənar müdaxilə mövcud deyildir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda insanların sərbəst seçim imkanları tanınır və hansısa vətəndaşı könüllü surətdə hər bir dinin, mədəniyyətin daşıyıcısına çevrilə bilər.

Bununla belə, əhalisinin 93.4 faizi müsəlman olan Azərbaycanda İslam dini daha sağlam bir şəkildə genişlənməkdə, yayılmaqda və ölkənin inkişafına böyük təkan verməkdədir. İnanırıq ki, yüz illər, min illər öncə olduğu kimi, bundan sonrakı dönəmlərdə də Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri sərbəst şəkildə öz dinlərini, mədəniyyətlərini qoruyub saxlayacaq və günbəgün inkişaf etdirəcəklər.

Bu gün ən sevindiricisi odur ki, fərqli dinlərin və fərqli mədəniyyətlərin insanları həlledici məqamda bir bayraq -Azərbaycan dövlətinin üçrəngli bayrağı altında birləşməyi bacarır və lazım gəldikdə düşmənə qarşı birgə mübarizə aparırlar. Biz bunun bariz nümunəsini 44 günlük Qarabağ savaşında gördük. İnanırıq ki, ölkəmizdə yaşayan bütün xalqlar, etnik qruplar yüz illər sonra da düşmənə qarşı savaşda həmrəy olacaq, lazım gəldikdə öz dövlətlərini canları, qanları bahasına qorumaqdan çəkinməyəcəklər.

“Hürriyyət”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 İyun 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri