Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Sənaye parkları sahibkarlığı necə dəstəkləyir? TƏHLİL

Sənaye parkları sahibkarlığı necə dəstəkləyir? TƏHLİL

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan dövləti 2011-ci ildən başlayaraq yüksək texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı məqsədilə sənaye parklarında sahibkarlığın inkişafına geniş imkanlar yaradır.

Sfera.az bildirir ki, bu dəst hesabına artıq 7 sənaye parkı yaradılıb. Sənaye parklarının ərazisi sənaye sahələri üzrə sektorlara bölünür və burada ölkə iqtisadiyyatının prioritet sahələrini əhatə edəcək müəssisələr qurulur.

Azərbaycanda sənaye parklarının yaradılmasına başlanılmasının ciddi əsasları var. Xarici ölkələrin təcrübəsinə istinad edərək deyə bilərik ki, sənaye parkları sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq imkanına sahibdir. Buna görə də müxtəlif sənaye sahələrini inkişaf etdirmək istəyən, ölkə iqtisadiyyatının tarazlı inkişafında maraqlı olan dövlətlər iqtisadi siyasətlərində sənaye parklarının yaradılmasına, inkişafına yer verirlər.

Türkiyə, Almaniya, Polşa, Latviya, Rusiya, Çin və Cənubi Koreya təcrübələri göstərir ki, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə sahibdir.

Sanaye parklarının əhəmiyyətli cəhətlərini nəzərə alaraq Azərbaycan dövləti də sahibkarlığın dəstəklənməsinin bir yolu kimi sənaye parklarının ölkəmizdə yaradılmasına başlayıb.

Ölkədə sənaye parkının yaradılması ilk dəfə 2002-ci ilin sentyabrında imzalanan "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" fərmanda müəyyən edilib. Bundan başqa, sənaye parkının yaradılması Prezidentin 2004-cü il fevral tarixli fərmani ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nda Abşeron iqtisadi rayonu üzrə həyata keçiriləcək tədbirlərə də daxil olunub.

Sənaye parkının yaradılması, həmçinin Azərbaycan Prezidentinin 2008-ci ilin avqustunda imzalanan "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda və yenə də həmin ildə Prezident tərəfindən təsdiqlənən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda nəzərdə tutulub. Bununla yanaşı, 2011-ci ilin mayında Prezident tərəfindən təsdiqlənən "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək tədbirlər planında sənaye parkının yaradılması planlaşdırılıb.

Bəs sənaye parkları nədir?

Sənaye parkı dedikdə, sənaye sahələrini inkişaf etdirilmək üçün ayrılan torpaq sahəsi nəzərdə tutulur. Sənaye parklarının və ya torpaqlarının 3 əsas sahibkarlıq modeli var: dövlət sənaye parkı və onu idarə edən orqan, özəl sektorun mülkiyyətində və idarəsində olan park, dövlət ilə özəl sektor arasında dövlət-özəl tərəfdaşlıqları və ya müştərək müəssisələr. Azərbaycanda həm dövlət, həm də qarışıq formada sənaye parkları fəaliyyət göstərir. Sənaye parkı sahələri həmişə olmasa da, çox vaxt mükəmməl rabitə və nəqliyyat infrastrukturuna, elektrik enerjisinə giriş imkanlarına və işçi qüvvələri ehtiyatına malik olan ərazilərdə yerləşir.

Sənaye parkları müxtəlif cür - sənaye torpaqları, sənaye şəhərcikləri, ixrac-emal zonaları, biznes parkları, ali texnologiya parkları, sənaye inkişaf zonaları və eko-sənaye parkları kimi adlandırıla bilsə də, onların iki ümumi fərqləndirici xüsusiyyəti var. Birincisi, həmin məqsəd üçün ayrılan torpaq sahəsində bir neçə firma bir-birinə yaxın olmaqla yerləşdirilir, ikincisi, onların ümumi infrastrukturu, kommunal xidmətləri, yanğınsöndürmə və təhlükəsizlik xidmətləri və ümumi əraziləri olur.

Sənaye parkları, həmçinin park fəaliyyətlərini idarə edən ümumi idarəetmə strukturuna da malik olur. Sənaye parklarının üstünlüyü həm də ondan ibarətdir ki, onlar investisiya layihələrinin inkişafını və kiçik və orta müəssisələrin gəlir əldə etməsi imkanlarını asanlaşdırır. Sənaye parkında yerləşən biznes müəssisələrindən fərqli olaraq kənarda yerləşən müəssisələr bəzi çətinliklə üzləşir. O cümlədən, sahibkarlar torpaq əldə etmək üçün müraciət etmək və müvafiq ödənişi həyata keçirmək, torpağı müvafiq istifadə üçün hazır şəklə gətirmək, kommunal xidmətlərə giriş imkanı əldə etmək üçün əlavə təzminat ödəmək, tullantıların emalı sistemlərini tikdirmək, əraziyə münasib giriş strukturunu təmin etmək, yerli hakimiyyət orqanlarından müvafiq icazələrin alınması prosesində bürokratiya halları ilə üzləşmək, sənaye parkında təklif edilən ümumi xidmətlərin bu ərazidə təklif edilməməsi kimi problemləri həll etmək məcburiyyətində qalırlar. Sənaye parklarında isə biznes təşkilatları bu cür çətinliklər yaşamır.

İlk növbədə ona görə ki, sənaye parklarında biznesin təşkilində dövlət maraqlı olur. Bundan başqa, sənaye parklarında xidmətlər ortaq olduğuna görə, əməliyyatların ümumi dəyəri çox vaxt sənaye parklarında daha sərfəli olur və kiçik və orta müəssisələr orta biznes imkanlarından bəhrələnir. Düzgün təşkil edilmiş sənaye parklarında biznes sahələrinə icazə və lisenziya məsələləri, qaydalar və kommunal xidmətlərə giriş imkanları ilə əlaqədar kömək edə bilər.

Bundan əlavə, sənaye parklarına iri şirkətləri cəlb etməklə kiçik və orta müəssisələrin inkişafına əlavə dəstək verir və daha böyük iqtisadi rəqabətə davamlılığı təmin edir. Bu isə öz növbəsində biznes mühitinin təkmilləşdirilməsinə gətirib çıxarır. Düzdür, sənaye parkları əlverişli biznes mühitini tam formalaşdıra bilmir. Bir çox məsələlər müəssisələrin özündən asılı olur. Lakin iri şirkətləri parklara cəlb edilməsi biznes mühitinin keyfiyyətini bir qədər də artırır.

Ekspertlər deyir ki, sənaye parkları kiçik və orta müəssisələrin inkişafı, bazara çıxması üçün əlverişli mühit formalaşdıra bilər. Amma sənaye parkları biznes mühiti və ya müəssisələrin inkişafına yönəldilən sağlam strategiyaları əvəz edə bilməz. Bundan başqa, sənaye parkları yalnız öz üstünlüklərindən istifadə edə bilən biznes sahələrinə kömək edir. Yəni inkişaf üçün sənaye parkları bir vasitədir, lakin həlledici, mütləq imkan deyil.

Kiçik və orta sahibkarların inkişafı daha çox öz bacarıqlarından asılıdır. Sanəaye parkları, sadəcə olaraq, bu bacarığın həyata keçirilməsinə əlverişli şərait yaradır.

Ümid edək ki, Azərbaycanda da gələcəkdə sənaye parklarının timsalında belə əhəmiyyətli və iri sərmayə qoyuluşundan ibarət olan layihələrin reallaşdırılmasının şahidi olacağıq.

Vasif Cəfərov

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb

Mövzu: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri