“Sabah” Qravetti geri qaytarmağı düşünür
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Sabah”ın sabiq basketbolçusu Hassani Qravett yenidən Bakı klubunda çıxış edə bilər.
İdman.Biz azb.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi amerikalı müdafiəçini heyətinə qaytarmaq variantını nəzərdən keçirir. Hələlik bununla bağlı yekun qərar verilməyib.
30 yaşlı basketbolçu 2024-cü ildə “Sabah”a qoşulub və iki mövsüm komandanın formasını geyinib. O, bu müddətdə iki dəfə Azərbaycan çempionatının müntəzəm mövsümünün, bir dəfə isə final seriyasının ən dəyərli oyunçusu seçilib.
188 sm boya malik Qravett 2021/2022 mövsümündə NBA-da “Orlando Magic”in heyətində səkkiz oyunda meydana çıxıb.
Qeyd edək ki, amerikalı basketbolçu 2026-cı ilin iyulunda “Sabah”dan ayrılaraq İtaliyanın “Kantu” klubuna keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 09 Noyabr 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















