Azərbaycanda qardaş qardaşı öldürdü
Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ağdaşda qətl törədilib.
Missiya.Az Lent.az-a istinadən xəbər verir ki, kənd sakini, 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı, 1975-ci il təvəllüdlü Mirmehdi Musayevi bıçaqlayıb.
Qarın nahiyəsindən bıçaq xəsarəti alan Mirmehdi Musayev aldığı xəsarətdən ölüb.
Hadisəni törədən Q.Musayev polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Azərbaycanda qardaş qardaşı öldürdü
25 Noyabr 2024 10:20

