Icma.az
close
up
RU
Azərbaycanda meyvə bağlarının aqrar sığortası dövrü başlayır şərtlər, məbləğlər

Azərbaycanda meyvə bağlarının aqrar sığortası dövrü başlayır şərtlər, məbləğlər

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aqrar Sığorta Fondu 2025-2026-cı illər əkin mövsümü üzrə meyvə bağlarının sığortalanma dövrünün başlandığını elan edir. 

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan sərfəli aqrar sığorta mexanizmi ümumilikdə 41 növ bitki və bitki məhsulunu əhatə edir. Son illər Azərbaycanda kənd təsərrüfatına marağın artması fonunda ölkədə hər il minlərlə hektar meyvə bağları salınır. Meyvələr təkcə daxili bazarın təmin edilməsində deyil, həm də Azərbaycandan xarici ölkələrə satılaraq ölkəyə böyük vəsait gətirən ixrac məhsuluna çevrilib. Bu sahədə on minlərlə fermer və yerli əhali çalışır. 

Məhz bu səbəbdən aqrar sığorta vasitəsilə sığortalanan bitkilərin siyahısında böyük yeri meyvə məhsulları tutur – hazırda aqrar sığorta vasitəsilə 21 növ meyvə bağları sığortalanır. Buraya alma, armud, şaftalı (nektarin), ərik, gilas, albalı, nar, alça, çiyələk, fındıq, qoz, badam, gavalı, heyva, xurma, limon, naringi, portağal, ting, üzüm, zeytun bitkiləri aiddir.  

Aqrar Sığorta Fondu meyvə bağlarını çoxsaylı risklərdən - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın,  dolu yağması nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur. 

Meyvə bağında hər hansı hadisə baş verdikdə dəymiş zərər müstəqil aqrar sığorta ekspertləri tərəfindən müəyyən edilir və Aqrar Sığorta Fondu fermerə dəymiş zərəri qarşılayır. Zərərə görə aqrar sığorta ödənişi edilərkən azadolma məbləği də nəzərə alınır. 

Meyvə bağlarını aqrar sığorta etmək olduqca sərfəlidir. Sığorta haqqı meyvənin növü, region və sığorta zərfindən asılı olaraq dəyişir. Bundan başqa, dövlətin 50%-lik sığorta haqqı dəstəyi sayəsində fermer sığorta haqqının yalnız yarısını ödəyir, digər yarısını fermerlərə dəstək üçün dövlət özü ödəyir. 

Ümumiləşdirdikdə 1000 manatlıq meyvənin baza zərfi ilə sığortalanması üçün fermerdən tələb olunan məbləğ meyvədən və regiondan asılı olaraq 10-25 manat arasında dəyişir. Bu hesabla, məsələn, bağda 10 min manatlıq məhsul varsa, həmin bağın sığortası fermerə təqribən 100-250 manata başa gəlir. 

Fermerlər meyvə bağlarını baza zərfindən başqa, əlavə ödənişlə digər risklərdən də sığorta edə bilərlər. Əlavə risklərə - şaxtavurma (donvurma), dolu yağması nəticəsində keyfiyyət itkisi, leysan yağması nəticəsində yaranan zərərlər, eləcə də bitki xəstəlikləri və zərərvericilərin zərərləri aiddir. 

Meyvə bağı sahibləri bağdakı meyvələrdən əlavə, ayrıca olaraq ağacları və tingləri də sığorta edə bilərlər. Əgər yuxarıda sadalanan hadisə nəticəsində meyvə ağacı məhv olarsa, fermerə həmin ağacın 3 illik meyvəsinin dəyəri ödənilir – sığorta tarifi isə cəmi 0,83% təşkil edir. Məsələn, ildə 50 manatlıq məhsul verən 1 ağacın sığortası fermerə cəmi 62 qəpiyə başa gəlir. Bu sığorta növü fermerləri uzunmüddətli zərərdən qorumaq üçün vacibdir. 

Meyvə bağlarının sığortalanması üçün sığorta haqlarını fermerlər özləri də müstəqil şəkildə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki "Bitkiçilik kalkulyatoru" vasitəsilə hesablaya bilərlər (https://asf.gov.az/bitkicilik-kalkulyatoru). 

Qeyd edək ki, Aqrar Sığorta Fondunun sığortaladığı bağlar və meyvə bağları üzrə sığorta ödənişləri sürətlə artmaqdadır. 2023-cü ildə meyvə bağları üzrə cəmi 39 min manat ödəniş edilmişdisə, 2024-cü ildə bu məbləğ 720 min manat, 2025-ci ilin ilk 9 ayında isə 159 min manat təşkil edib və hər gün artır. 

İndiyədək olan hadisələr göstərir ki, meyvə bağların ən çox zərər vuran hadisələr fırtına, dolu, şaxtavurma və sel-subasmadır. 

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri