Icma.az
close
up
RU
Azərbaycanda qiymət artımı açıqlaması: bu risklər var

Azərbaycanda qiymət artımı açıqlaması: bu risklər var

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. 

O bildirib ki, bu rəqəmlərin özündə maraqlı bir analitika var:

"M0-ın 13,9%, M2-nin isə 20,7% artması göstərir ki, artım yalnız əhalinin əlindəki nağd pulun çoxalması hesabına olmayıb. Bank hesablarında və manatla yığımlarda olan vəsait daha sürətlə artır. Fiziki şəxslərin bank əmanətlərinin son bir ildə 15,8% artması da bunu göstərir.
Bunun əsas səbəblərindən biri ölkədə xarici valyuta təklifinin yüksək olmasıdır. Valyuta bazarında təklif tələbi üstələyib və Mərkəzi Bank təkcə avqustda bazardan 1,5 mlrd. dollar alıb. Bunun qarşılığında manat dövriyyəyə daxil olur. Digər tərəfdən, əhali və biznes vəsaitlərinin daha böyük hissəsini manatla saxlayır.

Nəticədə bank sistemində də kifayət qədər böyük vəsait formalaşıb. Bank sektorunda struktur likvidlik profisiti ilin əvvəlindən 2,2 dəfə artaraq 6,3 mlrd. manata çatıb".

Ekspert deyiob ki, buraya qədər mənzərə daha çox müsbətdir: "Manata etimad artır, bankların maliyyə imkanları genişlənir, iqtisadiyyatın kreditləşdirilməsi üçün daha böyük resurs yaranır. Nəticədə, iqtisadiyyata kredit qoyuluşları da son bir ildə 12,9% artıb.

Amma məsələnin digər tərəfi də var. Belə ki, pul kütləsi 20,7%, kreditlər 12,9%, əhalinin əmanətləri 15,8% artır, amma eyni dövrdə real iqtisadi artım cəmi 1,2%, qeyri-neft-qaz sektorunda isə 2,1% olub. Qeyri-neft-qaz sektoruna investisiyaların real artımı da cəmi 1,4% təşkil edib.

Əvəzində pərakəndə ticarət real ifadədə 3,9%, əhalinin nominal gəlirləri 9,4% artıb. İnflyasiya isə 5,7% olub".

E. Əmirovun fikrincə, məhz burada əsas sual yaranır:

"Pulun və kreditlərin artım tempi real iqtisadiyyatın və xüsusilə qeyri-neft sektoruna investisiyaların artım tempini xeyli qabaqlayırsa, bu vəsaitin hansı hissəsinin yeni istehsala və biznesin genişlənməsinə, hansı hissəsinin isə istehlaka və aktivlərə getməsi vacibdir. Çünki birinci halda artan pul iqtisadiyyat üçün fürsətdir. Çünki, bu investisiya, istehsal, yeni biznes və iqtisadi artım yaradır.

İkinci halda isə riskdir. Çünki, o halda tələb artır, amma onun qarşılığında mal və xidmət istehsalı eyni sürətlə artmırsa, nəticə qiymət artımı və inflyasiya təzyiqi ola bilər".

"Ona görə də, pul kütləsinin 20,7% artması hazırda nə “sevinc” deyil, nə “kədər”. Bu gün üçün bunu daha çox fürsət hesab edirəm. Amma bu fürsətin sabah riskə çevrilib-çevrilməməsi isə artan pulun nə qədərinin real iqtisadiyyata və istehsala yönələcəyindən asılı olacaq", - deyə ekspert vurğulayıb. 

Könül

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Oktyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri