Azərbaycanda quru sərhədlər açıldı? Rəsmi açıqlama gündəmi qarışdırdı
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-mart aylarına dair xarici ölkələrə səfərlərlə bağlı açıqladığı statistik məlumatlar müzakirələrə səbəb olub. Bildirilir ki, bu dövrdə Azərbaycandan xarici ölkələrə 452,6 min nəfər səfər edib. Məlumatda diqqətçəkən məqamlardan biri səfərlərin nəqliyyat növləri üzrə bölünməsidir: 69 faiz hava yolu, 29 faiz dəmir yolu, 2 faiz isə dəniz nəqliyyatı ilə həyata keçirilib. Bu isə təxminən 131 min nəfərin dəmir yolu ilə xaricə getdiyini göstərir.
Quru sərhədlər bağlı olduğu halda, 131 mindən çox insan necə qatarla gedib?
Dövlət Statistika Komitəsindən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxslər ixrac yüklərini daşıyan nəqliyyat vasitələrinin sürücüləri və yükləri müşayiət edən şəxslərdir:
“Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində yayımlanmış mətbu məlumatda “2026-cı ilin yanvar-mart aylarında xarici ölkələrə gedən vətəndaşların 29,0 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə etmişdir” ifadəsi işlənir. Bu şəxslər ixrac yüklərini daşıyan nəqliyyat vasitələrinin sürücüləri və yükləri müşayiət edən şəxslərdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 22 Aprel 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















