Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

“Azərbaycanda rəssamlıq sahəsində son zamanlarda hərəkətlənmə başlayıb”

“Azərbaycanda rəssamlıq sahəsində son zamanlarda hərəkətlənmə başlayıb”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Elşən Karaca: “İstər beynəlxalq, istərsə də yerli əhəmiyyətli sərgilər artıq daha fərqli formatda keçirilir”

Müasir İncəsənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə təsviri sənət həftəsi çərçivəsində “ÜstArt” sərgisinin açılışı keçirilib. Bildirək ki, sərginin ərsəyə gəlməsində rəssam Bəhram Xəlilov əsas kurator, Elşən Karaca isə köməkçi kurator olaraq rol oynayıb.

Qeyd edək ki, sərgi aprelin 22-dək davam edəcək.

E.Karaca həmçinin sərgi və Azərbaycanda bu sahənin ümumi vəziyyəti ilə bağlı suallarımızı da cavablandırdı.

- Bildirim ki, “ÜstArt” sərgisi tamaşaçılara incəsənətlə daha yaxından tanış olmaq məqsədilə təsviri sənət həftəsi boyunca tanınmış rəssamların masterklas və ustad dərslərində iştirak etmək şansı yaradır. Bir həftə boyunca sərgi çərçivəsində hər gün ayrı rəssamın masterklası olacaq və masterklasa qoşulanlar özləri də rəsm çəkərək rəssamlarla birlikdə işləmək şansından yararlanacaqlar.

Sərgidə heykəltəraşlıq, qrafika və rəngkarlıq əsərlərindən ibarət 50-dən çox tanınmış rəssamın sənət əsərləri nümayiş olunur. Bu sərgini digərlərindən fərqləndirən cəhətlərindən biri də multidisiplinar tədbir olaraq planlanmasıdır. Belə ki, rəssamlardan ibarət qrup sərgidə yalnız rəsm əsərləri ilə deyil, həm də musiqi nümunələri ilə də çıxış etdilər. “Ocaq” qrupu ilə tanınan rəssamlar sərgi zamanı etnik musiqi formatında flaşmob hazırladılar. Musiqi nömrəsi gözlənilməzliyi ilə yanaşı, ifa tərzi ilə də tamaşaçıları təəcübləndirməyi bacardı. Layihənin çoxşaxəli olması sənətçilərin bir çox tərəfdən insanlarla yaxınlaşmasında bilavasitə rol oynayır.

- Elşən bəy, bilmək istərdik ki, Azərbaycanda rəssamlıq sahəsinə maraq hansı yerdədir? Müşahidələriniz nə deyir?

- Ümumi olaraq götürsək deyə bilərəm ki, Azərbaycanda pandemiyadan sonra rəssamlıq sahəsində əvvəlki illərə nisbətən durğunluq yaşanırdı. Amma son zamanlarda hərəkətlənmə başlayıb, dövlət səviyyəsində bu sahəyə diqqət artmağa başlanıb. Müxtəlif incəsənət layihələri və sərgilər həyata keçirilir. İstər beynəlxalq, istərsə də yerli əhəmiyyətli sərgilər artıq daha fərqli formatda keçirilir. Əvvəllər eynilik baş verirdi, eynitipli sərgilər keçirilirdi. İndi daha fərqli və daha müasir sərgilər keçirilməyə başlanıb. Bu, bəlkə də insanların eynilikdən sıxılmasının da təzahürü ola bilər. Həmçinin bu, incəsənətin inkişafı üçün çox müsbət haldır.

- Çəkdiyiniz əsərlərinizi satırsınızmı? Satırsınızsa insanlarda almağa istək olurmu?

- İşlədiyim əsərləri satıram. Düşünürəm ki, bu belə də olmalıdır. Çünki rəsm əsəri işlənib bitdikdən sonra öz yeni məkanını tapmalıdır və ora öz işığını yaymalıdır. İnsanlarda rəsm almağa istək həmişə olub, sadəcə hər rəssamın öz alıcısı olur və bu, çox olmur. Çünki incəsənət tələbat yox, zövq işidir.

-Bir rəsm əsərinin ərsəyə gəlməsi haqqında danışardınız. Necə yaranır? və ya bir rəsm əsərinin ərsəyə gəlməsində ən vacib olan nədir?

- Bir rəsm əsərinin ərsəyə gəlməsi üçün xüsusi bir ilham pərisinə ehtiyac duymuram. Mənim üçün həyatda olmaq özü ilham qaynağıdır. Yaşanılan hər şey ilhamvericidir. Sadəcə işlədiyim zaman mən səmimi olmağa çalışıram. Günün tələbinə uyğun deyil, mənə maraqlı hisslər, duyğular və ya mövzular üzərində işləməyi seçirəm. Düşünürəm ki, yaradıcılıq belə olmalıdır. İşlədiyim hər mövzu üzərində uzun müddət araşdırma aparmağı sevirəm. Hər hansı bir mövzunu uzun müddət işləyə bilərəm. Çünki araşdırmalarım zamanı müxtəlif eskizlər və fikirlər yaranmış olur. Beləliklə, deyə bilərəm ki, mənim üçün bir rəsmin ərsəyə gəlməyində ən vacib olan peşəkarlıqdan əlavə sənətə qarşı səmimiyyətdir.

-Çox gözəl. Sizə işlərinizdə, yaradıcılığınızda uğurlar diləyirik.

-Çox sağ olun.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Aprel 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see620

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see434

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see429

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see398

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see381

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see378

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see339

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see278

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see263

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see261

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see243

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see240

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see222

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see220

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see219

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see216

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see215

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see214

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see205

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri