Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Qaçaq Nəbi öz dəstəsi ilə kəndimizdəki kahada yaşayıb" adlı veriliş Zəngəzur mahalının, Gorus rayonunun Şamsız kənd sakini Müzəffər Qəhrəmanovun həyat hekayəsinə həsr olunub.

O, 1953-ci ildə kolxozçu ailəsində doğulduğunu, uşaqlıq, məktəb illərinin yaddaqalan olduğunu deyib: "Ermənilərlə qonşuluqda yaşayırdıq, futbol oynayırdıq. Həmişə qalib gəlirdik, dava olurdu. Meşədən lobya çubuğu, odun yığır, ermənilərə satırdıq. Kəndimiz Kəpəz dağının ətəyində yerləşirdi. O vaxtlar Daşbaşı deyilən yerdə Qaçaq Nəbi öz dəstəsi ilə kahada yaşayırmış. Oradan Kəpəz pirinə qədər yeraltı lağım atılmışdı. Qədim qəbirlərin üstündə Azərbaycan adları ərəb dilində yazılmışdı".

Onun sözlərinə görə, o vaxt bütün mağazaları ermənilər işlədirdi: "Biz alver edəndə pis baxırdılar. Biz onlara pislik etmirdik. Hər nə olsa da, onlara hörmət edirdik. Amma onların alçaq hərəkətlərini də heç vaxt bağışlamırdıq. Yeri düşəndə onlardan əvəz çıxırdıq. Bizim kənddə erməni olmayıb. Rəhmətlik atam deyirdi ki, ermənilər çox nankor olub. Qaynar somavarı qadınların belinə şəlləyib, üzərlərinə it fısqırdırdılar. Ermənilərin belə vəhşilikləri olub".

Şamsız kənd sakini bildirib ki, 1988-ci ildə ermənilər hadisələr törədir, bizi incidir, mal-heyvanlarımızı oğurlayıb aparırdılar: "Bizdə silah yox idi. Onların silahı var idi, arxalarında polis dayanmışdı. Gorusun, Qafanın polisi onlara işləyirdi. Deportasiya başlayanda gecəikən mal-heyvanlarımızı apardılar. Dedilər ki, getməlisiniz, bura bizimdir. Kəndin 70 faizi Qubadlıya getdi. Biz heç nə götürmədik. Əynimizdəki paltarla qaçdıq ki, canımız salamat olsun. Qubadlıda bizə dayaq durdular, məskunlaşdıq. Bir müddətdən sonra Sumqayıta gələndə eşitdik ki, ermənilər Qubadlını da işğal ediblər".

M.Qəhrəmanov Vətən həsrətinin çox ağır olduğunu vurğulayıb: "Vətən həsrəti ölənə qədər bizi incidəcək. Allah heç kəsə göstərməsin, biz çəkdiyimizi çəkdik. Kəndə ona görə qayıtmaq istəyirəm ki, valideynlərimizin qəbri oradadır. Boya-başa çatdığım Vətəndir. Sərin bulaqları, gəzməli yerləri, meşələri var. Vətəndən pay olmaz. İnşallah, qayıdarıq. Torpaq yerindədir, yenə qurub, yaradarıq. Əminəm ki, Şamsıza qayıdacağıq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: "Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Oktyabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri