Icma.az
close
up
RU
Polis Mühafizəsi tamamilə yeni bir strukturdur Paşinyan

Polis Mühafizəsi tamamilə yeni bir strukturdur Paşinyan

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Polis Mühafizəsi transformasiya olunmuş polis qüvvəsi deyil, tamamilə yeni bir strukturdur.

Bizimyol.info xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Polis Mühafizəsinin yaradılmasına həsr olunmuş mərasimdə açıqlayıb.

"Biz yeni bir xidmətin təməlini qoyuruq və tamamilə yeni bir struktur yaradırıq. Keçdiyimiz yol bizim üçün vacibdir, amma bu gün yeni bir səhifə açılır", - deyə Baş nazir qeyd etdi.

Onun sözlərinə görə, Mühafizənin yaradılması Daxili İşlər Nazirliyinin polis sisteminin islahatlarında mühüm mərhələdir.

Baş nazirin sözlərinə görə, təcrübə göstərir ki, transformasiya davam edən bir proses olduğundan islahatların başa çatmasından danışmaq yersizdir. Paşinyan qeyd edib ki, Mühafizə yalnız keyfiyyətcə yeni bir xidmət göstərməklə kifayətlənməməli, həm də zəruri hallarda qanun və qaydanı qorumaq üçün güc tətbiq etməlidir.

Eyni zamanda, o, gücdən yalnız müstəsna hallarda istifadə edilməli olduğunu vurğulayıb. "Lakin, zəruri hallarda güc tətbiq edə bilən Polis Mühafizəsi olmadan ölkədə qanun və qaydanı qorumaq mümkün deyil", - deyə Ermənistanın Baş naziri bildirib. O, yeni mühafizənin təhlükəsizliyin və qanunçuluğun təmin edilməsində əsas elementə çevriləcəyinə əmin olduğunu deyib.

Xatırladaq ki, 1 noyabrdan etibarən Ermənistan Daxili İşlər Nazirliyində polis mühafizə dəstəsi fəaliyyət göstərir. Onun vəzifələrinə ictimai asayişin və təhlükəsizliyin qorunması, hökumət binalarının və əsas obyektlərin qorunması, nümayəndə heyətlərinin dövlət protokoluna uyğun olaraq müşayiəti, eləcə də hərbi vəziyyət və fövqəladə vəziyyətlər zamanı qanunun aliliyinin təmin edilməsi daxildir.

Polis mühafizə dəstəsinin şəxsi heyəti yeni hazırlıqlar keçib və yeni silahlarla təmin olunacaq.

Ermənistan polis qüvvələrinin keçmiş komandiri general-mayor Hayk Babayan mühafizə dəstəsinin rəisi təyin edilib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Noyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri