Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Bu rayona yeni polis rəisi təyin edildi

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Azərbaycanda saatlıq əmək haqqına keçid Bizi nələr GÖZLƏYİR...

Azərbaycanda saatlıq əmək haqqına keçid Bizi nələr GÖZLƏYİR...

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçid hazırda gündəmdə olan aktual məsələlərdən biridir. Görünən odur ki, yeni sistemə keçid nə vaxtsa baş tutacaq. Amma indidən bu mövzu ətrafında müakirələr intensivləşib. Bu da təbiidir. Saatlıq əmək haqqı sisteminin tətbiqi  bir sıra sualları gündəmə gətirir. Məsələn,

- Ənənəvi aylıq əmək haqqı müqavilələri əvəzinə saatlıq əsaslı müqavilələr hüquqi baxımdan necə tənzimlənəcək?

- İstirahət vaxtı, qeyri-iş günləri və bayram günləri üçün saatlıq əmək haqqı necə tətbiq olunacaq?

- Aylıq minimum əmək haqqı əvəzinə saatlıq minimum əmək haqqı tətbiq ediləcəkmi və bu necə hesablanacaq?

- Saatlıq maaş sistemində işçinin sosial təminatı necə qorunacaq?

- İş saatlarının dürüst şəkildə qeydiyyatı və nəzarəti üçün hansı texnoloji və inzibati mexanizmlər tətbiq olunacaq?

- İşçilər sosial paketlərdən yararlana biləcəkmi? (maddi yardım, istirahət yerlərinə göndəriş və s.)

- Kredit, icarə, ipoteka kimi məsələlərdə gəlirlər hansı meyarlarla tənzimlənəcək? 


Mütəxəssislər suallarla yanaşı, potensial problemlərin də olduğunu düşünürlər. 

Ekspertlər hesab edir ki, bəzi işəgötürənlər saatlıq sistemdən sui-istifadə edərək işçini az saatla çalışdırıb daha az maaş ödəyə bilərlər.

Rəsmi qeydiyyatdan yayınmaq üçün bəzi müəssisələr saatlıq əmək sistemindən istifadə edib qeyri-leqal işçi saxlaya bilər.

İşçilər üçün sabit gəlir imkanları azalacaq, xüsusilə az saatla işləyənlər üçün aylıq dolanışıq daha çətin olacaq.

Saatlıq sistem kollektiv əmək müqavilələrinin tərtibində əlavə çətinliklər yarada bilər, çünki aylıq ödəniş sisteminə əsaslanan hüquqlar dəyişir.

Saatlıq əmək haqqı sisteminə keçid yalnız əmək münasibətlərini deyil, həm də maliyyə və bank sektoruna, o cümlədən kredit almaq, ipoteka, icarə, təhsil haqqı ödənişi kimi sosial məsələlərə də təsir edə bilər.

Banklar və kredit təşkilatları adətən sabit aylıq gəliri olan müştəriləri daha etibarlı hesab edir. Saatlıq sistemdə isə gəlirlər dəyişkən və proqnozlaşdırılması çətin ola bilər. Bu aşağıdakı problemlərə yol aça bilər. Gəlirin sabit olmaması səbəbilə kreditlərin təsdiqlənməsi çətinləşə bilər. Banklar riskləri nəzərə alaraq daha sərt şərtlər tətbiq edəcək.

Gəlirin sübutu da çətinləşə bilər, çünki hər ay fərqli saat və fərqli yerlərdə işləyən şəxsin aylıq ortalama gəliri bank tərəfindən riskli hesab oluna bilər.

İpoteka kreditlərinə çıxış məhdudlaşa bilər, çünki uzunmüddətli kreditlər üçün əsas meyar sabit gəlirlərdir.

Saatlıq maaş alan şəxslərin sosial sığorta ödənişləri qeyri-sabit ola bilər. Bu isə gələcəkdə pensiya kapitalının toplanmasında çətinliklər yarada, vətəndaşların təqaüd imkanlarını zəiflədə bilər. Həmçinin, doğum, xəstəlik və əmək qabiliyyəti itkisindən sığorta kimi hallarda da müavinətlər ödənilməsi aşağı düşə bilər.

Ailə büdcəsinin planlaşdırılması üçün sabit gəlir vacibdir. Saatlıq sistemdə gəlirin dəyişməsi ailələrin bəzi xərclərini – xüsusən məktəb, universitet, baxça və tibbi xidmətlər kimi bəzi xərclərini sual altına ala bilər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsində qeyd olunub ki,  gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

2025-ci ilin istehsalat təqviminə əsasən, Azərbaycanda orta aylıq iş norması 158,6 saatdır. Minimum əmək haqqının 400 manat olduğunu nəzərə alsaq, indiki halda aylıq maaşa işləyən işçinin 1 saatlıq minimum əmək haqqı 2 manat 50 qəpik civarındadır. Saatlıq əmək haqqına keçid zamanı hansı həddin müəyyən olunması hökumətin qərarından asılı olacaq.

Xarici ölkələrdə saatlıq əmək haqqı sistemi geniş yayılıb və bu sistem hüquqi baza, sosial təminat və vergi mexanizmləri ilə dəqiq şəkildə tənzimlənir. ABŞ-da saatlıq əmək haqqı “Fair Labor Standards Act” qanunu ilə tənzimlənir. Federal minimum əmək haqqı 2024-cü ildə 7,25 dollar olsa da, bir çox ştatlarda bu göstərici daha yüksəkdir. Həftədə 40 saatdan artıq iş üçün 1,5 əmsal “overtime” ödənişi verilir. Saatlıq və maaşlı işçilər eyni sosial təminat haqları ilə əhatə olunur.

Birləşmiş Krallıqda minimum saatlıq əmək haqqı yaş qruplarına görə dəyişir və 2024-cü ildə 21 yaşdan yuxarı işçilər üçün 11 funtdur. Saatlıq işçilər də məzuniyyət və pensiya hüquqlarına malikdir.

Almaniyada saatlıq iş “Arbeitsrecht” və kollektiv müqavilələrlə tənzimlənir. Minimum əmək haqqı 12 avrodur. Bu işlərdə vergi və sosial sığorta yükü azdır, sosial təminat sistemi geniş və əhatəlidir.

Skandinaviya ölkələrində rəsmi minimum maaş yox, kollektiv müqavilələrlə müəyyən edilən saatlıq əmək haqları mövcuddur. Güclü həmkarlar ittifaqları və inkişaf etmiş sosial təminat sistemi sayəsində saatlıq işləyənlər də yüksək səviyyədə qorunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 May 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see183

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see182

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see153

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see151

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see133

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see127

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see127

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see126

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see125

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see122

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see122

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see121

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see121

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see121

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri