Icma.az
close
up
RU
Texnoloji terror: bizi nələr gözləyir?

Texnoloji terror: bizi nələr gözləyir?

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Ölkəmizdə beli əyilmiş, gözü zəifləmiş, çəkisi artmış nəsil yetişir

Texnologiyanın insanlar üçün vacib olduğu cəmiyyətimizdə bu vəziyyət uşaqlar üçün də vacib hala çevrilir. İnformasiya əsrinin gətirdiyi texnoloji yeniliklər sayəsində həm sürətli informasiya ala bilirik, həm də zamanla həm özümüz, həm də övladımız ondan asılı vəziyyətə düşür.

Uşaqları işimizə qurban veririk

Düzdür, texnoloji yeniliklərin bizə təklif etdiyi hər şeyi doğru və lazımlı yöndə istifadə işimizi asanlaşdırır, faydalı iş əmsalını artırır. Bununla yanaşı gündəlik həyatımızı, sosial münasibətlərimizi də onun sayəsində qurmağa çalışırıq. Bu isə zamanla uşaqlara sirayət edir. İndi evlərimizdə telefon və planşetlərdən, kompyuterdən asılı olan nəsil böyüyür. Təəssüf ki, hər gün artan texnologiya asılılığı uşaqlar üçün böyük təhlükə yaratmaqdadır.

Həyat tərzimizin getdikcə dəyişməsi, işləyən anaların sayının artması, oyunların onlayn müstəviyə keçməsi, əvvəlki kimi yoldaşlıq, dostluq əlaqələrinin olmaması uşaqları kompyuter ekranlarına bir az da yaxınlaşdırır. Televizor, planşet, telefon, kompyuterlə evdə hər addımda rastlaşan uşaq onun gündəlik oyun üçün nəzərdə tutulduğunu düşünür. Xüsusilə də məktəblərdə dərslərin kompyuterlə tədris edilməsi bu problemin böyüməsinə səbəb olur. Düzdür, texnoloji yeniliklər dövründə bu uşaqlarımızın üstünlüyüdür, amma hər uşaq əlində bir kompyuter, limitsiz internetlə istədiyi onlayn platformada gəzə, oyun oynaya, film izləyə bilir. Həm də valideyndən xəbərsiz...

Zəif, xəstəhal nəsil yetişir

Texnologiya düşkünlüyü uşaqların fiziki, ruhi və psixoloji sağlamlığına mənfi cəhətdən təsir edərək bir çox xəstəliyin əsasını qoyur. Pediatr Pəri Həsənova deyir ki, texnoloji asılılığı olan uşaqlarda ən çox rastlanan əlamətlər zəif görmə, ikili görmə, düzgün oturmamaq, onurğa əyriliyi kimi problemlərdir: “Belini düzgün tuta bilmədiyi üçün onurğasında əyrilik yaranan uşaqlarımız çoxdur. Üstəlik siniflərdə müəllimlər də daha o qədər çox nəzarət etmir, uşaqlar az qala partanın üstünə uzanaraq yazır. Kompyuter qarşısında o qədər hərəkətsiz, eyni formada dayanırlar ki, sonra qəddi düzəltmək çətin olur”.

Həkim deyir ki, hərəkətsizliyin başqa bir ciddi nəticəsi də piylənmədir: “Saatlarla kompyuter qarşısında oturan, yeməyini belə oyun oynaya-oynaya yeyən uşaqlarda çəki artır. Hərəkətsizlik ən çox körpə ikən ana südü yeməyən uşaqlarda da rast gəlinir, aktiv həyat tərzi keçirmirsə və üstəlik onlayn həyatdan asılı vəziyyətdədirsə onda çəki sürətlə artacaq və piylənmə problemi meydana çıxacaq”.

Texnoloji asılılığı olan uşaqların yuxu sistemi dəyişir, diqqətsizlik, etinasızlıq və əsəbilik normal hala çevrilir. İnternetdə keçirdiyi müddətlə bağlı ailədən xəbərdarlıq aldığı halda məhəl qoymaması, bəzən isterik hərəkətlər etməsi buna misal ola bilər. Həkimin sözlərinə görə təkrarlanan bədən hərəkətləri etməsi də uşağın texnoloji asılılığının bir nümanəsidir, məsələn oturduğu yerdə silkələnməsi, barmaqları ilə davamlı oynaması, evdə tez-tez o yan-bu yana gedib-gəlməsi.

Texnologiya dərsi maraqlı edir?

Pedaqoq Qənirə Məmmədova isə deyir ki, dərslərdə istifadə edilən texnoloji aparatlar uşaqlar üçün öyrənmə rahatlığıdır: “Onlar kitablardan, standart mətnlərdən bezirlər, kompyuterdə maraqlı, şəkilli, cəlbedici formada tədris edəndə dərsə maraqları daha çox olur. Amma təbii ki, dərsdən əlavə vaxtlarını da onunla keçirmək istəyəndə qadağalar etmək lazımdır. Çünki asılılıq yarada bilir və uşaq dərsdən əlavə bütün vaxtlarını da onunla keçirmək istəyir”.

Pedaqoq deyir ki, valideynlər evdəki internetə kod qoymaqla uşaqları müəyyən qədər texnoloji asılılıqdan xilas edə bilərlər: “Onların sevdiyi oyunların əksəriyyəti onlayn rejimdə oynanılır, əgər oyun üçün gündə müəyyən qədər vaxt təyin edilsə və yerda qalan zamanlarda internet söndürülsə, kod qoyulsa uşağı asılılıqdan xilas etmiş olarıq. Həmçinin, uşaqlara oyun yerinə maraqlı məşğuliyyətlər tapmaq olar, məsələn internetdə şəkil çəkmək üçün öyrədici saytlar var, plastilinlə nəsə düzəltmək üçün videolar var, belə şeylərlə başını qatıb oyunu yadından çıxarmaq olar”.

Pedaqoq deyir ki, uşaqları texnoloji alətlərdən qoparıb dostları ilə oynamağa göndərmək vacibdir: “Valideynlər qorxur ki, uşaq həyətdə qaçıb yıxılar, əzilər. Ona görə onları evə həbs edirlər, amma evdəki texnoloji terrorun uşaqları daha çox hədələməsinin fərqində deyillər. Qoyun uşaqlar həyətdə yaşıdları ilə qaçsın, oynasın, lap yıxılıb əzilsin, nəinki evdə kompyuterdə qanlı, gülləbaranlı oyunlar oynasın. Uşaqlar ünsiyyətdən qaçır, hamısı da texnoloji asılılıq səbəbindən. Dərs dediyim sinifdə 23 nəfərdən 14-nün gözü zəif görür və dəhşətli orasıdır ki, mən valideynə deyənədək onların bundan xəbəri olmur”.

Uşaqları texnoloji asılılıqdan necə xilas edək?

Həm həkim, həm də pedaqoq müsahiblərimizin köməyi ilə valideynlərə uşaqları texnoloji asılılıqdan qurtarmaq üçün bir sıra təkliflər hazırladıq.

Televizora baxma, kompyuterdə oyun oynama zamanlarını qısaldın, bunu edərkən uşağa onlarla çox zaman keçirməyin sağlamlığa zərərləri barədə danışın. İnternetə və uşağın çox baxdığı kanallara kod qoyun, beləcə sizdən xəbərsiz internetə girə və televiziya kanalına baxa bilməyəcək. Kompyuteri və televizoru uşaq otağına yox, qonaq otağına yerləşdirin. Unutmayın ki, texnologiya asılığı olan uşaqlar yaşlarına uyğun olmayan oyunlar oynaya, filmlər izləyə və beləcə aqressiv birinə çevrilə bilərlər.

Övladınızın gedib-gəldiyi qohumlar, yaşıdlarının ailələrinə də bu məsələdə xəbərdarlıq edin, uşaq siz qadağan etdiyiniz üçün onlarda istədiyi oyunu oynaya bilər. Uşağınızı onlayn mühitin maraqlı olduğu qədər təhlükəli olması, real dostluqların daha uzunömürlü olması barədə məlumatlandırın.

Uşaqların kompyuterdə oyun oynamaq üçün xüsusi vaxt təyin edin, bu zaman özünüz də onun seçdiyi oyunlara nəzarət edin, mümkünsə oyunları birlikdə oynayın. Onu virtual oyunlardan yayındırmaq üçün real oyunlar düşünün, evdəkilərlə birlikdə yeni və maraqlı əyləncələr tapın. Birlikdə rəqs etmək, uşaq oyunları oynamaq, sevdiyi nağılı səhnələşdirmək kimi maraqlı məşğuliyyətlərlə başını qatın.

Uşaqlarla qohumlara baş çəkin, qohumluq əlaqələrinin nə qədər vacib olmasını başa salın, qonaq gedərkən mümkün qədər telefon və planşetlərinizi evdə qoyun. Uşaqlara evdə sizə kömək etməsi üçün şərait yaradın, ona iş tapşırın. Məsələn, öz otağını səliqəyə salmasını, bezlə əşyaların tozunu almasını xahiş edə bilərsiniz.

Texnoloji yenilikləri həyatımızdan tamamilə çıxara bilmərik, bir çoxumuzun işi birbaşa onunla bağlıdır. Amma ondan asılılığı minimuma endirməklə həm özümüzə, həm də ailəmizə daha çox vaxt ayıra bilərik.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Mart 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see297

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see258

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see232

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see212

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see152

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see148

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see141

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see139

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see136

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see136

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see136

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see135

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see129

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see129

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see127

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see125

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see125

1300 illik çörək tapıldı: Üzərində İsa Məsihin görüntüsü var

23 Oktyabr 2025 18:23see124

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri