Icma.az
close
up
RU
Azərbaycanda şərqşünaslıq və ilahiyyat elmlərinin inkişafında akademik Vasim Məmmədəliyevin müstəsna xidmətləri olub

Azərbaycanda şərqşünaslıq və ilahiyyat elmlərinin inkişafında akademik Vasim Məmmədəliyevin müstəsna xidmətləri olub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 avqust, AZƏRTAC

Dünyaşöhrətli şərqşünas-alim Vasim Məmmədəliyev zəngin elmi və pedaqoji fəaliyyəti ilə uzun illər ərzində Azərbaycan elminə və təhsilinə dəyərli töhfələr verib. Ölkəmizdə şərqşünaslıq və ilahiyyat elmlərinin inkişafında, bu sahələrdə elmi kadrların hazırlanmasında akademik Vasim Məmmədəliyevin müstəsna xidmətləri olub. Avqustun 27-si görkəmli alim, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin doğum günüdür.

AZƏRTAC mərhum akademik Vasim Məmmədəliyevin doğum günündə onun həyat və elmi fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil alıb, 1964-cü ildə universitetin aspiranturasına qəbul olub və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturanı bitirib. Əmək fəaliyyətinə 1968-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) başlayan Vasim Məmmədəliyev burada Şərqşünaslıq fakültəsinin dekanı (1981–1991), humanitar fakültələr üzrə prorektor (1991–1992), İlahiyyat fakültəsinin dekanı (1993–2018) vəzifələrində çalışıb, 1991-ci ildən ömrünün sonunadək Ərəb filologiyası kafedrasına rəhbərlik edib. 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyaları müdafiə edib və 1979-cu ildə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib.

Respublikada şərqşünaslıq elminin müasir tələblər səviyyəsinə yüksəldilməsində onun müstəsna xidmətləri olub. Alimin ərəb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilməsinə həsr olunan və qədim mənbələrə istinadla ərəb dilçilik elminin əsas inkişaf yollarını dolğun işıqlandıran fundamental tədqiqatları dünya şərqşünaslığına töhfə kimi qəbul edilib. Akademik Vasim Məmmədəliyev “Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları”, “Bəsrə qrammatika məktəbi”, “Kufə qrammatika məktəbi”, “Ərəb dilçiliyi” əsərləri ilə bu sahənin kamil tədqiqatçısı kimi şöhrət qazanıb. Onun elmi qənaətləri Bəsrə, Kufə, Bağdad, Misir və Əndəlus filoloqları arasında böyük diskussiyalar, klassik ərəb dilinin fonetika, morfologiya, sintaksis və leksikologiyasında mübahisə doğurmuş bir çox məsələnin müasir dilçilik elminin nəticələri əsasında aydınlaşdırılmasına zəmin yaradır.

Görkəmli şərqşünas-alim Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin ilk təşəbbüskarlarından olub. Bakı Dövlət Universitetində akademikin vaxtilə rəhbərlik etdiyi İlahiyyat fakültəsi ölkəmizdə ilahiyyat və islamşünaslıq üzrə hərtərəfli savadlı mütəxəssislərin hazırlanmasında böyük rol oynayıb. 1991-ci ildə müqəddəs kitabımız “Qurani-Kərim” mərhum akademiklərimiz Ziya Bünyadov və Vasim Məmmədəliyev tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Bu, ölkənin elmi-mədəni həyatında mühüm hadisə idi.

Alim AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə sıx elmi əməkdaşlıq edib. İnstitutun Dissertasiya şurasının təşkil etdiyi müdafiə proseslərində böyük məmnuniyyətlə iştirak edən akademik gənc alimlərin hazırlanmasında öz qüvvə və potensialını əsirgəməyib.

Onun işıq üzü görmüş son biblioqrafiyasında 41 kitab, 6 tərcümə əsəri, 19 redaktə kitabı nəşr etdirdiyi və 54 fəlsəfə doktoru, 5 elmlər doktoru yetişdirdiyi göstərilir, elmi və publisistik məqalələrinin sayı 650-yə yaxındır. Ərəb dilçiliyi və ilahiyyatla bağlı çoxsaylı sanballı tədqiqatları layiqincə dəyərləndirilən şərqşünas-alim bir sıra ölkələrin mötəbər akademik elmi qurumlarına üzv seçilib. Akademik Vasim Məmmədəliyevin uzunmüddətli səmərəli fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, “Şöhrət” və “Şərəf” ordenlərinə, Prezident təqaüdünə və Heydər Əliyev Fondunun “Qızıl Çinar” beynəlxalq mükafatına layiq görülüb.

O, 2019-cu il oktyabrın 13-də vəfat edib. II Fəxri xiyabanda dəfn edilib. Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri