Icma.az
close
up
RU
Fazil Mustafanın Şuraya etirazı, aparıcıya dəstəyi və yanlışı...

Fazil Mustafanın Şuraya etirazı, aparıcıya dəstəyi və yanlışı...

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Millət vəkili Fazil Mustafa Audiovizual Şuranın “Gəl, danış!” proqramında aparıcının çıxışına görə (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulduğundan) yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək Speys TV-nin yayımının 3 saatlıq dayandırılması barədə qərarnı “tamamilə yanlış” adlandırıb.

O yazıb ki, istedadını və cəfakeşliyini qiymətləndirdiyi Amil Xəlil ictimai əxlaqın qorunması istəqamətində cəsarətli fikir söyləyib, şəxsən kimisə hədəfə almayıb və tövsiyəsi də sağlam məntiqə dayanır:

“Cəmiyyətdə baş verən əxlaqi deqradasiyanı jurnalistin dilə gətirməsinə qarşı bu cür addımlar zərərlidir. O halda kim danışacaq bu neqativləri, kim insanlara doğru fikirləri aşılayacaq? Söyüş söyməyib, təhqir etməyib, mədəni üslubda fikir söyləyib, buna görə televiziyanın və jurnalistin hədəfə alınmasını yanlış hesab edirəm”.

Hər şeydən öncə Fazil Mustafaya bu aktual mövzuya dərhal reaksiyasına görə təşəkkür düşür. Həmçinin jurnalisti müdafiəsi də çox önəmlidir. Jurnalistin fikirlərini açıq ifadə etdiyinə görə işlədiyi kanalın yayımının müvəqqəti dayandırılması gərək ən son atılan addımlardan olsun, çünki ağır cəzadır və jurnalisti kollektivin də qınaq obyektinə çevirir.

Ancaq mütləq şəkildə əks tərəfdən də baxmağa ehtiyac var: Şura qərəzlimi qərar verib?

Aparıcının toxunduğu mövzunun nə qədər aktual olub-olmaması bir ayrı müzakirədir, məsələ problemin ifadə tərzidir.

Məsələn, Amil Xəlil “o şəxslərin 99 faizinin tələbələrdən ibarət olduğunu” iddia edir. Bu, cəsarət deyil, ifadənin doğru seçilməməsi, statistika deyil, öz mövqeyini müdafiə və təqdim etmək üçün manipulyasiyadır. Hansı sorğu mərkəzi belə bir sorğu keçirib və “onların” 99%-nin tələbə olduğunu təsdiqləyib? “Onlar” nə qədərdir və ümumilikdə “onların” tələbə kontingenti arasında faizi nə qədərdir? Məsələn, min nəfərdirsə, ümumi tələbələrin onlar neçə faizini təşkil edir? Nəzərə alaq ki, ölkəmizdə hazırda 250 min civarında tələbə var və onların əlbəttə ki, böyük əksəriyyəti Bakıdadır.

Niyə gənc qızlar-oğlanlar haqda “nəzarətsiz qalacaqları halda” “pis yola” düşəcəkləri təsəvvürü formalaşır?

Əksinə, valideyn övladını uşaqlıqdan doğru tərbiyə etməli və onun müəyyən yaşdan sonra doğru-dürüst və müstəqil yaşamına töhfə verməlidir.

Yəni problemə yanaşma və onun ifadə formasında daha dəqiq ifadələrdən istifadə etməkdə fayda var.

Aparıcının emosional ifadələrinin doğru olmadığı haqda tanınmış hüquqşünas və hüquq müdafiəçiləri mövqe ortaya qoymuşdular.

Fazil Mustafa da hüquqşünasdır və bəzi məsələlərdə dəstəyi həm də hüquqşünas kimi göstərsə, gənclərə yardımı daha böyük olar.

Asena,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Yanvar 2026 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri