Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Davamlı neqativ xəbərlər izləmək beyinə necə təsir edir?

Davamlı neqativ xəbərlər izləmək beyinə necə təsir edir?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Televiziyada xəbər kanallarını izləyir, sosial mediada xəbər saytlarını daim nəzarətdə saxlayırıq. Günün 24 saatı xəbərlərə məruz qaldığımız müasir dövrdə neqativ məzmunlu xəbərlərlə də tez-tez qarşılaşırıq. Neqativ xəbərlərə baxdıqca narahatlıq artır, narahatlıq artdıqca isə insan daha çox xəbər izləməyə meyil göstərir. Bu pis dövr zamanla yalnız psixoloji sağlamlığımıza deyil, beynimizin fəaliyyətinə də təsir edir və onu yenidən formalaşdırır.

Qaynarinfo xəbər verir ki, psixologiya və tibb professoru Roksan Koen Silver medianın psixoloji baxımdan nə qədər dağıdıcı ola biləcəyini ilk dəfə 1999-cu ildə baş vermiş Kolumbayn Liseyi hücumu və daha sonra 11 sentyabr terror hadisələri zamanı müşahidə edib.

Silverin üç il ərzində izlədiyi iştirakçılar üzərində apardığı araşdırmalar göstərib ki, terror hücumları ilə bağlı xəbərlərə daha çox məruz qalan şəxslər zaman keçdikcə daha çox psixoloji və fiziki sağlamlıq problemi yaşadıqlarını bildiriblər.

20 il sonra artıq məlumdur ki, amansız xəbər dövrləri orqanizmin stressə reaksiyasını poza və illərlə davam edən psixoloji problemlərə səbəb ola bilər.

Xəbərlər stress reaksiyasını necə işə salır?

İnsan beyni təhlükələrə fokuslanmağa proqramlaşdırılıb. Minlərlə il əvvəl bu instinkt bizi yırtıcı heyvanlardan qoruyurdu, bu gün isə qorxulu başlıqlara bağlayır.

Təhlükə ilə qarşılaşdıqda "mübarizə və ya qaçış” reaksiyası aktivləşir və bədən kortizol və adrenalin ifraz edir. Bu hormonlar təhlükə ilə mübarizə aparmaq üçün lazım olan enerji və zehni ayıqlığı təmin edir.

Normal şəraitdə təhlükə keçdikdən sonra orqanizm balans vəziyyətinə qayıdır. Lakin davamlı olaraq neqativ xəbərlərə məruz qalmaq bu sistemi daim "açıq” vəziyyətdə saxlayır.

Bu hal beynin mükafat sistemini pozur. Əvvəllər zövq aldığınız hobbilər və sosial münasibətlər cazibəsini itirir, insan özünü daim yorğun, ümidsiz və narahat hiss etməyə başlayır.


Travmatik hadisələrə dolayı məruz qalma Posttravmatik Stress Pozuntusuna (TSSB) səbəb ola bilər

2013-cü ildə baş vermiş Boston marafonu partlayışı ilə bağlı aparılan araşdırma sosial medianın təsirini açıq şəkildə ortaya qoyub. Gündə altı saatdan çox bu hadisə ilə bağlı mediaya baxan şəxslər, hadisə yerində bilavasitə olanlardan daha çox kəskin psixoloji simptomlar — kabuslar, yuxu pozuntuları və istənməyən xatirələr — yaşadıqlarını bildiriblər.

Bunun səbəbi hadisə yerində olanlar üçün travmanın faktiki olaraq sona çatması, ekran qarşısında olanlar üçün isə hər yeni başlıq və görüntü ilə travmanın yenidən yaşanmasıdır.

COVİD-19 pandemiyası, qasırğalar, Ebola epidemiyası, Böyük Şərqi Yaponiya zəlzələsi və sunami kimi fəlakətlər üzərində aparılan tədqiqatlar da göstərib ki, kədərli xəbərlərə baxmaq stress səviyyəsini yüksəldir və həm qısa, həm də uzunmüddətli psixoloji təsirlərə səbəb olur.

Silverin komandası müəyyən edib ki, təkrarlanan məruz qalma beyni davamlı düşüncə dövrəsinə salır. Hər narahatedici başlıq və görüntü travmanı yenidən aktivləşdirir.


Davamlı pis xəbərlər bizi travmanın içinə salır

2016-cı ildə Florida ştatının Orlando şəhərində yerləşən "Pulse” gecə klubuna edilən hücumla bağlı media təqdimatı araşdırılarkən, özünü bəsləyən təhlükəli bir dövrə aşkar edilib. İnsanlar narahatedici xəbəri görür, üzülür, daha çox xəbərə baxır və daha da pis hiss edirdilər.

Bu dövrə hər kəsi təsir altına sala bilər, lakin hadisə qurbanları ilə özünü eyniləşdirən və ya onsuz da narahatlığa meyilli şəxslər daha yüksək risk altındadır.

Psixoloq E. Alison Holman bildirir ki, insanlar davamlı olaraq "yenidən pis bir şey baş verəcəkmi” qorxusu ilə yaşayırlar.

Silver bu vəziyyətin növbəti fəlakət zamanı yenidən mediaya yönəlmə ehtimalını artırdığını qeyd edir və bu davranışı "fəlakət xəbərlərinə kompulsiv baxma” (doomscrolling) adlandırır.


Xəbərləri şüurlu istehlak etmək üçün tövsiyələr

Mütəxəssislər ruh sağlamlığını qorumaq üçün aşağıdakı üsulları məsləhət görür:

Bədən fərqindəliyi: Telefonu götürməzdən əvvəl dərin nəfəs alın. Ürək döyüntünüz sürətlənirsə, dayanmaq vaxtıdır.

Zaman məhdudiyyəti: Xəbərləri gün ərzində yalnız bir və ya iki dəfə, 15–20 dəqiqəlik aralıqlarla izləyin.

Vizual görüntülərdən uzaq durun: Qanlı və qrafik təsvirlərdən qaçmaq beynin vizual travmadan qorunmasına kömək edir.


Neqativ xəbərlər kimlərə daha çox təsir edir?

Ruh Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis dosent doktor Taha Can Tuman bildirir ki, depressiya və anksiyete pozuntusu olanlar, travma sonrası stres pozuntusu keçirmiş şəxslər, stressə həssas və qeyri-müəyyənliyə dözümsüz insanlarda bu təsirlər daha güclü müşahidə olunur.

Uzunmüddətli neqativ xəbər məruz qalması diqqət pozuntusu, yuxusuzluq, əzələ gərginliyi, çarpıntı, halsızlıq və ümumi həyat keyfiyyətinin azalmasına səbəb ola bilər. Bu hallar gündəlik, sosial və peşə fəaliyyətinə təsir edirsə, mütəxəssis dəstəyi almaq tövsiyə olunur.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri