Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Azərbaycanda süni intellekt mükafatı təsis olunur

Azərbaycanda süni intellekt mükafatı təsis olunur

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkədə süni intellekt sahəsində innovativ layihələri, texnoloji həlləri, startapları və yaradıcı təşəbbüsləri üzə çıxarmağı, onların inkişafını təşviq etməyi və əldə olunan nailiyyətləri qiymətləndirməyi hədəfləyən “ZƏKA” Milli Süni İntellekt Mükafatı rəsmi olaraq təqdim olunur.
Layihə AmCham Azərbaycan, InnMedia, və Safaroff Agency-nin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası və 2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası çərçivəsində müəyyən edilmiş milli prioritetlərə uyğun olaraq təsis edilən “ZƏKA”, dövlət, özəl sektor, startap ekosistemi, akademik mühit və yaradıcı sənayelər arasında əməkdaşlığı təşviq edən vahid platforma rolunu oynayacaq.

“ZƏKA” Milli Süni İntellekt Mükafatının əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində formalaşan innovativ ideya və texnoloji həlləri üzə çıxarmaq, bu istiqamətin inkişafına töhfə verən şəxslərin, komandaların və təşkilatların fəaliyyətini tanıtmaq, əldə olunan nailiyyətləri qiymətləndirmək və qabaqcıl təşəbbüslərin inkişafını təşviq etməkdir.
Dövlət qurumlarını, biznes ictimaiyyətini, startapları, akademik və tədqiqat mühitini, eləcə də investorları vahid platformada bir araya gətirən layihə sektorlararası dialoqun və bilik mübadiləsinin gücləndirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və perspektivli təşəbbüslərin inkişaf imkanlarının genişləndirilməsinə xidmət edəcək. Bununla yanaşı, “ZƏKA” yerli süni intellekt ekosistemində əldə olunan nailiyyətlərin daha geniş auditoriyaya təqdim olunmasına və Azərbaycanın bu sahədə formalaşan potensialının beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməyi hədəfləyir.
Layihə Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Milli Süni İntelekt Mərkəzi (MSİM) rəsmi dəstəyi ilə həyata keçirilir.
Mükafat beş əsas nominasiya üzrə təqdim olunacaq:
• "İlin Hökumət Süni İntellekt Həlli" – dövlət xidmətlərinin keyfiyyəti, vətəndaşlara təsir, texnoloji innovasiya və effektivlik.
• "İlin Özəl Süni İntellekt Həlli" – kommersiya nəticələri, innovativlik, bazara təsir və texnoloji üstünlük.
• "İlin Süni İntellekt Startapı" – innovasiya potensialı, komanda, bazar perspektivləri və investisiya cəlbetmə.
• "İlin Süni İntellekt Yaradıcısı" – kreativ məzmun, AI alətlərindən istifadə, orijinallıq və ictimaiyyətə təsir.
• "Tech Xəbər Seçimi" – redaksiya heyətinin seçimi, AI sahəsinə xüsusi töhfə və yenilikçi yanaşma.
Müraciətlərin qəbulu

Müraciətlər 20 avqust – 15 sentyabr 2026 tarixləri ərzində qəbul olunacaq. Bütün nominasiyalar üzrə iştirak etmək istəyənlər layihənin təsvirini, texniki məlumatları, demo versiyanı və digər dəstəkləyici materialları www.aiawards.az internet saytı vasitəsilə onlayn formada təqdim edə bilərlər.
Ətraflı məlumat və müraciət üçün: www.aiawards.az
Sponsorluq və tərəfdaşlıq imkanları ilə bağlı [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.
Müraciətlərin qiymətləndirilməsi yekunlaşdıqdan sonra "ZƏKA" – Milli Süni İntellekt Mükafatının qalibləri 15 oktyabr 2026-cı il tarixində keçiriləcək təntənəli Qala Mərasimində elan ediləcək və mükafatlandırılacaqlar.
Qeyd edək ki, layihənin media tərəfdaşları sırasında TechXəbər.az, AutoLife.az, InfoCity.Tech, Marja.az, Enerji FM, Netant və SMARTBEE yer alır.
“ZƏKA”nın illik əsasda təşkilinin ölkədə süni intellekt həllərinin daha geniş tətbiqinə, innovasiya yönümlü əməkdaşlıqların inkişafına, perspektivli layihələrin tanıdılmasına və Azərbaycanın regional innovasiya və texnologiya mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə davamlı töhfə verəcəyinə inanırıq.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azvision.az
archiveBu xəbər 28 İyul 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri