Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Azərbaycanda surroqat ana Deputat əleyhinə, professor LEHİNƏDİR

Azərbaycanda surroqat ana Deputat əleyhinə, professor LEHİNƏDİR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Surroqat ana anlayışı bəzi xarici ölkələrin qanunvericiliyində mövcuddur. Azərbaycan qanunvericiliyində isə bu metoda dair hər hansı bir norma nəzərdə tutulmayıb.

“Surroqat ana” ifadəsi “daşıyıcı ana” mənasını verir. Bu proses başqa qadının mayalanmış yumurta hüceyrələrinin digər bir qadının bətninə yeridilməsi və həmin qadının genetik materialını daşımayan dölün onun bətnində inkişaf etdirilərək hamiləliyin tamamlanmasından ibarət olan xüsusi çoxalma üsuludur. 

Mövzu ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Modern.az-a bildirib ki, bu metod klassik hamiləlikdən fərqli bir reproduktiv texnologiya sayılır:

“Elmi baxımdan qiymətləndirildikdə, Azərbaycan qanunvericiliyində belə hallara dair xüsusi tənzimləmə mövcud deyil. Hazırda da bu məsələyə dair qanunvericiliyin təkmilləşdirilməsi və ya dəyişdirilməsi ilə bağlı rəsmi təşəbbüs yoxdur və belə bir dəyişiklik nəzərdə tutulmayıb”.

Deputat, ümumiyyətlə, bu metodun tətbiqinin əleyhinə olduğunu vurğulayıb:

“Çünki burada insanın insan tərəfindən istismarı, bir növ insanın “ara material” kimi istifadəsi riski mövcuddur. Düşünürəm ki, Azərbaycanın milli mentaliteti, dəyərləri, ailə modeli və ümumi həyat tərzi baxımından bu yanaşma insan hüquqları kontekstində də uyğun deyil və ziddiyyətlidir”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirir ki, surroqat ana məsələsinə dair dəqiq bir qanun layihəsi hazırlanmalı və müzakirəyə çıxarılmalıdır:

“Reproduktiv sağlamlıq və texnologiyalar sahəsində ümumi qanun layihəsi hazırlanarkən bu məsələ də ayrıca nəzərə alınmalıdır. Çünki burada milli genofondun qorunması, şəxsi məlumatların məxfiliyi və şəxsiyyətin müdafiəsi ilə bağlı çox həssas məqamlar mövcuddur. Belə praktikaların dövlət nəzarəti altında və hüquqi çərçivədə tənzimlənməsi mütləqdir. Əks halda, bu sahədə hüquqi boşluqlar yarana bilər ki, bu da kriminal hallara səbəb ola bilər”.

Professorun sözlərinə görə, hazırlanacaq qanunvericilik aktında surroqat ana məsələsi ilə bağlı bütün hüquqi, etik və tibbi nüanslar öz əksini tapmalıdır:

“Bütün tərəflərin – həm bioloji valideynlərin, həm də daşıyıcı ananın hüquq və vəzifələri aydın şəkildə müəyyənləşdirilməli, onların bu prosesə könüllü razılığı rəsmi sənədlərlə təsdiqlənməlidir. Eyni zamanda, ehtimal olunan mübahisələrin məhkəmə qaydasında həlli üçün hüquqi mexanizmlər də nəzərdə tutulmalıdır”.

O, həmçinin qeyd edib ki, reproduktiv sağlamlıqla bağlı qanun layihəsində bu məsələlərin hər biri tam və əhatəli şəkildə əks olunmalıdır:

“Şübhəsiz ki, hər bir ailə sağlam və övlad sahibi olmaq arzusundadır, lakin suroqat analığı adi və geniş yayılmış praktika halına gətirmək olmaz. Belə üsula yalnız zəruri tibbi hallarda – məsələn, qadının həyatı üçün ciddi təhlükə olduqda, onkoloji və digər ağır xəstəliklər zamanı müraciət oluna bilər. Bu seçim hərtərəfli əsaslandırılmalı və ciddi tibbi göstərişlər əsasında həyata keçirilməlidir”.

A.Qeybulla eyni yanaşmanın donor yumurta hüceyrəsi, sperma və embrion donorluğu məsələlərinə də aid edilməli olduğunun əhəmiyyətini söyləyib:

“Bu prosedurlar yalnız hər iki tərəfin rəsmi razılığı ilə, xüsusi müqavilə və sənədləşmə əsasında aparılmalıdır. Sonradan yaranacaq hər hansı mübahisə yalnız hüquqi sənədlər əsasında məhkəmə qaydasında həll edilməlidir. Bu məsələlərin hər biri hüquqi cəhətdən tənzimlənmədiyi təqdirdə mövcud boşluqlar qanunsuzluğa şərait yaradır və gələcəkdə cəmiyyət üçün ciddi sosial, mənəvi və hüquqi problemlərə səbəb ola bilər. Buna görə də bu sahədə tam və dəqiq qanunvericilik bazasının formalaşdırılması vacibdir,- deyə o, bildirib”. 

Aytac Bəhruzqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri