Azərbaycanda tam təqaüdlü kibertəhlükəsizlik proqramı başladı
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) yeni təlim dalğası üçün qeydiyyata start verib.
“Yeni Sabah” xəbər verir ki, tədris dalğasında proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə göstərən 5 məzun xarici ölkələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərdə təcrübə keçmək şansı qazanacaq.
Təlimlərdə 17 yaşdan yuxarı, ingilis dili və baza İKT bacarıqlarına malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Qeydiyyatdan keçən namizədlər “Technion” ekspertlərinin keçirəcəyi imtahan və müsahibə mərhələlərindən keçəcəklər. Yüksək nəticə göstərən 60 nəfər proqramda tam təqaüdlü əsaslarla təhsil almaq hüququ əldə edəcək. Dominos pizza
6 ay davam edəcək dərslər “Technion” akademik heyəti tərəfindən keçiriləcək. Proqram çərçivəsində “Red Team” (hücum) və “Blue Team” (müdafiə) istiqamətləri üzrə mütəxəssislər hazırlanacaq. Məzunlara “Technion” İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.
Qeydiyyat üçün son tarix 8 noyabr 2026-cı ildir. Müraciətlər onlayn forma vasitəsilə qəbul edilir.
Qeyd edək ki, indiyədək AKM-dən 7 təlim dalğası üzrə 420-yə yaxın mütəxəssis məzun olub, məzunların işlə təmin olunma göstəricisi isə 90% təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 08 Oktyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















