Icma.az
close
up
RU
Azərbaycanda təbii artım bu tarixdə dayanacaq “Uşaqpulu” zərurətə çevrilir

Azərbaycanda təbii artım bu tarixdə dayanacaq “Uşaqpulu” zərurətə çevrilir

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın demoqrafik vəziyyətinə dair açıqlanan məlumatlar göstərir ki, ölkəmizdə yaxın illərdə əhalinin təbii artımı dayana bilər. Ölkəmizdə doğum və ölüm göstəriciləri arasındakı fərqin kiçilməsi təbii artımın azalmasına səbəb olur ki, bu da Azərbaycan əhalisinin sayındakı artımı zəiflədir.


Sfera.az xatırladır ki, 2010-2016-cı illərdə əhalinin təbii artımı illik 100 min nəfərdən yüksək idi. Amma 2017-ci ildən təbii artım 87 min nəfərə, 2019-cu ildə 85 min nəfərə, 2020-ci ildə 51 min nəfərə, 2021-ci ildə 35 min nəfərə düşüb. 


2020-2021-ci illərdə təbii artımın kəskin azalması birbaşa pandemiya ilə bağlıdır. Bunu 2022-ci ilə dair təbii artım göstəriciləri də təsdiqləyir. Pandemiyanın aradan qalxmasından sonra əhalinin sayının artım dinamikası güclənib və 62 min olub. Amma 2023 və 2024-cü illərdə yenidən azalıb. Təbii artım 2023-cü ildə 52,5 min nəfərə, 2024-cü ildə 43,4 min nəfərə düşüb. 


2025-ci ilin yanvar və fevral aylarının nəticələri göstərir ki, cari ildə də təbii artım sürəti azalacaq. 


Mövcud dinamika qalarsa, ən geci 2035-ci ildə təbii artım dayanacaq. Başqa sözlə, 2035-ci ildən sonra əhalinin sayı artmayacaq, əksinə azalacaq. Həmin ildə əhali sayının ən yaxşı halda 10,7 milon nəfərə yüksələcəyini proqnozlaşdırmaq olar. 


Təbii artımın azalması doğum göstəricilərinin zəifləməsi ilə bağlıdır. Doğum azaldığı zaman təbii artım sürətində də azalma baş verir. Məsələn, 2011-2014-cü illərdə hər il 170 mindən çox uşaq dünyaya gəlib. Amma 2018-ci ildə 139 min, 2021-ci ildə 112 min, 2024-cü ildə isə 102 min doğum qeydə alınıb. 


Maraqlı fakt ondan ibarətdir ki, ölkəmizdə doğum göstəricilərinə əhalinin iqtisadi vəziyyəti birbaşa təsi edir. Məsələn, 1980-ci illərdə doğum sayı 180 mindən çox olduğu halda, 2002-ci ildə 111 minə qədər geriləmişdi. 2003-cü ildən başlayaraq əhalinin iqtisadi vəziyyətinin yaxşılaşması doğum göstəricilərini yaxşılaşdırdı və 2013-cü ildə 173-172 minə yüksəldi. 


2015-ci ildəki devalvasiyadan sonra vəziyyət yenidən pisləşdi və doğum sayı 2018-ci ildə 139 minə qədər gerilədi. 


Azərbaycanda doğum sayına iqtisadi vəziyyətin birbaşa təsirini nəzərə alaraq deyə bilərik ki, dövlət təbii artımın azalmasının qarşısını almaq istəyirsə, hökmən, “uşaqpulu” yenidən bərpa edilməlidir. 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, təbii artımdakı dəyişiklik sosial prosesdir.


Onun sözlərinə görə, bu proses bir çox amildən asılıdır:


“Burada əsas faktorlardan biri həyat tərzidir. Bundan başqa, müharibə nəticəsində də xeyli produktiv cavanı itirdik. Bunlar azalmanın səbəblərindən bəziləridir”.


Ə.Əliyev qeyd edib ki, güzəran yaxşılaşsa, “uşaqpulu” verilsə, əhalinin artımı yenidən güclənə bilər. 

Firuzə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri