Icma.az
close
up
RU
Bank kartı olanlar mütləq oxusun Yeni təhlükə var

Bank kartı olanlar mütləq oxusun Yeni təhlükə var

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycanda yeni dələduzluq üsulu ortaya çıxıb. Belə ki, bəzi şəxslər “Instagram” və digər platformalarda bankların, ticarət şəbəkələrinin adından saxta səhifələr yaradır, istifadəçilərə endirim və lotereya kampaniyaları adı altında fişinq linkləri göndərirlər, nəticədə OTP kodunun əldə edilməsi ilə pullar ələ keçirilir.

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, insanların bu tələyə düşməsinin səbəbi sadədir.

Onun sözlərinə görə, fırıldaqçılar emosiyaya təsir edərək, diqqəti endirimə yönəldir və tələsik qərar verməyə sövq edirlər:

“Əslində, heç bir rəsmi bank və ya ticarət şəbəkəsi sizdən kart məlumatlarını və ya OTP kodunu tələb etmir. OTP kodunu bölüşmək sanki bank kartınızı kiməsə əlinizlə vermək kimidir. Belə halların qarşısını almaq üçün bir neçə sadə qaydaya əməl etmək kifayətdir. Birincisi, linkə klik etməzdən əvvəl ünvanı diqqətlə yoxlayın. Rəsmi saytlar adətən “.az”, “.com” və ya “.org” kimi tanınmış domenlərdə olur, amma fişinq səhifələri bəzən bu adlara bənzər, amma fərqli yazılışdan istifadə edir. Məsələn, “kapitalbannk.com” və ya “apple-sale.xyz” kimi domenlər açıq-aşkar şübhəlidir. İkinci vacib məqam isə çox gözəl görünən təkliflərə inanmamaqdır. Heç kim yeni “iPhone 15 Pro Max”i 90 faiz endirimlə satmır. Bu, klassik fişinq üsuludur”.

Elvin Həsənov

Ekspert qeyd edib ki, kampaniya rəsmi səhifələrdə və ya tanınmış xəbər portallarında paylaşılmayıbsa, ona inanmamaq lazımdır:

“Əgər sizdən məlumat tələb edən səhifəyə daxil olmusunuzsa, dərhal bunu yazmayın. Əvəzində bankın və ya mağazanın rəsmi saytına özünüz daxil olub, kampaniyanı oradan yoxlayın. Şübhə yaranarsa, rəsmi əlaqə nömrəsinə zəng edin. Təhlükəsizliyi artırmaq üçün isə bank tətbiqində iki mərhələli doğrulama (2FA) aktiv edilməlidir, həmçinin internet alış-verişləri üçün virtual kartlardan istifadə etmək tövsiyə edilir. Belə kartlarda limitləri özünüz təyin edə və riski minimuma endirə bilərsiniz”.

Mütəxəssis bildirib ki, əgər vətəndaş artıq aldanıbsa, vaxt itirmədən banka zəng edib kartı bloklatdırmalı, əməliyyatları dondurub hüquq-mühafizə orqanlarına məlumat verməlidir:

“Unutmamalıyıq ki, bu cür hücumlar yalnız texnologiyaya deyil, insan etibarına əsaslanır. Buna görə də hər klikdən əvvəl düşünmək, məlumatı paylaşmazdan əvvəl iki dəfə yoxlamaq ən etibarlı müdafiə üsuludur”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:335
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Oktyabr 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri