Icma.az
close
up
RU
Azərbaycanda Təlxək nəsil yetişir SƏRT AÇIQLAMA

Azərbaycanda Təlxək nəsil yetişir SƏRT AÇIQLAMA

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən gün “TikTok”da əyləncə yarışları təşkil edən şəxslər saxlanılıblar. Onların əxlaqsızlığı birmənalı şəkildə təbliğ etmələri narazılığa səbəb olub. Bu həbslərə sevinənlər də az deyil. “TikTok”un, ondan bütün yaş kateqoriyasından olan insanlar istifadə etdiyi üçün, zərərli platformaya çevrildiyini iddia edənlər də var.

Bildirilir ki, platforma istifadəçiləri diqqət çəkmək, daha çox izləyici qazanmaq məqsədilə əxlaqsız və ya qeyri-münasib davranışları nümayiş etdirirlər. Bu tip məzmunun yayılması insanları narahat edir və xüsusilə gənc izləyicilər üzərində mənfi təsir yaratma riski daşıyır.

Mənfi məzmunun və əxlaqsız davranışların qarşısını almaq üçün sosial şəbəkələrin idarəçiləri, xüsusilə də “TikTok”, daha ciddi tədbirlər görməlidir. Uyğun olmayan məzmunun sürətli şəkildə silinməsi, istifadəçilərin yaş qruplarına uyğun məzmunu daha asan seçə bilməsi və təhsil yönümlü təşəbbüslərin artırılması vacibdir.

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Milli Məclisin deputatı Aqil Abbasın sözlərinə görə, “TikTok” u bağlamaq olmaz:

“TikTok”dan istifadə etmirəm. Ona görə də heç bir fikrim də yoxdur. İnsanların həbs olunmasına sevinmək də yaxşı deyil. Əgər onların hərəkətində əxlaqsızlıq varsa, araşdıracaqlar. Əməllərində cinayət tərkibi varsa, məsuliyyətə cəlb olunacaqlar.

İnternetdən başqa məqsədlər üçün istifadə etmək, əxlaqsızlığı yaymaq, əvvəla qadağandır. İnsanın özünün tərbiyəsi var. İndi onların nə edib-etmədiyini bilmirəm. “TikTok”u izləmirəm. Bir sual yaranır: cəmiyyətdə niyə belələrini izləyirlər? Əxlaqsızlığı təbliğ edənləri niyə izləyirlər? İzləməsinlər. “TikTok”u bağlamaq da olmaz. Biz demokratik bir ölkədə yaşayırıq”.

Sabiq deputat Etibar Əliyev qeyd edib ki, təhsili olmayan, ailə tərbiyəsi görməyən insanlar var ki, özlərini bu platformada göstərmək istəyirlər:

“Onlar “TikTok”da öz varlıqlarını sübut etməyə çalışırlar. O şəxslərin saxlanılmasını müsbət qarşılayıram. Ölçü olmalıdır. Onlar intellektual şəxs deyillər. Barələrində ciddi ölçü götürülməlidir. Sosial şəbəkə açıq məkandır. Hər kəs daxil ola bilər.

Son zamanlar ölkəmizdə bir “TikTok” aludəçiliyi yaranıb. Gənclər kimisə güldürmək istəyirlər. Təlxək nəsil yetişir. Televiziyaların da rolu var. Telekanallarda  komediya adı ilə şit yumorlar nümayiş olunur. Ona görə də uşaqlar özlərini təlxəklərə bənzətmək istəyirlər. Çox zərərli tendensiyadır. Bizim mentalitet üçün zərərlidir. “TikTok” bağlanmalıdır. Artıq bu sosial virusa çevrilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri