Azərbaycanda Ticarət İnformasiya Portalı yaradılacaq
Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda Ticarət İnformasiya Portalının yaradılması ilə bağlı işlərə başlanılır.
"Operativ Media" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətində hazırlıqlar start götürüb.
Məlumata görə, görüləcək işlərə çoxdilli interfeysin yaradılması (Azərbaycan, rus və ingilis dilləri); ana səhifə və əsas bölmələrin işlənib hazırlanması; naviqasiya sisteminin reallaşdırılması; ixrac edən ölkə, hədəf ölkə və məhsula görə axtarış sisteminin yaradılması, bazarlar, rəqiblər və məhsullar üzrə müqayisə alətlərinin işlənib hazırlanması; filtrasiya imkanı ilə statistikanın əks etdirilməsi üçün interfeysin işlənib hazırlanması; statistik məlumatların ixracı funksionallığının reallaşdırılması; ən az 50 000 məhsul haqqında məlumatın saxlanması üçün verilənlər bazasının yaradılması və sair kimi məsələlər daxildir.
MMC sözügdən işlərin icrasının 972.910,00 AZN-ə (972 min 910 manat) başa gələcəyini proqnozlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 04 Noyabr 2024 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















